Yunanıstan: səfər təəssüratları
və zəngin keçmişi barədə düşüncələr
(Əvvəli
ötən şənbə sayımızda)
Filipp məxmər əlcəklərindəki dəmir əli
ilə öz ağalığını örtməkdə
kifayət dərəcədə bir diplomat istedadı
nümayiş etdirirdi. O, həm də realist olmaqla, ümumi düşmənə
qarşı Asiya yunanlarını azad etmək
üçün, çox müxtəlif olan adamlar arasında
bağlılığı möhkəmləndirməyin vacib
olduğunu bilirdi.
Korinfdə o, barbarlara qarşı səlib
yürüşü təşkil etməyi təklif
etmişdi. Makedoniya ordusu Efes şəhərini tutdu, Əhəməni
imperiyasının sona yaxınlaşdığı artıq
görünürdü.
Lakin Filipp öz unikal qələbələrində
taleyin hökmünü nəzərə almırdı. 336-cı ildə
onun 48 yaşı var idi, möhtəşəm bir bayram
keçirəndə, qızı Kleopatra ilə Epir
çarının toyunu təşkil etmişdi. Bu vaxt o, qatilin xəncər zərbəsindən yerə
yıxıldı. Filipp öldü, lakin
Ellinizm sağ qalmaq şansına malik oldu. İsokratın və Demosfenin ölkəsində də
bu ideya sönmədi və Filippin oğlu və varisi gənc
Aleksandrın ürəyini riqqətə gətirdi. Aleksandrın bu vaxt 20 yaşı var idi. 18 yaşında o, Xeroneyada döyüşdə
olmuşdu və 13 yaşı olarkən Filipp Aristoteli onun
müəllimi təyin etmişdi. Aristotelin
şagirdi Şərqi ellinləşdirməli idi.
B.e.ə.
IV əsrdə yunan mədəniyyəti və cəmiyyəti
Filipp yunan şəhərlərini birləşdirdikdən
sonra onların qələbələri heç vaxt kəsilmədi,
lakin sülh də əmələ gətirə bilmədi. Müharibədən
qaliblər və məğlub olanlar da bərabər şəkildə
əzab çəkirdilər. Müharibədən
qayıdan adamlar kotan arxasında işləməkdən imtina
edirdi, onların həyat tərzi də təhlükə vəd
edirdi, soyğunçuluqla məşğul olmağa meyil
edirdilər.
Filipp öz heykəllərini allahların heykəllərinin
yanında qoydurmuşdu və fikirləşirdi ki, yunanlar
Olimpiya müqəddəs məkanında onun da heykəlinə
sitayiş edəcəklər. Aleksandr isə öz valideynlərinin
ilahi mənşəli olduqlarına inandığından,
hökmdarın kultunu yaratdı və tələb etdi ki, belə
bir qayda qəbul edilsin ki, o, hələ
sağlığında allah olacaqdır.
Yunan rəngkarlığı və heykəltəraşlığı
inkişaf və axtarışlar yolu ilə gedirdi. Rəssamlar
könülün hərəkətini izah etmək üslubunu
seçirdilər, sifətin ifadəliliyini göstərmək
yolların axtarırdılar. Heykəltəraş
Praksitel isə daha sentimental olmaqla, gülüşün
şirinliyini dolayı yolla izah etmək istəyirdi. Qadın bədənini bütünlüklə
çılpaq göstərməyə cəsarət edirdi, hətta
ilahələri də bu şəkildə təsvir edirdi.
Arxitekturada isə yenilik olduqca çox idi.
Teatrlar çoxalırdı və daş
oturacaqlar Sirakuzada meydana çıxdı, sonralar Filippin və
Aleksandrın hesabına Olimpiya yeni tikililərlə zənginləşdi.
İoniyada hər yerdə məbədlər
tikilir və ya yenidən qurulurdu. Dünyanın
Yeddi möcüzəsindən ikisi - Efesdəki Artemida məbədi
və Halikarnasdakı nəhəng Mavzoley bu dövrdə yaradılmışdı.
Ədəbiyyatda isə Afina rəssamlıqdan daha
çox yunan dünyasının böyük paytaxtı olaraq
qalırdı.
Afinadan olmayan yazıçılar dərs almaq
üçün oraya gəlirdilər. Afina
siyasi rejimi də kimisə təqlid etməmək nümunəsini
təklif edirdi. Teatr, poeziya iflasa
uğradıqda, nəsrə yol açılırdı.
Əvvəlki əsr, həqiqətən də,
faciəni, komediyanı şərəfə mindirən parlaq
tarixi görmüşdü.
Natiqliyə gəldikdə, İsokrat və Demosfen
bir-birinə əks qütblərdə dururdu. Makedoniya idarəçiliyi
barədə onların mübahisələri davam edirdi.
Fəlsəfə sahəsində isə Sokratın b.e.ə.
399-cu ildə ölümü, elmlə daha yaxından məşğul
olmaq üçün Platonu aktiv siyasətdən
uzaqlaşdırdı. O, səyahət edirdi ki, taxt-tacda filosofun olduğu ideal
rejimi kəşf etməyə cəhd göstərsin. 387-ci ildə Siciliyadan qayıtdıqdan sonra o, siyasi
elmlər mənbəyi olan Akademiyanın əsasını
qoydu. Sokrat Platonu ləyaqətin
reallığına inandırmışdı. O
düşünürdü ki, dünya sadəcə
illüziyadır. Lakin Platon Sokratdan daha uzağa
və yuxarı getdi. Eyni vaxtda mistik və
realistik olmaqla, o, Yeni Akademiyanın və neoplatonizmin atası
di. Platonun dialektika metodu isə Sokratdan gəlmişdi.
Həmin vaxt onun ən məşhur şagirdi
Aristotel idi.
Aristotel
Platondan az lətafətə malik idi. Platon ideyanın yüksək yolunu açdısa,
Aristotel onun faktiki Yer səthindəki yolunu açdı.
Ancaq hər ikisi bütöv bir məsələni
- vahid, müqayisə olunmayan və dərin bir məsələni
həll edirdilər.
Aristotel Aleksandrın müəllimi olduğundan, sonra da
Makedoniyada yaşadı, Asiyaya da səfər edə bildi. O, b.e.ə. 335-ci ildə Afinada
lisey kimi tanınan məktəbin əsasını qoydu, məktəb
həm də "Peripatetik" adlanırdı. Günorta vaxtı oxunan mühazirələr ictimai
xarakter daşıyırdı.
Aristotel Platondan öz realizminə görə fərqlənirdi,
necə ki, axırıncı da idealizminə görə
özünü Sokratdan fərqləndirirdi. Aristotel belə
qənaətə gəlmişdi ki, ləyaqət
düşünüldüyünün içərisindədir,
necə ki teatrda faciəyə tamaşa edərkən öz
ehtirasını təmizləməklə həzz alırsan.
Lakin mənəvi cəhətdən yaranan bir
varlıq kimi olmamışdan əvvəl insan siyasi heyvan idi və
bütün qabiliyyətlərdən birincisi də məhz
siyasi qabiliyyətdir.
Etikada Aristotel öz realizminə görə Platondan fərqli
di. Yunanlar tezliklə gördülər ki, Aristotelin gənc
şagirdi Aleksandr ensiklopedik axtarışlarını məlum
olan dünyanın hədlərindəki işğalları ilə
əvəz etdi, tabe edilmiş bəşəriyyətdə
tarazlıq və qayda yaratdı.
Böyük
Aleksandrın işğalları
B.e.ə.
336-cı ilin yayının əvvəllərində Makedoniya
çarı II Filipp öz qatilinin bıçaq zərbəsi
ilə yıxılıqda, Yunanıstanda sevinc
partlayışı baş verdi, axı
Filipp onların milli düşməni olmuşdu. Afinalılar inana bilərdilər ki, atasının
izi ilə getmək üçün varis Aleksandr çox
cavandır. Onlar bilirdilər ki, o,
Yunanıstana gətirilmiş və Aristotel tərəfindən
tərbiyə olunmuşdu. O, Xeroneya döyüşü
vaxtı atasının tərəfindən vuruşanda
ehtirasla Homerin, Pindarın, Herodot və Yevripidin əsərlərini
öyrənmişdi. Afinalılar güman edə
bilərdilər ki, onun ensiklopedik biliyi ruhun xüsusiyyətlərinə
doğru birbaşa hərəkət etməyi mümkün etməlidir.
Aleksandr
atasından irs kimi müharibə aparmaq
zövqünü götürmüşdü, lakin Homerdən
və Herodotdan özünə müharibə barədə ibrətamiz
dərslər çıxarmışdı, həm də Asiya
barbarlarına qarşı aparılacaq böyük mübarizənin
nümunələrini görmüşdü. O, həmçinin,
natiqlərin məsləhətlərinə qulaq
asmışdı. Bilirdi ki, yunanlar uzun müddət
ərzində öz mübahisələrinin barbar
çarın vasitəsilə həll edilməsinə imkan
vermişdilər. Atası ona yol göstərmişdi,
Filipp Makedoniyanın ağalığı altında ümumi
harmoniyaya nail olmaq məqsədilə Korinf Liqasını
yaratmışdı. 337-ci ilin yazında
artıq Persiyaya qarşı böyük qisas müharibəsi
ideyası ona hakim kəsilmişdi. Filipp bu
yolla birliyi möhkəmləndirmək istəyirdi.
Aleksandr Filippin proqramını götürüb, onu həyata
keçirdi. Asiyada müharibəni başlamaqla, Filipp yunanlar
üzərində öz suveren hakimiyyətini bərqərar
etmək məqsədini seçmişdi. Aleksandr
isə şöhrət və işğal naminə öz
iştahını daha da gücləndirirdi. Lakin o, həm də özünün arxasında
möhkəm sülhə əmin olmalı idi. Cavanlığına baxmayaraq, o, yunanları
qorxudurdu. Fermopil üzərində ən
azı göydəki şimşək kimi parlayan Leonidin
ruhundan ilham alırdı.
Persiya çarı Aleksandrın atasının və
özünün siyasətini yoxlamaq üçü
elçilər və qızıl göndərdi,
çünki belə bir şayiə yayılmışdı
ki, Aleksandr İlliriya döyüşündə həlak
olmuşdur. Lakin özünün sağ-salamat olduğunu
göstərmək üçün Aleksandr vaxtı itirmədi.
O, gözlənilmədən Yunanıstana bir başgicəlləndirici
hücum etdi, 12 günə Fivanın divarları
qarşısında dayandı. Şəhər
təslim oldu. Qadınlar və uşaqlar
daxil olmaqla, bütün sakinlər qırğına məruz
qaldı və ya qul olmaq üçün satıldılar.
Cəza çox qəddar xarakter
daşıyırdı. Aleksandrın
özü də tövbə etdi. O özü
qırğından dəhşətə gəlmişdi. Ancaq terror səmərəsi yunanlara göstərdi
ki, bu cavan adamdan heç də asanlıqla yaxa qurtarmaq
mümkün olmayacaqdır.
Bu vaxt Aleksandr artıq üzünü Asiyaya tərəf
çevirə bilərdi. O, barbar Şərqi ilə
sivilizasiyalı Qərb arasında körpü qurmağı
planlaşdırırdı. B.e.ə. 334-cü ilin yazında
o, 30 min piyada və 5 min süvaridən ibarət kiçik,
lakin yaxşı hazırlanmış ordu ilə Hellospont
boğazını keçdi. Arxada onun narahat
olan anası Olimpiya qalmışdı.
Persiya
imperiyasının işğalı
(B.e.ə.
334-330-cu illər)
Bəzi tarixçilər Aleksandrın Avropadan Asiyaya
keçməsi barədə müxtəlif fikirlər söyləyir,
hətta təhriflərə də yol verirlər. O, sadəcə Persiya
müharibələrini təkrar etmək istəyirdimi,
İoniya yunan şəhərlərini Persiya boyunduruğundan
azad etmək məqsədini güdürdümü, yaxud
Ellinizmin faydasını Şərqə göstərmək
istəyirdimi? Onun ideyaları isə
bütün bunlardan böyük idi. O, özündən
razı olan bu diplomatiyanın müdaxiləsinə son qoymaq
üçün Persiyanı darmadağın etməli idi. Dünyanın hədlərində Makedoniyanın
oyun oynaması üçün vaxt artıq gəlib
çatmışdı. O, öz sinəsində Homerin qəhrəmanlarına
xas olan kimi ürəyinin döyündüyünü hiss
edirdi. O, "İliada"nı həyata,
reallığa gətirmək istəyirdi. Axı
Mikena çarı Aqamemnon da yunan ittifaqını düzəldib,
Asiyaya keçmiş, Kiçik Asiyadakı qüdrətli
şəhər-dövlət olan Troyanı - İlionu qəsb
etmiş və viran qoymuşdu.
Nəhayət, Aleksandr Hellospontu keçdi, Axillesin sərdabəsi
üzərində qurban mərasimi keçirdi. Onu
özünün əcdadı hesab edirdi və sonra
persiyalılar üzərinə sürətli bir hücum etdi.
B.e.ə. 334-cü ildə Qranik
çayının sahillərində, heç bir
döyüş planı olmadan Persiya çarının köməkçiləri
üzərində parlaq qələbə çaldı. Barbar torpaqlarında əldə etdiyi qənimətləri
Afinaya göndərdi ki, Parfenonda cəmlənsin və Akropolu
daha da bəzəsin. Troya regionunda
yunanları çar boyunduruğundan azad etdi və
çarın satraplarının onların üzərinə
qoyduqları bütün vergiləri ləğv etdi. Bir neçə ay ərzində Homerin bardlarında
vəsf olunan böyük şairin ana yurdunu işğal etdi.
Lidiya paytaxtı Sardıda sakinlər
üçün olan qədim (Böyük Kirə qədərki)
qanunları bərpa etdi. Efesdə rəqib fraksiyaları
sakitləşdirdi və oradakı Yeddi Möcüzədən
biri olan Artemida məbədini yenidən tikmək
üçün (məbədi b.e.ə. 356-cı ildə,
Aleksandrın anadan olduğu həmin gecədə Herostrat
yandırmışdı) lazım olan vəsaiti verdi. Şimali Frigiyaya
qayıdıb, paytaxt Qordi şəhərinə
çatdı, bu şəhər Suzaya gedən yolun
üstünə idi, məşhur Qordi düyününü
(ilgəyini) qılıncla kəsdi. Əfsanəyə
görə, bu, ona Asiya üzərində hökmran
olmağı, imperiya yaratmağı vəd edirdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 14 avqust.- S.22.