Ağdamda "Osman təpəsi" mikrotoponimi  

 

Ağdamın Əlimədətli kəndinin ərazisində yerləşən, türk əsgərlərinin uyuduğu şəhidlər qəbiristani

 

Azərbaycanda tayfa, xalq, nəsil, eləcə şəxs adları daşıyan bir çox mikrotoponimlər var. Tarixi baxımdan ən etibarlı məxəz kimi toponimlər böyük əhəmiyyətə malikdir. Zamanın amansız siyasi-ictimai hadisələri yazılı mənbələri məhv etsə , toponimlər uzunömürlü olur. Ancaq makrotoponimlərdən fərqli olaraq yazılı şəkildə qeydə alınmayan mikrotoponimlər unudulub sıradan çıxır. Halbuki mikrotoponimlərdə xalqın tarixi, dili, mədəniyyəti həyat tərzi yaşayır. Belə toponimlərdən biri "Osman təpəsi" adlanan mikrotoponimdir.

 

Ağdam rayonunun Əlimədətli kənd İcra nümayəndəliyi ərazisində "Osman təpəsi" deyilən bu tarixi məkan Şəhidlər qəbiristanlığıdır. "Osman təpəsi" mikrotoponimi Xaçın çayının sol sahilində, Tayırrar qışlağı, Məşədi Qurban - Salman bəy dəyirmanı tuşunda yerləşir. Xaçın çayının sağ sahilindəki XIV əsrə aid Sarı Musa türbəsi Cinli kəndi ilə üzbəüzdür. Cinli kəndinin üstündəki Fərrux adlanan dağ ətəyində erməniləşmiş alban tayfası yaşayırdı. Erməni vandalları həmişə həmin kənddən aşağı ərazidə yerləşən, azərbaycanlıların yaşadıqları, Kolanı tayfasına mənsub Cinli, Əlimədətli, Əliağalı, Xaçındərbənd, Mollalar, Kürdlər, Kəngərli kəndlərini atəş altında saxlayırdılar.

 

Ötən əsrin əvvəllərində erməni terroruna qarşı mübarizə məqsədilə Nuru Paşanın rəhbərliyi altında Azərbaycana gələn Türk ordusu tərəfindən Bakı azad olunandan sonra əsas özəyi Osmanlı ordusundan ibarət Qafqaz İslam Ordusu Qarabağ istiqamətinə hərəkət etdi. Mənbələrdə göstərildiyi kimi, 1918-ci il noyabrın 1-də Nuru Paşa Ağdama gələrək döyüş hazırlıqları gördü, noyabrın 4-də Əsgəran-Şuşa istiqamətində Xaçın çayı boyunca yerləşən erməni işğalçılarının mövqeləri istiqamətində hücüm əməliyyatına başldı. Fərrux, Daşbaşı, Sırxavənd, İsmayılbəyli, Ballı qaya, Koladəy, Dovşanlı, Vəng istiqmətlərində Osmanlı türk taborları ilə erməni daşnak cəlladları arasında qızğın döyüşlər getdi.  Qafqaz İslam Ordusunun 9-cu 106-cı türk alaylarına məxsus taborun qərərgahı Xaçın kənarındakı, xalq arasında sonralar "Osman təpəsi" adlanan yerdə mövqe tutdular. Buradan Yeddixırman, Fərrux dağı Vəngə qədər Xaçınboyu kəndləri asanlıqla nəzarətdə saxlamaq idarə etmək mümkün idi.

 

Məlumatlara görə, "Osman təpəsi" adlanan yerdə salınan Şəhid qəbiristanlığında da məhz 1918-ci ildə Qarabağda döyüşmüş Türk ordusunun şəhid olmuş əsgərləri dəfn ediliblər buna görə , o məkan xalq arasında "Osman təpəsi" adlandırılıb. Qeyd edək ki, Osmanlı Türk qoşunlarının sərkərdələrindən olan Nuru Paşanın, Mürsəl Paşanın, Cahid Cəmil bəyin, İsmayıl Hakkı bəyin adları Azərbaycanda, Qarabağda, Ağdamda olduqca məşhur idi xalqın qəlbində onlara qarşı böyük məhəbbət ehtiram var idi. Xalq, sadə camaat Sovet dönəmində belə, bu məhəbbəti qorumaq üçün övladlarına Osman, Nuru, Mürsəl, Cahid, Cəmil, Hakkı (Haqqı), Paşa, İsmət, Mustafa, Kamal, Rəfiq, Yılmaz, Adnan, Amir, Akşin, Ayvaz, Çələbi, Bülənt, Cövdət, Əmirə (Emre), Ərtoğrul (Toğrul) kimi türk adlarını fərəh şərəf hissi ilə qoyur, bununla da, araya nifaq salmaq istəyən qüvvələrin acığına Türk qardaşlarına ehtiramı qoruyub saxlayırdılar. Yadımdadır, təkcə bizim kəndlərdə onlarla Osman, Nuru, Paşa, Kamal (Kemal), Mustafa, Midhət, Nihad, Timur, Teyfur (Tayfur), Turan, Turqut, Türkeş, Temir, Yavuz adlarını daşıyanlar var idi. Bəlkə , Azərbaycanda Hakkı adını daşıyan yeganə şəxs əslən Ağdamın Ətyeməzli kəndindən olan tanınmış ziyalı, müəllim, məktəb direktoru Hakkı müəllim idi. Bu adların hamısı, xüsusən Sovet dönəmində toplum arasında tarixi-sosial kulturoloji mahiyyət, status daşıyır, örtülü, gizli şəkildə olsa da, xalqın ümid arzularının, ideallarının daşıyıcısı rolunu oynayır, türk xalqları dostluğunun, türkçülük yaddaşının qoruyucusuna, himayəçisinə çevrilirdi. "Osman təpəsi" yer adının qorunub saxlanması da, bu məhəbbətin ehtiramın təzahürü idi.

 

 

Cinli kəndinin sayılıb-seçilən ziyalılarından biri, Birinci Qarabağ müharibəsində üç il sərasər bölükbatalyon komandiri olmuş, Qarabağ müharibəsi veteranı, hazırda Sumqayıtda yerləşən Ağdam köçkün məktəbinin direktoru Adil Quliyev söhbət zamanı mənimlə maraqlı bir xatirəsini bölüşmüşdü. Mən də o xatirəni sizinlə paylaşıram: "Kçən əsrin 80-ci illərinin əvvəlləri idi. Gənc komsomolçu kimi məni M.F.Axundov adına üzümçülük sovxozunda, o vaxtalar dəbdə olan "Gənc komsomolçular briqadası"na başçı - briqadir  seçmişdilər. Bizim briqada üzüm - tənək bağları salır, geniş bağ sahələrinə xidmət edir, bol da məhsul götürürdü. "Osman təpəsi" adlanan yerbizim xidmət sahəmizə düşürdü. Bağ sahəsini genişləndirmək adı ilə rəhbərlikdə olan hansısa qaragüruhçunun ağlına gəlmişdi ki, bu təpəni şumladıb əkin sahəsinə çevirsinlər.  O vaxtlar biz şəhid qəbiristanlığı adını bilmirdik, amma onu bilirdik ki, bu təpədə vaxtilə bizi erməni qırğınlarından xilas etməyə gələn türk-osmanlı qoşunundan həlak olan döyüşçülər dəfn olunublar. Amma indi ağıldanbəla kimsə əkin sahəsini genişləndirmək adı altında bu müqəddəs təpəni məhv etmək fikrinə düşmüşdü. Uzun sözün qısası, biz gənclər qəti etiraz etdik ki, bura qəbiristanlıqdır və buradan götürüləcək məhsul haramdır. Bizi çək-çevirə saldılar, az qala, ideoloji səbatsızlıqda günahlandırdılar. Amma biz yolumuzdan çəkilmədik, kənd ağsaqqalları da bizi müdafiəyə qalxdılar, rayon rəhbərliyindən də məsələyə anlaşıqlı yanaşanlar oldu. Onu da deyim ki, bizim mövqeyimizdə olan bütün traktorçular bu yeri şumlamaqdan imtina etdilər. Hardansa bir erməni tapıb gecə ilə şum atmağa başlamışdılar, vaxtında xəbər tutduq, qarşısını aldıq. Gödək bir şum şırımından xeyli giliz, insan sümükləri çıxmışdı, təzədən onları elə həmin yerdə basdırdıq. İndi həmin təpə - "Osman təpəsi" durur!..

 

Bəli, şükürlər olsun ki, bu tarixi şəhidlik məzarıstanı bu gündurur. Başqa bir çox müqəddəs məkanlar kimi, bu məkan da Türk qardaşlığının, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını sübuta yetirən tarixi faktlardan biridir. Bu il iyunun 15-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşadakı möhtəşəm görüşü və "Şuşa Bəyannaməsi"nin imzalanması da bu tarixi ənənənin müqəddəsliyə və əbədiliyə söykənən davamıdır.

 

 

 

Bu yazını yazmaqda məqsədim və təklifim budur ki, Ağdamın Əlimədətli kəndi ərazisində yerləşən "Osman təpəsi" adlanan bu tarixi Şəhidlik məzarıstanı Türkiyə-Azərbaycan arxeoloqları, mütəxəssisləri tərəfindən tədqiq olunsun, şəhidlərin şəxsiyyətlərinin müəyyənləşməsi istiqamətində aparılsın və bu Şəhidlik məzarıstanı tarixi abidə kimi ziyarətgaha çevrilsin.

 

Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin! Amin!

 

 

Qurban BAYRAMOV

Tənqidçi-ədəbiyyatşünas

 

525-ci qəzet.- 2021.- 14 avqust.- S.11.