Cənab Jirinovski Bakıda 

 

 hekayə

 

Bu əhvalatı mənə sanatoriyada istirahət etdiyim zaman təsadüfən rastlaşdığım kəştiyyat sistemində yüksək olduğu qədər məxfi vəzifə sahibi olmuş bir adam danışdı. Bu adam aydın səbəbdən adının açıqlanmamasını xahiş etdi. "Vladimir Jirinovskini Türkiyədən tanıyıram. İstanbulda işləyərkən o, türk kəşfiyyat idarəsinin diqqət mərkəzində idi. Bir provakasiyanın nəticəsində aldanıb tərcüməçilik fəaliyyəti ilə heç bir əlaqəsi olmayan işlərdə günahlandırılmış qazamata atılmışdı.

 

Vladimir Volfoviçin halına acıyıb onun üstündə qazamata düşdüyünü burada başına oyunlar gətirildiyini açıqlamaq istəməzdim...

 

...Günlərin bir günü Mərkəzdən işi çətinə düşmüş bu Ceyms Bondu xilas etmək tapşırığını aldım. O vaxtlar mən tərcüməçi adı ilə çalışıb türk kəşfiyyat idarəsində yaxşı tanışlar əldə etmişdim. Əlaqələrimdən istifadə edib Jirinovskini qazamatdan buraxdırıb SSRİ- qayıtmasını təmin etdim.

 

Təbii ki, Jirinovski türklərin əlindən yığmış onlardan qisas alacağına and içmişdi. Bunu yadımda saxlamışdım Jirinovskinin artıq demokratiya dövründə türklərə qarşı çıxışlarını eşitdikdə öz- özümə gülümsəyirdim. Bu o vaxta qədər davam etdi ki, Jirinovski Azərbaycan xalqının ünvanına təhqiredici çıxışlar etmədi. Bunu isə mən ona heç cür bağışlaya bilməzdim, çünki Jirinovskinin hansı yuvanın quşu olduğundan yaxşı xəbərim var idi. Bakıda Moskvada yaşayan, hazırda mənim kimi təqaüdçü olan bir neçə həmkarımla razılığa gəlib etibarlı adamın köməyi ilə Jirinovskini Bakıya dəvət etdik.

 

Vladimir Volfoviçin həddən artıq şöhrətpərəst adam olduğunu bilərək, əwəlcədən xəbərdarlıq etdik ki, onunla şəxsən HeydərƏliyev Qafqaz siyasətinin bəzi məsələləri ətrafında söhbət etmək məqsədi ilə görüşmək istəyir. Guya, Heydər Əliyev bu məsələdən şərqşünas Jirinovskidən yaxşı heç kimin başı çıxmadığını söyləmiş bu sözlər Vladimir Volfoviçin canına məlhəm kimi yayılmışdı. Amma əvvəldən şərt kəsdik ki, bu səfər tam məxfi bir şəraitdə keçməlidir. Jirinovski Bakıya inkoqnito, mətbuat nümayəndələri onu hər yerdə müşayiət edən mühafizə dəstəsi olmadan gəlməlidir.

 

Yalnız prezidentlə gerçəkləşdiriləcək bu şəxsi görüşdən sonra qarşılıqlı razılaşma nəticəsində əldə olunmuş birgə sensasion bəyanatlar ictimaiyyətin nəzərinə çatdırılacaqdı. Bax, Jirinovski elə bu - sino getdiyi sensasiyanın qurbanı olub qurduğumuz tələyə düşdü. Hamıya bəllidir ki, Jirinovski hər zaman mətbuatın telekanalların diqqət mərkəziııdə olmağa can atan adamlardandır. Beləliklə, biz Vladimir Volfoviçi tez dilə tutmuş, o isə irəli sürdüyümüz bütün tələbləri qəbul edib Bakıya məxfi şəkildə təşrif buyurmuşdu. Onu artıq səs-küysüz, amma yetəri qədər təmtəraqla qarşılayıb Bakının ən yaxşı mehmanxanasının lüks otağında yerləşdirdilər.

 

Jirinovskiyə söz verdilər ki, Heydər Əliyevlə görüşü bir-iki gündən sonra gerçəkləşəcək hazırda prezident bu görüşə xüsusi diqqətlə hazırlaşır. Qara eynək taxmış Jirinovskini isə qrimləyib, saçını boyayıb pəncərələri pərdələrlə bağlı maşında gəzdirdilər. Maşını əwəlcədən planlaşdırdığımız xüsusi yerlərdə dayandırıb çölə çıxırdıq, Jirinovskini guya ki, dərhal tanıyan satıcılar ondan Bakıda tapılmayan kitablarına imza qoymağı xahiş edirdilər. Aydın məsələdir ki, Jirinovskinin sevincindən ayağı yer tutmurdu.

 

Azərbaycan xalqına qarşı heç bir şəxsi-qərəzliyi olmadığını söyləyən Vladimir Volfoviç deyirdi ki, onu düzgün anlamayıblar. Əslində, yalnız türkiərdən zəhləsi gedir, azərbaycanlılar isə türk deyil, ərəb mənşəli bir millətin nümayəndələridirlər. O da şərqşünas olduğu üçün bunu hamıdan yaxşı bilir. Həm ərəblər üçün ürəyi gedir.

 

...Nəhayət, cızdığımız planın gerçəkləşmə məqamı yetişdi. Jirinovski ilə otel otağında oturub söhbət edirik, sanki qeyri-ixtiyari sözü Boris Yeltsinə onun ermənilərlə olan münasibətlərinə çəkib gətirirəm. , yadımdan çıxdı deyim ki, həmin an otaqdakı televizor işləyirdi. Moskva televiziya kanallarından biri Mixail Leontyevin "Odnako" verilişini yayımlayırdı. Jirinovski Yeltsinin onun ailəsinin ermənilər tərəfindən ahnması haqqında təkidlə danışdığı bir vaxtda, Leontyev canlı efirdən birbaşa Vladimir Volfoviçə müraciət edib tam əksini söylədi.

 

-Necə yəni? - deyə mən təəccüblə qocaman çekistin sözünü kəsirəm.

 

-Eləcə, eyniylə sizin təəccübləndiyiniz kimi Jirinovski təəccüblənmişdi.

 

Hətta təəccübdən ağzı açıla qalmışdı:

 

-Bu nədir belə? Mənim sizinlə indi burada haqda danışdığımı onlar haradan biliblər? Mən dinməzcə tavandan asılmış çilçırağın içində məharətlə gizlədilmiş miniatür kameranı göstərdim.

 

-Bizim burada danışdıqlarımızın hamısı həmin andaca Moskvaya, bu telekanala çatdırıhr onlar bizi görə bilirlər.

 

Mən həmsöhbətimin sözünü bir kəsirəm:

 

-Bu necə ola bilər? Bəyəm bu mümkün olan işdir?

 

-Əlbəttə ki, yox.

 

-Belə halda bütün bunlan necə izah edə bilərsiniz?

 

-Çox sadə. Axı demişdim ki, bu işdə mənim köhnə moskvah dostlarım da iştirak edirdilər. Onlar da Jirinovskidən bezib, elə hesab edirdilər ki, o, xaricin xüsusi xidmət orqanları tərəfindən rus vətənpərvərlik ideyasım gözdən salaraq, onu gülünc bir formada nümayiş etdirmək məqsədi ilə satın alınmış adamdır. Bir sözlə, mənim moskvalı həmkarlarım Leontyevə həmin məqamda məhz bu sözləri deməyi öyrətmiş, o da bunu yerinə yetirmiş, Jirinovski buna aldanmışdı.

 

-Amma, bildiyimə görə, Leontyevin özü azərbaycanlılara qarşı həddən ziyadə qərəzli mövqedə dayanan adamlardan- dır. O, daha çox ermənilərlə işləyib, onlarla dostluq edir...

 

-Əzizim, bizim zamanədə dost var, düşmən. Yalnız pul daha çox pul mövcuddur. Hamını da bu -pula almaq satmaq olar. Bu andan bizim dostumuz olmuş Mixailin sözü ilə desək, "odnako" (hər halda) fokusumuz alındı hər zaman hazırcavabhğı ilə seçilən Jirinovski çox gülünc bir vəziyyətə düşdü. Əlbəttə, Vladimir Volfoviç çox gözəl anlayırdı ki, onun indiki Bakı söhbətləri siyasi rəqibləri tərəfindən əfeyhinə istifadə olunacaq, aləmi alt-üst edərək imicinə böyük zərbə vuracaq növbəti dəfə Dumaya seçilmək şanslarını heçə endirəcək. Belə bir halda prezidentiə hansı bir görüşdən söhbət gedə bilərdi?

 

-Mən dərhal Moskvaya uçmalıyam, - Jirinovski belə dedi, biz ona mane olmadıq.

 

Amma mən yenə də özümü saxlaya bilməyib Jirinovskiyə bu sözləri deməyi borc bildim:

 

-Bax, siz bizi qoyun hesab edirsiniz, amma biz - qoyun- ların neft konsessiyalarının hesabına dünyada ən mükəmməl yazmabu yazını istənilən istiqamətdə göndərmə sistemimiz var. Jirinovski inandı. O, evinə suyu süzülə-süzülə, səssiz- səmirsiz qayıdırdı. Çekist söhbətini bitirəndə maraqlandım ki, bu əhvalatı olduğu kimi yaza bilərəmmi.

 

O: "Əlbəttə, niyə də yazma- yasınız?" - dedi. Amma biiin ki, Jirinovski özü bu ağlasığmaz əhvalatı inkar edib, bütün danışdıqlarımı fantastik uydurma adiandırıb, Bakıda heç vaxt olmadığını bəyan edəcək. Amma çilçırağın içərisində giziədilmiş kamera da doğruçu idi. Düzdür, Moskva ilə heç bir canlı bağlantısı yox idi, lakin otaqda baş verəniərin hamısını dəqiqiiyi ilə çəkirdi. Çəkilişin surətini Moskvaya, mənə bu tamaşanı təşkil etməyə kömək edən dostlarıma göndərdim, əslini isə özümdə saxladım. Hər halda, cənab Jirinovski dediklərimin bir sözünü belə inkar etsə, mən hər zaman onun qulluğunda durmağa hazıram. Amma doğrusu, inanmıram ki, o, belə bir cəhd etsin. Bu zaman ona Bakı haqqında, ondan artıq isə Türkiyə və türk qazamatı haqqında olan xatirələri mane olacaq. Axı, orada da hər şeyi lentə yazırdılar. Bu əhvalatı qələmə almaqda isə məqsədim - başqasının qürurunu təhqir etməkdən ləzzət alan hər kəsə qədim atalar sözünü yada salmaqdır: "Şüşə evin içində oturub başqasına daş atma".

 

Anar

 

525-ci qəzet.- 2021.- 11 avqust.- S.5.