Şuşaya xəyali səfər
Son zamanlar sosial şəbəkələrdə Şuşa sakinlərinin
doğma yurdlarına səfərlərini əks
etdirən videolar yayımlanır. Bu görüntülər insanı
çox duyğulandırır.
Bu yay Azərbaycana
gələndə Şuşaya
gedə bilmədim.
İnşallah ki, mənə də Şuşaya getmək qismət olar. Ancaq Şuşa
azad edildikdən sonra mən ora xəyalən səfər etmişdim. Əziz oxucular, bu duyğularımı
sizinlə paylaşmaq
istədim.
Hörmətlə, Rövşən Xasayoğlu
Ardahan universiteti/Türkiyə
***
ŞUŞAYA
XƏYALİ SƏFƏR
Gəldim
torpağını öpüb,
qoxlayam
Dərdimə dərmana, yuvama gəldim.
Gəldim
kəndlərini bir-bir
yoxlayam,
Şuşama, elimə, obama gəldim.
Baş əydim şəhidin son məkanına,
Canıyla torpağı gətirmiş
cana,
Vətəni suvaran pak, təmiz qana,
Pərvanələr kimi mən şama
gəldim
Sildim Daşaltının qanlı
yaşını,
Öpdüm qan damlamış
hər bir daşını,
Axtardım Riyadı, can qardaşımı,
Şəhid ruhlarına salama gəldim.
Çox
şükür silindi
Şuşa nisgilim,
Çıxdı azadlığa Qarabağ
elim,
A dostlar, qardaşlar eşidin, bilin
30 il sonradan
qalama gəldim.
Vardım
məkanına Xarıbülbülün,
İçində məst oldum çiçəyin, gülün.
Dahi Üzeyirin, Xanın, Bülbülün,
Ruhları şad olsun, muğama gəldim.
Keçərək canından əsgər,
zabitim,
Azadlıq qazandı gör neçə kəndim?
Önündə baş əyib,
qazim, şəhidim,
Pənah xan mirası, Şuşama gəldim.
Ay Rövşən, varmıdır
Vətəndən şirin?
Vətənim, bayrağım, dinimdir
pirim,
Məni
ruhlandıran ay ilham pərim,
Şuşama qovuşub ilhama gəldim.
Rövşən Xasayoğlu
525-ci qəzet.- 2021.- 24 avqust.- S.14.