"Zibilini "zibilə atmayan" ölkə"  

 

İsveçə təzə köçdüyümüz illər idi. Hələ öz evimiz olmadığı üçün ikinci əldən üçotaqlı bir ev kirayə götürdük. Belə evlər çox baha olduğu üçün büdcəmizə yardım olsun deyə, otaq ayaqyolusu ayrı, amma mətbəxi bölüşmək şərti ilə Azərbaycan yəhudisi olan qadınla bir ilə qədər birlikdə yaşamaq məcburiyyərində qalmışdıq.

 

Dəfələrlə deməyimizə baxmayaraq, qadın, qulaq təmizləyən çubuğu ayaqyoluna, zibilləri sortlaşdırmadan hamısını bir yerə atardı. Deyəndə , əlini yelləyərdi ki, "Əşşi, boş verin bu ölkənin pulu çoxdur, özləri əncam eləyərlər".  Məcbur olub qızımla öz zibilimiz üçün ayrıca qab ayırdıq qaydalara uyğun sortlaşdırdıq. Bir gün ona 800 kron (təqribən 156 manat) cərimə gəldi. Heç demə, o, gələn məktubları da yemək qalıqlarına qatıb atdığı üçün zərfin üstündəki ünvan addan kim olduğu müəyyən olunub cərimə göndəriblər. Qadın deyinə-deyinə cəriməni ödədi. Sonra da zibilləri sortlaşdırmağı öyrəndi.

 

Evdə valideyninin zibili necə sortlaşdırdığını görən, bağça məktəblərdə lazımi məlumatlarla bilgilənən bir uşağın, həyatı boyu bu qaydalara əməl etməməsi mümkün deyil. Problem bəlli bir yaşdan sonra ölkəyə köçən gəlmələrdə ola bilər. O gəlmələr ki, vətənində zibil sortlaşdırmaq ənənəsi olmayıb, bura gələndən sonra da özünü inkişaf etdirmək təzə qaydalara uymaq istəmir. Yaşadığım ərazidə belələri çoxdur. İsveçdə yaşayanlar yaxşı bilir, mən məlumat üçün deyim ki, burada evimizin içində bizim bir deyil, bir neçə zibil qabımız var. Bəlkə sizə yorucu görünə bilər, amma öyrəşəndən sonra heç bir çətinliyi yoxdur.

 

Evdə əvvəlcədən sortlaşdırdığımız zibilləri ayrı-ayrılıqda paylaşdıraraq bayırda hər əraziyə uyğun yerlərdə qoyulmuş 7-8 müxtəlif  konteynerlərə atırıq:

 

- yemək qalıqları;

 

- kiçik həcmli açıq qablaşdırılmış kardonlar (daha az yer tutması üçün əzərək içinin havası çıxarılsa, daha yaxşı olar);

 

- yumşaq plastiklər;

 

- qəzet-jurnal məktublar;

 

- rəngli rəngsiz şüşələr (bankaların içi təmiz olmalıdır);

 

- metallar;

 

- batareyalar;

 

 Amma hər şey bununla bitmir. Əlavə olaraq, hər binanın həyətində yerləşən "grovsoprum" deyilən otaqda qoyulmuş konteynerlər var. Buraya isə bayırdakı zibil qablarına aid olmayan atıla bilməyən daha böyük əşyalar - mebel, qab-qacaq, ayaqqabı, böyük kardonlar, böyük plastik qablar s. sortlaşdırılaraq atılır.

 

Lakin yenə bitmədi. Binaların həyətində isə üstündə "elavfall" (elektrik tullantıları) yazılmış daha bir otaq da var. Bura da adından göründüyü kimi, xarab olmuş elektrik əşyalaları, müxtəlif növ lampalar atılır.

 

Bir az da zibilin təkrar emalı haqqında...

 

Hər şeydən öncə onu deyim ki, İsveçdə zibilin 99 faizi təkrar emala gedir. Zibilin təkrar emalı fərqli yollarla olur. Bir qismi, daha dəqiq desək, 52 faizi yandırılır.  Zibil yandırmaq üçün İsveçdə 32 xüsusi elektrik istehsal qurğusu var bu qurğular vasitəsilə zibil yandırılan zaman elektrik istilik istehsal olunur. Həm zibil tullantılar enerjiyə çevrilərkən, havanın karbonla çirklənməsi başqa yanacaqlarla müqayisədə ən aşağı miqdardadır. Bu qurğular çıxan tüstünün turbalarla yönləndirilməsi yandırılma prosesinin nəticəsində torpağa sızan toksinlərin azaldılması metodu ilə ətraf mühitə ən az zərər verəcək bir şəkildə işləyir. İsveç hər zaman problemlərinin həll edilməsində ətraf mühitin qorunmasından çıxış edərək hərəkət edən bir ölkədir.

 

Qalan 47 faiz zibil isə təkrar emal olunur. Kağız, plastik, şüşə metal kimi materiallar təkrar emal edilə biləcəyi üçün yandırılmır. Məlumat üçün deyim ki, kağız materiallar yeddi dəfə, plastik, süşə, metal kimi materiallar isə keyfiyyətini itirmədən sonsuza qədər yenidən emal oluna bilir. Batareya, zəhərli tullantı materiallar elektron cihazlar da, təbii ki, odun içinə atılmır. İsveçdə yandırılan zibillərin yarısı məişətdəki qida məhsulları qalıqları, qalan hissəsi isə sənaye digər ticarət fəaliyyətində yaranan tullantılardan ibarətdir.

 

Qeyd edim ki, zibildən istehsal olunan enerji miqdarı 1.25 milyon evi istiliklə, 600 min evi isə elektriklə təmin edə bilir. İsveçdə enerji istehsalında zibil istifadəsinin artması səbəbindən, ölkədəki evlərdən çıxan tullantılar artıq ehtiyacları ödəmək üçün kifayət etmir. Gülməli səslənsə , zibil "qıtlığı" yaranıb. Buna görə İsveç, qonşu Norveç, İngiltərə İtaliya kimi bir çox Avropa ölkələrindən zibil idxal edir. Üstəlik, bu ölkələr İsveçə ixrac etdikləri tullantılara görə pul da ödəyirlər. 

 

Beləliklə, həm öz ölkəsində enerji ehtiyatını zibil idxalı ilə qarşılayır, həm buna görə həmin ölkələrdən pul alır, həm başqa ölkələrin, daha az zibil depolamalarına bununla da birbaşa ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək etmiş olur (Qreta Tunberq elə bunu istəyir).

Daha bir maraqlı fakt:

 

4 ton zibilin istehsal etdiyi enerji, 1 ton neft, 1,6 ton kömür ya 5 ton odun yandırmağa bərabərdir. Beləliklə, zibilini "zibilə atmayan" ölkə, 2040-cı ilə qədər yalnız bərpa olunan enerji hesabına yaşamağı hədəfləyib.

 

Baş yaxşı şeydir.

 

Şəlalə ƏBİL

 

525-ci qəzet.- 2021.- 17 avqust.- S.11.