Çərçivələrə sığmayan novator rəssam  

 

Rəssam Rüstəm Mustafayevin əziz xatirəsinə

 

 

O, sözün əsl mənasında, anadan rəssam doğulmuşdu. Rəssam olmaq gerçəkdən həyatın maddi mənəvi, görünən görünməyən, dərk oluna bilən oluna bilməyən cəhətlərinə, tərəflərinə, yön təhərlərinə malik ola bilmək deməkdir. Bu xüsusiyyətlər onda ilahinin qüdrətindən cəmlənmişdi. O, təsviri sənətin bir çox sahələrində - teatr dekorasiya, dəzgah rəssamlığı, dekorativ tətbiqi sənət - dizayn hətta memarlıq sahələrində maraqlı, diqqəti cəlb edən, güclü rəssamlıq təxəyyülünə malik, seyrçidə ovqat yaradan, onu düşündürən, ona bədii estetik zövq verən çoxsaylı bədii əsərlər yaratmışdı cəmi 30 yaş ömür yaşayaraq bu fani dünyadan köç edib getmişdi. O, Azərbaycan teatr rəssamlığı sənətinin banisi Rüstəm Məmməd oğlu Mustafayevdir (25.02.1910-19.07.1940).

 

R.Mustafayev Bakıda anadan olub. Azərbaycan Dövlət Ali Rəssmlıq Məktəbini bitirib (1926). Bakı Azad Tənqid Təbliğ Teatrında (1925-1933), Türk İşçi Teatrında (1925-1927), Azərbaycan Dövlət Opera Balet Teatrında (1931-1940), Azərbaycan Dövlət Dram Teatrında (1933-1938) səhnəyə qoyulmuş bir çox dram əsərlərinin bədii tərtibatını hazırlayıb sonuncu qeyd etdiyim teatrın baş rəssamı vəzifəsində işləyib. O, teatr rəssamlığı sənətimizin yaradıcılarından olub. Əgər rəssamın bədii təxəyyülü peşəkarlığı yüksək səviyyədədirsə, incəsənətdə onun üçün birinci ya ikinci dərəcəli sahə anlayışı olmur. Bu baxımdan rəssamın səhnə əsərlərinə vermiş olduğu bədii tərtibatlara, az qala, müasir müstəqil rəssamlıq nümunəsi kimi baxılır, nəzər diqqəti cəlb edir. R.Mustafayev səhnə tərtibatı rəssamı sərhədlərinə sığmayan rəssam olub. Sadəcə, dövrün tələbi zamanın ağır sınaqları qarşısında o öz  yaradıcılıq potensialını belə sərhədləyib. R.Mustafayevin səhnə tərtibatı verdiyi tamaşalardan "Mıtı Kərim" (J.M.Molyerin "Xəsis" pyesinin təbdili, 1925), "Üsyan" (D.Furmanın "Qiyam" romanı əsasında, 1927), "Tufan" (V.Bill-Beloserkovski, 1928), "Hacı Qara" (M.F.Axundov, 1929), "Dəmirçi Gavə" (Ş.Sami, 1929), "Sevil" (C.Cabbarlı, 1930), Azərbaycan Dövlət Dram Teatrında "Ölülər" (C.Məmmədquluzadə, 1932), "Od gəlini" (C.Cabbarlı, 1933), "Şeyx Sənan" (H.Cavid, 1933), "1905-ci ildə" (C.Cabbarlı, 1932, 1935), "Dağılan tifaq" (Ə.Haqverdiyev, 1935), "Şahnamə" (M.Canan, 1936 ), Azərbaycan Dövlət Opera Balet Teatrında  "Şah İsmayıl" (M.Maqomayev, 1931), "Leyli Məcnun" (Ü.Hacıbəyov, 1931), "Aşıq Qərib" (Z.Hacıbəyov, 1939), "Koroğlu" (Ü.Hacıbəyov, 1937, 1938), "Arşın mal alan" (Ü.Hacıbəyov, 1940) başqalarını qeyd etmək olar. Rəssam adlarını sadaladığımız dram əsərlərinin səhnə tərtibatında yaradıcı səy göstərərək tamaşanın bədii estetik əhəmiyyətə malik alınmasında yaddaqalan vizual dekorativ eskizlər hazırlayıb. Onun ən uğurlu səhnə tərtibatı verdiyi tamaşalardan olan "Koroğlu" operası Moskvada təşkil olunan incəsənət dekadasında nümayiş olunub, bütün sənətsevərlərin rəğbətini qazanıb. Bu işinə görə rəssam Kreml sarayında "Şərəf nişanı" (1936) ordeni ilə təltif olunub. Ölkəmizin tanınmış incəsənət xadimləri adından "Ədəbiyyat" qəzetində (08.02.1936) "Layiqli əsərlərlə cavab verəcəyik" adlı yazıda "Biz talantlı yoldaşımız R.Mustafayevlə iftixar edirik" deyə qeyd olunurdu.

 

R.Mustafayevin dəzgah rəngkarlığı əsərlərinə nümunə olaraq "Naturaçının portreti" (1926), "Hambalın başı" (1927), "Firdovsinin portreti" (1934) başqalarını qeyd etmək olar. R.Mustafayev həmçinin plakat, dizayn işləri (afişa dəvətnamələrin bədii tərtibatı) ilə məşğul olub, Moskvada Azərbaycan pavilyonunun (1939) Nizami adına Ədəbiyyat Muzeyinin (1940) bədii tərtibatının həmmüəlliflərindən olub. Rəssamın kitab qrafikası sahəsində "Ulduzlar" S.Rüstəm, (1934), "Çinar" R.Rza, (1939), Xalq rəssamı Lətif Kərimovla birlikdə "Aşığın səsi" (1939) "Böyük Azərbaycan şairi Nizami" Bertels (1940, Azərbaycan rus diilərində nəşr olunub) adlı kitabların bədii tərtibatını yüksək rəssam zövqü ilə yaradıb.

 

R.Mustafayev eyni zamanda Azərbaycan abidələrini mühafizə edən Mərkəzi Dövlət İdarəsinin direktoru işləyib (1937-1940). Rəssam Azərbaycanın tarixi memarlıq abidələrinin bədii, elmi xüsusiyyətlərini tədqiq edib, onların rəsmlərini çəkib elmi bərpa işlərini həyata keçirib. Nizami dövrü abidələri Şəki Xan Sarayının elmi bərpası işlərində rəssamın xüsusi xidmətləri olub. R.Mustafayev 1935-ci ildə III İran İncəsənəti konqresinə şəxsən dəvət olunub.

 

R.Mustafayev geniş yaradıcılıq diapazonuna malik rəssam olub. Onun rəssamlıq fantaziyası və bədii yaradıcılıq təxəyyülü zamanına, dövrünə sığmırdı. O, zamanını qabaqlamış talantlı sənət fədaisi idi. Rəssamın rəhbərliyi ilə Firdovsi, Şota Rustaveli, A.S.Puşkinin yubileylərinə həsr olunmuş yubiley sərgiləri təşkil olunub. R.Mustafayev yüksək həvəslə və güclü yaradıcılıq şövqü ilə Nizami adına Ədəbiyyat Muzeyinin yaradılmasına və fəaliyyət göstərməsinə can atırdı. Nə yazıq ki, əcəl buna imkan verməmişdi. 30 illik ömürdə zirvələr fəth etmiş rəssam yaşasaydı incəsənət dünyamızın zənginləşməsi naminə neçə-neçə  töhfələr verə bilərdi.

 

Xalq rəssamı Qəzənfər Xalıqov rəssam dostu R.Mustafayev haqqında "Qobustan" jurnalında (1971 N-1.) dərc olunmuş "Əvəzsiz rəssam, əvəzsiz dost" adlı məqaləsində yazırdı: "O, qayğıkeş insan, xeyirli məsləhətçi, şən, zarafatcıl bir yoldaş kimi bizim hamımızın hörmətini qazanmışdı. Necə deyərlər "canlara dəyən" oğlan idi. Mən deyərəm ki, onun ölümü nəinki dostları üçün, eyni zamanda bütün Azərbaycan xalqı, onun incəsənəti üçün əvəzsiz itki idi. Tam yaradıcılıq dövrünü yaşamadan aramızdan gedən Rüstəm ən savadlı ziyalılarımızdan biriydi. Onun necə istedadlı olduğunu sözlə demək mümkün deyil. Rüstəmin yaradıcılığı yenicə çiçəklənirdi. Özüayla, günlə yox, saatla, dəqiqələrlə".

 

Ötən il R.Mustafayevin 110 illik yubileyi oldu. Tanınmış, talantlı rəssamımız haqda axtarış edəndə çox az məlumatlar əldə etmək olur. Haqqında sənətşünas alimlərimiz çox az yazıblar. Rəssamın yaradıcılığı novatr meyllərlə zəngin olduğundan sovetlər dönəmində kölgədə qalıb. Müstəqillik illərində isə belə rəssamlarımızın yaradıcılığına müraciət etməmək təəssüf doğurur. Həyatını incəsənətə həsr etmiş, daim yüksək bədii estetik təsir qüvvəsinə malik gözəl əsərlər yaratmış R.Mustafayevin adı incəsənət tariximizdə əbədi yaşayacaq. 

 

Əsəd Quliyev

sənətşünas, AMEA-nın dissertantı,

Rəssamlar İttifaqının üzvü

 

525-ci qəzet.- 2021.- 19 avqust.- S.12.