Turan ellərinin sevimli şairi
Vəzifəsindən asılı olmayaraq, işinə vicdanla yanaşan hər kəs həm də öz əqidəsini ortaya qoymuş olur. Bu baxımdan ziyalılarımızın
da öz vəzifəsi var. Bir Azərbaycan şairinin də işi gözəlləmələr yazmaqla
bitmir, əlbəttə.
Azərbaycan adı bunu tələb edir. Azərbaycan bir əmanətdir. Bu ərazidə yaşayan
hər bir vətəndaşın ən
qiymətli nemətidir
onun torpağı, daşı. Ürəyimizin ən titrək nəğməsidir bu ad. Sevgilərimizin ən böyüyüdür.
İlahiyə aparan məkanımızdır
bu Vətən. İlahinin əmanətidir.
Minlərlə şəhidlərimizin
qanından çiçək
açmış bu torpaq qədər heç bir nemət əziz ola bilməz
bir azərbaycanlı üçün.
Azərbaycan dilinin ən gözəl, ən saf, ən dəyərli sözləri Azərbaycanı vəsf etmək üçündür. Allahın verdiyi nemətlərdən yararlanıb bəzən ona şükür etməyi unutduğumuz kimi Vətən sevgimizin də üzərini ara-sıra toz basar. Başımız mədəmizi təmin etməyə, əyləncələrə qarışar, ayıq-sayıqlığımızı itirərik. Fürsətçi düşmənlərə fürsət verərik. Azmı olub belə zamanlar?! Çox olub, təəssüf ki! Bax belə zamanlar üçündür şairlər, nasirlər, mədəniyyət, elm xadimləri, ziyalılar. Onlar da əsgər olmalıdır. Vətən sevgisinin, Vətəndaşlıq ideyalarının qoruyucusu olan əsgərlərdir onlar. Bu baxımdan İbrahim İlyaslının da qələmi sadəcə qələm deyil, "silah"dır. Onun üçün Vətən anlayışı daha geniş arealı əhatə edir: Altay dağlarından, qıpçaq çöllərindən Xəzərə qədər bütün Turanı!
İbrahim İlyaslı o insanlardandır ki, soy-kökünü öz həyat tərzində, düşüncəsində, əməllərində gəzdirir.
Nə
at belində Altay dağlarını
aşamadım,
Nə də payi-piyada yortamadım
Ucsuz-bucaqsız
Qıpçaq çöllərini.
Fakat,
Palıd
kəndi yaprağını,
Yovşan
kəndi kokusunu tanıdığı kadar
Tanıram sınırsız Turan
illərini...
Onun səngəri ədəbiyyat,
silahı qələm,
mərmisi sözdür!
Sözdən güclü mərmi
varmı? Söz qədər
tez fəth edən vasitə varmı? Söz qədər milyonlarla
insanı ayağa qaldıran və ya sakitləşdirib yatıran bir nəsnə varmı?
Bunu çox gözəl bilirdi Hələbdə Nəsiminin
dərisini soyduranlar, Fəzlullahı param-parça
edənlər, Əhməd
Cavadı, Mikayıl Müşfiqi, Hüseyn Cavidi və digər yüzlərlə
söz sahibimizi susduranlar, daha doğrusu, susdurmağa çalışanlar. Hətta indi
də mən onlardan söz açıramsa, deməli,
sözün etdiyini ölüm də edə bilmir. Söz ölümdən də, yoxluqdan da güclüdür,
deməli. Söz əbədidir.
Sözü ilə döyüşənlər,
haqqı tutanlar qalibdirlər. Bu mənada İbrahim İlyaslı da zəfərə doğru gedənlərdəndir. Çünki onun sözü haqq uğrunda - Vətən uğrunda döyüşür ədəbiyyat
səngərində. "Sülh istəyirsənsə,
müharibəyə hazır
ol" prinsipi ilə çalışır
o səngər. O səngərin
əsgəri olmaq üçün gərək
özünü - soyunu,
kimliyini, hardan gəlib hara getmək istədiyini, hansı amala qulluq etdiyini, keçmişini, tarixini, varın olanlarını, itirdiklərini, qazanmalı
olduqlarını, qorumalı
olduqlarını yaxşı
biləsən.
Şairə qismət olub ki, onun bu
yöndə fəaliyyəti
təkcə iş otağında, yazı masasında yekunlaşmayıb.
Yüksək tribunlardan öz
vətəndaşlıq mövqeyini
bəyan edə, bir türk şairi
kimi ləyaqətlə
sələflərinin işini
davam etdirə bilib və Allahın
izni ilə var olduqca da
edəcək.
Bu yöndə İbrahim İlyaslının həyat
və yaradıcılığında
xüsusi məqamları
yada salmaq istərdik:
2008-ci ildə dünya
xalqlarının nağıllarından
ibarət "Yüz sevimli nağıl" seriyalı 25 cildlik kitabı Türkiyə türkcəsindən çevirib
və nəşrə
hazırlayıb.
2008-ci ildə Mahmud Kaşqari adına Beynəxalq
Fondun təsis etdiyi "San yarlığı"
ödülünə layiq
görülüb.
2009-cu ildə şeirləri
Dünya Gənc Türk Yazarlar Birliyinin xətti ilə Türkiyədə
nəşr olunan
"Çağdaş Azərbaycan
şeiri" antologiyasına
daxil edilib.
2013-cü ildə ümumtürk
ədəbiyyatı qarşısında
xidmətlərinə görə
Dünya Gənc Türk Yazarları Birliyinin "Üstün hizmet nişanı" ödülünə layiq
görülüb.
2016-cı
ildə Mahmud Kaşqari
adına Beynəlxalq Fondun
"Mahmud Kaşqari medalı"
ilə təltif edilib.
2016-cı
ildə "Çağdaş
tatar poeziyası antologiyası"nın hazırlanmasında göstərdiyi
xidmətlərə görə
Kazanda fəaliyyət
göstərən "İDEL"in
Fəxri fərman"ı
ilə təltif edilib.
2017-ci ildə Qazaxıstan-Azərbaycan
ədəbi əlaqələrinin
inkişafında, o cümlədən,
"Yeni Qazax şeiri antologiyası"nın hazırlanmasında
xidmətlərinə görə
"Altun adam" mükafatına layiq görülüb və Qazaxıstan Respublikası
Mədəniyyət nazirinin
"Təşəkkür məktubu" ilə mükafatlandırılıb.
2018-ci ildə Qazaxıstan Prezidentinin "Gələcəyə
baxış: ictimai təfəkkürün modernləşməsi"
proqramı çərçivəsində
Qazaxıstanın Atırau
Dövlət Universitetində
keçirilən "Novruz
bəşəriyyətin qeyri-maddi
mədəni irsi"
Beynəlxalq elmi konfransında məruzəçi
kimi Azərbaycanı təmsil edib.
2018-ci ildə İstanbulada
fəaliyyət göstərən
Türk ədəbiyatı
Vəkfinin Fəxri üzvü seçilib.
2019-cu ildə Qırğızıstan
Milli Yazıçılar
İttifaqının "Altun
qələm" mükafatını
alıb.
Abay yaradıcılığının
təbliğinə görə
2021-ci ildə Qırğızıstan
Mədəniyyət Nazirliyi
tərəfindən mükafatlandırılıb.
Bütün bu mükafatların sırasında 2020-ci ilin dekabrında aldığı
bir hədiyyə Turan sevgisinin ən dəyərli qarşılığı kimi
şairi çox duyğulandırmışdı.
Türkiyə Cümhuriyyətinin müdafiə
naziri Hülusi Akar şairin ona həsr etdiyi
bir şeiri o qədər bəyənmişdi
ki, öz nümayəndəsi ilə
Sumqayıta - şairə
hədiyyə göndərmişdi.
Sənmi
göylərə qalxdın,
göylərmi səni
çəkdi?
Ey yerlərə komutan,
ulu göylərə
bəgçi!
Yaşa, göylərcən yaşa!
Hülusi Akar Paşa!..
Təkcə Türkiyə türkcəsindən çevirdiyi onlarla kitab, redaktə etdiyi əsərlər, şeirlərinin zaman-zaman müxtəlif türk xalqlarına məxsus mətbuatlarda çap olunması, bundan əlavə, türk yazarlarının Azərbaycan oxucularına tanıdılması, ümumtürk mədəniyyətinin müxtəlif qolları arasında informasiya mübadiləsindəki fəaliyyəti verilən bu mükafatların şairin haqqı olduğunu ortaya qoyur.
Müsahibələrinin birində "Türkiyə türkcəsiylə, Qazax ləhcəsiylə danışan İbrahim İlyaslı bəs hansı ləhcəylə qərarlar verir?" sualının cavabında demişdi: "Orxan-Yeniseydəki, Gültəkin abidələrindəki türkcəylə düşünüb, Dədəm Qorqud ləhcəsiylə qərarlar verirəm". Onun nitqində Oğuz leksikasının güclü təzahürünün səbəbini öyrənmək istəyənlər bircə - "Ürəyimi sürtdüyüm Qıpçaq çölü" adlı səfər təəssüratı ilə yazdığı xatirəsini oxuya bilərlər. Həmin yazını oxuyarkən özümün də duyğulandığım çoxsaylı epizodlardan biri: "Budur, yanında əyləşdiyim sürücü arxadakı avtomobillərdən birini gözləmək əmri aldığını deyir və sürəti alıb, əyləci basır. Hamıdan öncə arabadan düşüb yolun kənarına - dizəcən vuran otluğa adlayıram. Nazmi bəy (Nazmi Şimşək - Türkiyədən gəlmiş ünlü yazıçı) həmən ardımca gəlir. Mənim çox duyğulandığımı görüb səbəbini soruşmaq istəyir. Ona imkan vermirəm. Əlimi yovşan koluna uzadıb bir çəngə qopardıram. Yovşan ətrini ciyərlərimə çəkib, ona uzadıram. Yazıçı qardaşım məni sözsüz başa düşür. "Yovşan dilində konuşalım, arkadaş!" - deyib gülümsəyirəm. Bu, Nazmi bəyə də çox xoş gəlir. "Burası Ata yurdumuz. Burası Çingiz xan yurdu, Atilla yurdu!" - deyirəm. Elə bu an mənə az qala özüm boyda görünən bir qartalın ildırım sürətiylə yerə şığıyıb da həmən göyün dərinliklərinə milləndiyini görürəm".
Bu yazını isə İbrahim İlyaslının türk
gənclərinə ünvanladığı fikirlərlə
yekunlaşdırmaq istərdik: "Toplumunuzda
istedadlı türk gəncləri bir araya gəlib. Hərdən
qanınızın ətrini duyun. Görün yovşan ətri
gəlirmi ordan?! Dünyanın ən
qüdrətli millətinin övladları olduğunuzun
fərqinə varın. Dilinizdən, sözünüzdən və
özünüzdən muğayat olun. Tanrı türkü qorusun!"
Aygün
YAŞAR
525-ci qəzet.- 2021.- 12 avqust.- S.11.