Bir payız gecəsi gələn
zəng və ..."xanlıq tərbiyəsi görmüş"
həmkarımızın vədi
2020-ci ilin küləkli noyabr günlərindən
biri idi. Azərbaycan Ordusu işğalçı
qonşulara heç zaman unuda bilməyəcəkləri
dərsi verirdi. Biz isə həmin
günlərin heç
zaman unuda bilməyəcəyimiz sevincini
yaşayırdıq. Mənim kimi
yaşlı, əsəb
sistemi yerində olmayan, emosional adamlar həmin gün təkcə sevinmir, həm də gədəbəylilər
demişkən, halbahal
olurdular. Şəxsən mən həm yeni uğur xəbəri gözləyirdim,
həm də qorxurdum ki, ordumuz
əməliyyatları dayandıra.
Qərəz...
Prezident,
Silahlı Qüvvələrimizin
Ali Baş Komandanı
İlham Əliyev xalqa müraciətində
Şuşanın düşmən
əsarətindən azad
edildiyini dedi. Biz xəbəri eşidən
kimi mobil telefonuma zəng gəldi və iş yoldaşımız
İlqar Həsənov
məni təbrik etdi. Nə üçün məhz məni təbrik etdiyini əsaslandırmaq üçün
dediyi sözlər qalsın sonrakı yazılara. Dedi, hacı, gün olsun Kəlbəcərin də, Laçının
da belə xəbərlərini eşidək.
Sonra susdu. "Alo,
eşidirəm!" - dedim. Dili açıldı:
"Kəlbəcərdə bir azərbaycanlının
evinin işıqları
yandı" - xəbərini
eşitsəm, sizə
həmişəkindən daha
yaxşı qonaqlıq
verəcəm (Onun verdiyi qonaqlıqlar həmişə "həmişəkindən
yaxşı" olur).
Onun Azərbaycanın hər yerində çoxlu
dostlarının olduğunu
da bilirəm, ölkəmizin hər qarışı ilə bağlı zəngin xatirələrinə də
bələdəm. Ancaq bilmədiyim
məqam onu Kəlbəcərə bağlayan
səbəbdir. Həmişə
Kəlbəcərdən söhbət
düşəndə bilmirəm,
dərdi təzələnir,
yoxsa sevinci, hər halda həmin an "çiçəyi çırtlayır".
Yeri gəlmişkən, bir yazıda qeyd etmişdim ki, cənab Prezidentin Şuşaya ilk səfəri
barədə rəsmi
material veriləndən dərhal
sonra AZƏRTAC-ın əməkdaşı Məzahir
Əliyev iş otağımıza gəldi.
Eyni binanın müxtəlif mərtəbələrində çalışırıq.
Məni təbrik etdi və sevincinin gözündə yaşa çevrilməsini gizlədə
bilmədi. Bu, sadəcə milli dövlətçiliyə, xalqın
mənafelərinə sədaqətli
olan Vətən övladının möhtəşəm
fakta mükəmməl
reaksiyası idi.
Həm İlqar Həsənovun, həm də Məzahir Əliyevin öz sevinclərini mənimlə bölüşdüklərini
heç zaman unuda bilməyəcəyəm.
Qərəz. Avqustun 16-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər
və Laçın rayonlarına səfəri
zamanı dövlət
başçımız Kəlbəcərə
çəkilmiş elektrik
xətlərini göstərərək
dedi ki, bu işlər çox qısa bir vaxtda görülüb. Yadıma düşən ilk məqam ötən payız "Kəlbəcərdə
bir azərbaycanlının
evinin işıqları
yandı" - xəbəri
ilə bağlı eşitdiyim, fəqət, icrası bu payıza qədər uzanan vəd oldu.
***
Bəlkə də oxuculardan
kimsə sadə bir həmkarımızın
adi təvəllüd
günü münasibətilə
qələmə aldığımız
bu yazının xeyli dərəcədə
siyasiləşdirilməsini müsbət qiymətləndirməyəcək.
Amma neyləyək, söz sözü çəkir.
Bir də ki, əgər
siyasiləşdirmiriksə, onda "əyaniləşdirək".
Yəni bu yazıda İlqarı tanıyan bəzi həmkar və dostlarının ürək sözlərini
qələmə alaq.
Bu fikir həm də ona görə
yerinə düşür
ki, mən həmişə bu mövzuda yazandan sonra dostlardan kimsə deyir: "Gərək onu da əlavə edəydin ki..." Əgər elədirsə, "onu da əlavə edək".
***
İlqar
Həsənov bir dəfə aran rayonlarımızdan hansındasa - payızın
axır aylarında səmada müxtəlif istiqamətli uçuşlarla
"janqlyorluq" edən
yüzlərlə, bəlkə
də minlərlə sığırçının fotosunu çəkmişdi.
Sığırçınlardan uzaqda isə
Günəş batırdı.
Qəzetimizin qocaman əməkdaşlarından olan
Telman Heydərov həmin fotoya üç-dörd dəqiqə
baxdıqdan sonra gözü
yol çəkdi və "Yaxşı çəkib ey!" - dedi.
***
"525-ci
qəzet"in baş
redaktoru Rəşad Məcid 2013-cü ilin dekabrında Ər-Riyadda bizə belə bir söhbət elədi: "90-cı illərin
axırlarında - qəzetimizin
yaxşı reklam qazandığı illərdə
iranlı iş adamlarından biri redaksiyamıza reklam gətirmişdi. Həmin məqamda İlqar Həsənov da kabinetimə daxil oldu və qapının
yanıda durub ...ağlamağa başladı:
"Bu əl boyda yazını vermək nə problemdir? Mənim yazımı da verin də".
Onun yanaqları ilə axan göz yaşları
iranlını kövrəltdi
və qonaq məndən
xahiş etdi: "Ağayi Məcid, o yazının pulu nə qədər eliyirsə, mən verim, bu bədbəxtin
göz yaşları axmasın".
Dedim, a kişi, o, zarafat
edir. Heç bir yazısı-zadı
yoxdur. Yalandan ağlayır. İranlı
qayıtdı ki, bə yalandan göz yaşı sellənər?
***
Yeri gəlmişkən, "Xalq
qəzeti" baş redaktorunun birinci müavini Hacı Qüdrət Piriyevin İlqar Həsənov haqqında dediklərində
də həmin məqamlar var. Hacı dedi ki, İlqarın
həmsöhbətlərini təəccübləndirmək üçün nümayiş
etdirdiyi "gülüb-
ağlamaq" qabiliyyəti
istənilən Xalq artistinin istedadı ilə müqayisə oluna bilər. Ancaq biz ona Xalq artisti
yox, Əməkdar jurnalist fəxri adı arzulayırıq.
Hacı Qüdrət əlavə etdi:
- Allah-Təala İlqarı dünyaya sanki ona görə göndərmişdir ki, əl tutsun, dayaq dursun, təkcə
qohum-əqrabanın, dost-tanışın
yox, tanımadığı,
yad adamların da müşküllərinin,
problemlərinin həllinə
çalışsın, kömək
eləsin. Bu adam
haqqın tərəfini
saxlamaqdan, kömək
etməkdən sanki zövq alır, daxili rahatlıq tapır, həyatın mənasını bunda görür...
***
Redaksiyamızın sosial siyasət
mövzulu yazılarının
müəllifi, dəyərli
həmkarımız Zərifə
Bəşirqızının da bu mövzuya
maraqlı münasibəti
var:
- İlqarı neçə
il öncə
"Simurq quşu"
adlandırmışdım. Ötən müddət sübut etdi ki, fikrimdə
yanılmamışam. O, kimlər üçünsə
gəzib dolaşmaq, səyahət etmək, qonaqlıq yola vermək, özəl günləri qeyd etmək dostu ola bilər.
Kimin üçünsə
ürək dostu ola bilər.
O, mənim üçün
isə dar günümün dayağı,
qardaş bildiyim insandır. Ondan nəyisə xahiş
etməyə ehtiyac yoxdur. Eşidən kimi özü
yardıma tələsir.
Yüksək mənəvi keyfiyyətə
və əxlaqa,
humanist duyğulara, əvəzsiz
mərhəmət hissinə
malik İlqar həm də gözəl ailə başçısıdır, iki
nəvənin babasıdır.
İlqarı ad günü münasibətilə
təbrik etməklə
bərabər, yeganə
oğlu İbrahimin toyunda iştirak etməyi səbirsizliklə
gözləyirəm. Allah
möhlət versin.
***
Yubilyarın dostu Şakir Quliyev deyir ki,
İlqar Həsənov
nadir keyfiyyətlərə malik insandır. Yaxşı məclis
adamıdır, gözəl
yol yoldaşlığı
var. Bir-birindən maraqlı
söhbətləri ilə
dinləyəni darıxmağa
qoymur. Onunla eyni maşında
Gəncəyə getmişik.
Duzlu xatirələri, məzəli
söhbətlərinə görə
o uzaqlıqda yolu necə getməyimizi hiss etməmişik.
***
Başqa bir dostu - Əliqismət Bədəlov İlqar Həsənovu böyük auditoriya üçün təkbaşına lobbiçilik edən şəxs adlandırdı: O, biz jurnalistlərin orta təbəqə məmurlar, deputatlar və bir çox vəzifə sahibləri arasındakı yorulmaz lobbiçisidir.
***
Əməkdar jurnalist Əli Nəcəfxanlı dostumuz İlqar Həsənovu ağır tonnajlı "Şaqman" avtomobilinə bənzətdi: "Trasda gördüyümüz istənilən bahalı minik maşını ən çoxu dörd nəfəri evə, işə, toya, məclisə və ya harasa aparır. 15-20 ton yüklə gedən "Şaqman" isə haradasa davam edən tikinti-quruculuq, abadlıq işlərinin başa çatmasına vasitəçi olmaq üçün gedir. İlqarın həmin məramla yola çıxmadığı gün olmur.
***
...İyun ayında turist qrupu ilə getdiyimiz Mingəçevirdə iaşə obyektlərinin turistə göstərdiyi yarıtmaz xidməti tənqid etmişdim. Sonda yazmışdım ki, Gəncə, Şəki, Lənkəran və Ağdamda qonağa heç zaman belə hörmətsizlik edilmir. Həmin qeydləri oxuyan Telman Heydərov dedi ki, o sadaladığın şəhərlərin hamısı xanlıq mərkəzi olduğuna görə oralarda milli-mənəvi dəyərlərimiz və dövlətçilik ənənələrimiz yaşadılır.
Ağsaqqalın həmin sözlərini də sosial şəbəkədə paylaşdım... və İlqar Həsənovun münasibəti gəldi: - Bəli, hacı, biz xanlıq tərbiyəsi görmüş insanlarıq!
Vəssalam. Bir də ki, avqustun 24-ü onun ad günüdür. Təbrik edirik!
İttifaq MİRZƏBƏYLİ
525-ci qəzet.- 2021.- 24 avqust.- S.13.