"Canım-gözüm, ömür elə
budur, bu..."
Çağdaş Azərbaycan poeziyasının layiqli
nümayəndəsi, şair, publisist, tərcüməçi
Əjdər Ol çoxşaxəli
yaradıcılığı ilə ədəbiyyatımızın
inkişafına töhfə verən imzalardandır. Vətənpərvər
ruhda yazdığı şeirləri nə qədər
coşqundursa, məhəbbət lirikası bir o qədər həzin
və duyğuludur. Azərbaycançılıq
konsepsiyası Əjdər Ol poeziyasının ana xəttini təşkil
edir. Onun xalqına, millətinə
bağlılığı ətrafındakı insanlara,
dostlarına, qələm yoldaşlarına və
oxucularına yaxşı məlumdur.
Bu gün Əjdər Olun doğum günüdür. Çox təəssüf
ki, sevimli şair doğum günündə həbsxana
divarları arasındadır. İnanırıq
ki, bu ağır günlər arxada qalacaq və o, tezliklə
azadlığa qovuşacaq. Əjdər Olu
doğum günü münasibətilə təbrik edir,
xoş günlər arzulayırıq.
***
Yurdum - Azərbaycanım!
Ölmədim
ağ gününü gördüm, Azərbaycanım!
Olsa da,
"yox, - deyəcəm, - dərdim", Azərbaycanım!
Səni çox öydü bu dil, amma
çıxartmaz ağını,
Gözümə
tutiyətək sürtmədəyəm torpağını,
Göydə
göyqurşağıtək yelləyirəm
bayrağını,
Himnini eyləmişəm
virdim, Azərbaycanım!
Ölmədim,
ağ gününü gördüm, Azərbaycanım!
Çox
olub yağmalanan, solmuş, üzülmüş vaxtın,
Çevrilib,
yandırılıb tüstüyə dönmüş
taxtın,
Milyon il bərk dayanıb indiyə gəldin,
çıxdın,
İgidim,
qəhrəmanım, mərdim Azərbaycanım!
Ölmədim,
ağ gününü gördüm, Azərbaycanım!
Anasından
soyuyan kəsləri az görməmişik,
Yurda
yanpörtü baxan tərsləri az
görməmişik,
Dara
düş didə çıxar səsləri, az
görməmişik,
Can deyib
canına can verdim, Azərbaycanım!
Ölmədim,
ağ gününü gördüm, Azərbaycanım!
Çatdıq
azadlığa, biz arzulayan çağlardı,
Can fəda
eylədilər, can əvəzi sağlardı,
Mənim
arxam boyaboy cərgələnən dağlardı,
Çinarınla
yanaşı durdum, Azərbaycanım!
Ölmədim,
ağ gününü gördüm, Azərbaycanım!
Amma
könlümdə sınıqlıq da var, əlbəttə,
Vətən,
Çəkilib ağlamışam daldada, xəlvətdə,
Vətən.
Vətənin
beşdə üçü çərlədi qürbətdə,
Vətən,
O ki var
zülm görüb yurdum - Azərbaycanım!
Ölmədim,
ağ gününü gördüm, Azərbaycanım!
Əjdər
Ol, qarşıda yol bir balaca çən görürəm,
Özümün
şölə saçan istəyimə tən görürəm,
Qalibiyyət
yolumuz qarşıdadır, mən görürəm,
Sevgilimtək
qoluna girdim, Azərbaycanım!
Ölmədim,
ağ gününü gördüm, Azərbaycanım!
Çağırış
"Qarabağ bizimdir və nida!" -
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
Keçdi
əks-hücuma şanlı ordumuz,
Qələbə
gözləyir doğma yurdumuz,
Gedirik irəli,
gəlir ardımız,
Düşmənin
dilinin ucunda vida,
Qarabağ
bizimdir, bizim və nida!
Yoxolmuş
yox olub yoxa çıxacaq,
Bayrağım
yeriyib dağa çıxacaq,
Laçına
çıxacaq, Tuğa çıxacaq,
Həsrətdən
güc aldıq, sevgidən qida,
Qarabağ
bizimdir, bizim və nida!
Murov zireh
çəkib "üzləyib" bizi,
Kəlbəcər
otuz il özləyib bizi,
Ağdam
hər dəqiqə gözləyib bizi,
Kəsməz
yolumuzu ölüm, qan-qada,
Qarabağ
bizimdir, bizim və nida!
Günəş
işıq tutub, Ay yaxıb şamı,
Elə
bil dəyişib həyatın tamı,
Şuşa
sevgisinə can atır hamı,
Hamıya
yuxuda verilib buta,
Qarabağ
bizimdir, bizim və nida!
Azərbaycanımın
qəlbi Qarabağ,
Yenilməz,
möhtəşəm, qəlbi Qarabağ,
Ey hərbi
geyimli hərbi Qarabağ,
Yağı
öz xoşuna çəkilsin, ya da...
Qarabağ
bizimdir, bizim və nida!
Ey
dağım, ey daşım, bizə səngər ol!
Ey dostum,
qardaşım, zabit, əsgər ol!
Canını
dişində tutub Əjdər Ol,
Əsgər
marşı ilə yeriyir o da...
Qarabağ
bizimdir, bizim və nida!
29 sentyabr
2020
Qəzan mübarək
Əgər
gedirsənsə haqq savaşına,
Qəzan
mübarəkdir, qəzan mübarək!
Bu halal kəlməni
sətir başına,
Yazan
mübarəkdir, qəzan mübarək!
Sən
ki, qan tökmürsən, qanı alırsan,
Əlindən
nə gedib, onu alırsan,
Sən
Salur oğlusan, Banu alırsan,
Qazan,
mübarəkdir, qəzan mübarək!
Namus
savaşıdır sənin savaşın,
Başında
tay-tuşun, dostun, yoldaşın,
Yağıdan
aldığın torpağın, daşın
fəzan
mübarəkdir, qəzan mübarək!
Qarabağ
itməyib, bizdən getməyib,
Biz ordan
getmişik, fürsət ötməyib,
Sən
oxu, mənim də sözüm bitməyib,
Ozan,
mübarəkdir, qəzan mübarək!
Canında
qalsa da, lap yarı canın,
Qazi tək
dönməyə vardır inamın,
Əgər
şəhid olsan, şəhidlik qanın,
əzan
mübarəkdir, qəzan mübarək!
Oğul
doğulmayıb, döşəkdə ölə,
Bayraq tikilməyib, tutasan yelə.
Deyirdim,
arxam var, igid, sən elə
Osan,
mübarəkdir qəzan, mübarək!
Qəzan
mübarəkdir, qəzan mübarək!
Azərbaycan
Mənim əziz
vətənim,
Ruhum,
canım və tənim,
Qüdrətə
bax adında!
Hikmətə
bax adında!
Deyim nəsən? - Xəzinə!
Baxıb
nurlu üzünə,
Aranına,
dağına,
Gözəl
Qarabağına,
Ad qoyub,
can deyiblər,
Azərbaycan
deyiblər!
Canı
dilə gətirib,
Canı cana yetirib,
Anacan
çağırmışıq,
Nənəcan
çağırmışıq,
Gah atacan
demişik,
Gah babacan
demişik,
Bir də
göz açan kimi,
Ruhumuz
acan kimi,
Vətənə
can demişik,
Azərbaycan
demişik!
Səni vətən
seçənlər,
Adına
and içənlər,
Çinarına
xan dedi.
Dağına
sultan dedi.
Lap
işi qan olan da,
Yolunda
qurban dedi.
Canında
can olan da,
Yarımcan
da can dedi.
Mən də can-can deyirəm.
Azərbaycan deyirəm.
Azərbaycan
deyilincə,
Düşmənlər
də can deyər.
Dönük
çıxıb, gözündən
Düşənlər
də can deyər.
Can deyər
qan-qan deyən.
Od-alovdan don geyən.
Gəzdim
söz sırasında,
Ölkələr
arasında,
Tək sənə
can deyərlər!
Azərbaycan
deyərlər!
Mənim
Azərbaycanım,
Adının da canı var.
Könlümün
nə qorxusu,
Nə də
hə
yəcanı var.
Yağı
güc gələ bilməz,
Bu vətən
ölə bilməz,
Niyə?
Nədən?
Nə üçün?
Çünki
tükənməz gücün,
Hamı sənə
can deyir,
"Can Azərbaycan!" deyir.
Oxşama
Mən
yarıdım, yarımadım,
Vətənimi
qarğımadım,
Ona
heç nə sırımadım,
Tək
özümü qorumadım,
Köküm varmış, qurumadım.
Vətən
dedim, Vətən, Vətən!
Dolaşdıqca
addım-addım,
Baxdım ona maddım-maddım.
Havasını
uddum, uddum,
Dadmalısın daddım, daddım.
Necə
şaddım, necə şaddım,
Vətən
dedim, Vətən, Vətən!
Gərək
deyil - şişirtməyin,
Kiçik
deyil - kiçiltməyin,
Hər
yetəni eşitməyin,
Yuvamızı
üşütməyin,
Zirvədəyəm, düşürtməyin.
Vətən
dedim, Vətən, Vətən!
Öz
imzamdır, öz qolumdur,
Bayrağımda
üç yolumdur,
Addımbaşı
parolumdur,
Sağolumdur,
varolumdur,
Hər nədirsə, qəbulumdur.
Vətən
dedim, Vətən, Vətən!
Yağısı çox, çətinlikdir.
Kimə nə var, bu, mənlikdir.
Ruhum şehli çəmənlikdir.
Heyim, gücüm Vətənlikdir.
Bələklikdir,
kəfənlikdir
Vətən
dedim, Vətən, Vətən!
Könül vuruşu
Könlümü
vuruşa çıxarmışam mən,
Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.
Mənim
ürəyimin hər döyüntüsü,
təzə bir hücumdur, yeni bir həmlə.
Bütün
vuruşlardan uzundur, uzun,
bu saat,
bu fəsil, bu il vuruşu.
Dönük
zəmanəmlə aramızdakı
könül vuruşudur, könül vuruşu.
Mənim
ürəyimin döyüş marşı var,
hər
an eşidirəm, hər an o marşı.
Belə
vuruşmayıb İmamsöyün də,
bir
könül milyona, milyarda qarşı.
Mənə
gələn zərbə özümə dəyib,
onu
qardaşıma ötürməmişəm.
Bircə
bayrağım var, döyüş bayrağı,
yanımca ağ bayraq götürməmişəm.
Yerindən
oynayıb, yurdundan olub,
qəlbin
sevən yeri hara bağlıdır?
Bədənə-çadıra sığışa
bilmir.
elə
bil qaçqındır, qarabağlıdır.
Mən
öz ürəyimə yaxşı bələdəm,
döyüşər döyüşün sonuna qədər.
İnsanlar,
mən sizin aranızdayam,
Günəşli qiyamət gününə qədər.
Ömür
Ağrılara,
əzablara darılma,
Öz
işindən bərk-bərk yapış, yorulma,
Çalış
ölmə, çalış itmə, vurulma,
Canım-gözüm,
ömür elə budur, bu!
Tale, qismət
deyirdin ha, odur bu!
Yağlı
vədlər, yaman "ayır-buyur"lar,
Demə mənə
nə ad, nə san qıyırlar,
Tez artmağa axı kimi qoyurlar?!
Canım-gözüm,
ömür elə budur, bu!
Yarışmağa
meydan budur, cıdır bu!
Adamsan də,
incidərlər adamı,
O
dünyadan haraylama atanı,
Alan yoxsa,
dur özün al qadanı,
Canım-gözüm, ömür elə budur, bu!
Dadına
bax, gör nə şirin dadır bu!
Neynəsən
də, hər gələn gün xoş olmaz,
Adam gedib
ağlağana qoşulmaz,
Fors eləmə,
dünya sənsiz boşalmaz,
Canım-gözüm,
ömür elə budur, bu!
Səni,
məni diri-diri udur bu!
Keçmək
olmur payızından, yazından,
Üzülürsən
bir gözəlin nazından,
Əşşi,
yüz yol mən demişəm azından,
Canım-gözüm,
ömür elə budur, bu!
Ürəkdə
od, gözümüzdə sudur bu!
Hər
istəkdə, hər diləkdə düyün var,
Nə istəsəm,
olmasa da, deyin: "Var!",
Əjdər
Olsan, kimsən, boş hay-küyün var,
Canım-gözüm,
ömür elə budur, bu!
Adəm
budur, Nəbi budur, Xıdır bu!
***
Mən
gedər-gəlməzdən qayıda bilsəm,
Dur çıx yol üstünə, gedən gələr
də.
Mən
gedər-gəlməzdən dönməyib ölsəm,
Ağlama, birdənəm, adam ölər də..
Əjdər
OL
525-ci qəzet.-
2021.- 17 avqust.- S.12.