Adları təhrif olunmuş Azərbaycan
torpaqları və ya erməni kimliyi
"Zəngəzur və
Göyçə mahalından zorla qovulan vətəndaşlarımızın
tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında
yaşasınlar".
Yaxın
zamanlarda söylədiyi bu sitatı ilə Prezident İlham
Əliyev bütünlükdə tarixi gerçəkliyi əks
etdirməklə yanaşı, son 100 ildə, xüsusilə,
1988-1991-ci illərdə Azərbaycanın tarixi torpaqları
olan indiki Ermənistan ərazisindəki dədə-baba
yurdlarından vəhşicəsinə qovulmuş
soydaşlarımızın haqqını dilə gətirib.
Bəs tarix bizə Azərbaycan həqiqətləri
haqqında nə deyir?
Tarixi sənədlərə
nəzər saldıqda, əslində Azərbaycan ərazisinin
indiki kimi 86 min deyil, 400 min kvadrat kilometrdən çox
olduğunu görə bilərik. Çünki əvvəlki
ərazilərimiz şimalda Dərbəndə, cənubda Həmədana,
şimal-qərbdə isə indiki Gürcüstanın
Borçalı mahalına qədər uzanırdı.
Burada xüsusi
qeyd etməli olduğumuz məqam isə indiki Ermənistan
ərazisinin bütünlüklə qədim Azərbaycan
torpaqlarının olmasıdır. Təəssüflər
olsun ki, son iki yüz il ərzində tarixi
Azərbaycan ərazisində gedən mürəkkəb siyasi
proseslər nəticəsində torpaqlarımız
parçalanmış, azərbaycanlılara qarşı
davamlı şəkildə etnik təmizləmə
aparılmış, ata-baba yurdlarından zorla
köçürülərək didərgin
salınmışlar. Hətta indiki Ermənistan
torpaqlarının vaxtilə Azərbaycana məxsus
olmasını itirmək üçün ermənilər
buradakı türk yer adlarını tamamilə dəyişdirərək
erməniləşdiriblər. Bu məkrli siyasətin nəticəsində
toponimlərin saxtalığını və etnomədəni
köklərinin olmamasını sübut etmək
üçün Qafqaz hərbi dairəsinin topoqrafika
şöbəsinin 1903-cü il tarixli xəritəsinə
nəzər salmaq kifayətdir. Azərbaycan ərazilərində
türk mənşəli yer adlarının dəyişdirilməsi
bir neçə mərhələli həyata keçirilib.
Əvvəla köçürmə siyasət
başlanılıb, ardınca yerli əhali
sıxışdırılaraq evlərindən
çıxarılıb.
Qeyd edim ki, ermənilərin kütləvi surətdə
torpaqlarımıza köçürülməsinə hələ
Türkmənçay və Gülüstan müqavilələri
imzalandıqdan sonra başlanılıb. Belə ki,
İran və Türkiyədən gətirilən erməni ailələri
azərbaycanlıları sıxışdırıb, qovaraq həmin
əraziləri ələ keçiriblər. Daha sonra isə yer adları rəsmi şəkildə
dəyişdirilib. Bu, bir faktdır ki, təkcə
XIX əsrdə imperiya qüvvələrinin dəstəyi ilə
400 mindən artıq erməni başqa ərazilərdən Azərbaycana
köçürülüb. Köçürmələrlə
artan erməni sayının fərqini kiçik bir haşiəyə
çıxaraq nəzər salaq. Hələ
1823-cü ildə çar Rusiyasının hakim dairələri
Qarabağda əhalinin siyahıya alınmasını
aparıblar. Məlum olub ki, Qarabağda cəmi 4 366 erməni
var ki, bu isə ümumi sadəcə əhalinin 11, 7 faizini təşkil
edir. Həmin dövürdə bu torpaqlarda azərbaycanlı
ailələrinin sayı isə 15.729-ə bərabər idi.
Bu da əhalinin sayının 88,34 faizi deməkdir.
Təbii ki, tarixi təhrif etmək və Azərbaycan
torpaqlarının adlarını dəyişdirmək süni
surətdə Ermənistanı monoetnik dövlətə
çevirmək siyasətinin tərkib hissəsi idi. Hər zaman azərbaycanlılara
qarşı xüsusi nifrəti ilə seçilən Ermənistan
hökuməti təkcə 1935-ci ildə 29 rayonda 72
yaşayış məntəqəsinin adı dəyişdirilib.
Bununla bağlı ABŞ tarixçisi Cozef
Makkartinin "Türklər və ermənilər" adlı
əsərində faktlar yer alıb. Əsərdə
deyilir ki, Ermənistan adlanan coğrafi ərazilər ermənilərə
deyil, azərbaycanlılara məxsusdur. Çünki
bu ərazilərin adı sırf türk adlarıdır.
Ermənilər 1935-ci ildən planlı şəkildə
bu adları erməniləşdirmiş və
"Böyük Ermənistan" ideyasının həyata
keçirilməsinə çalışmışlar.
Təəssüflər olsun ki, sonralar 1930-1940-cı illərdə
ümumilikdə 130-a yaxın yaşayış yerinin adı
Ermənistan SSR qanunverici orqanının qərarları ilə
dəyişdirilib və zorla erməniləşdirilib. Bununla da
ürəyi soyumayan ermənilər öz siyasətlərindən
əl çəkməyərək 1960-1969-cu illərdə azərbaycanlılara
məxsus 70-dək yaşayış yerinin adını da dəyişdirməyə
müvəffəq olub. Nəhayət son belə qərar
1991-ci il aprelin 9-da Ermənistan
Respublikası Ali Soveti Rəyasət Heyətinin fərmanına
ilə baş verib. Nəticədə azərbaycanlılara
məxsus sonuncu 94 kəndin də adı erməniləşdirilib.
Ermənistan bütün dövrlərdə
toponimlərin dəyişdirdiklərini inkar etməyə
çalışaraq, bu yerlərin ilk sakinlərinin ermənilər
olduğunu dünyaya sübut etmək istəyib. Lakin Ermənistanın
qanunverici orqanlarının rəsmi sənədlərində
bu faktlar olduğu kimi qalır.
Oğurluq,
qaraçı yaşam tərzi, qonşu torpaqlarına göz
dikmə, insanlığa sığmayan qəddarlıq, vəhşilik,
qaniçənlik, barbarlıq və s. bu kimi təsdiqini tapan
və sadalaya biləcəyimiz bir çox "xüsusiyyət"
sanki erməni xalqının canına-qanına hopub. Hətta tarixdən bizə bəllidir ki, ermənilər
təkcə türklərlə deyil, eyni zamanda gürcülər,
farslar, ruslarla da vuruşublar.
Tarixi saxtalaşdırmaq niyyətləri ilə ermənilərin
dəyişdiyi ilk Azərbaycan torpağı qədim İrəvan
olub. Vaxtilə Azərbaycan xanlığı olan İrəvana
yiyələnmək niyyətləri erməni dövləti
yaratmaq ideyası ortaya atıldıqdan sonra daha da daha kəskinləşib.
Təbii ki, dövrün reallığını nəzərə
alan Azərbaycan siyasətçiləri
tarixi şəraitə uyğun olaraq bir sıra güzəştlərə
getməyin zəruriliyini dərk edirdilər. Bu
səbəbdən ermənilərin ərazi iddialarını
bütünlüklə aradan qaldırmaq məqsədilə
İrəvan onlara paytaxt kimi verildi. Bundan
sonra İrəvanın adı Yerevan olaraq dəyişdirildi və
bütün sənədlərə bu adla daxil edildi. Lakin hadisələrin sonrakı gedişatı,
xüsusən Zəngəzurda baş verənlər göstərdi
ki, erməni millətçiləri öz məkrli
planlarından heç də əl çəkmək niyyətində
deyillər. Bundan sonra 1920-ci il
dekabrın 1-də Azərbaycanın Zəngəzur
mahalının böyük hissəsi Moskva rəhbərliyinin
qərarı ilə Ermənistana verildi. Qeyd edim
ki, bu mahalda məskunlaşanların böyük hissəsi azərbaycanlılar
olub. Qafan, Gorus, Qarakilsə, Mehri və Zəngilan,
Qubadlı və Laçından ibarət Kürdüstan qəzasında
149 türk, 91 kürd kəndi var idi.
Bəli, məhz Azərbaycana məxsus yüzlərlə
toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda
yaşamış Azərbaycan türklərinin izlərini məhv
etmək məqsədilə adları dəyişdirilib və
onlara erməni adları qoyulub. Bu adlardan bir neçəsinin necə
dəyişdirilməsinə nəzər salaq: Zəngəzur
(Sünik), Basarkeçər (Vardenis), Qarakilsə (Sisyan),
Aşağı Qaranlıq (Martuni), Dilican (Tavuş),
Hamamlı (Spitak), Cəlaloğlu (Stepanavan), Böyük
Qarakilsə (Vanadzor), Keşişkənd (Yexeqnadzor), Zəngibasar
(Masis), İstibulaq və ya Karvansara (İcevan), Dəvəli
(Ararat qəsəbəsi), Qəmərli və ya Gözlü
Kəmərli (Metsamor), Üçmüəzzin və ya
Üçkilsə (Eçmiədzin), Alagöz (Araqats),
Göyçə gölü (Sevan), Arpaçay (Axuryan), Sərdərabad
(Armavir), Qırbulaq (Kotayk), Şörəyel (Şirak), Kərkibasar
( Araqaçotun) və s. Bunlar adları təhrif olunan yüzlərlə
toponimlərimizdən sadəcə bir neçəsidir. Saxtalaşdırmaya aid ən sadə sübut bizim
dildə bir mənası olan bu toponimlərin erməni dilində
heç bir mənasının olmamasıdır. Hətta qədim Naxçıvan toponiminin türk mənşəli
olmasını bilməyən yaxud qəbul etməyən həyasız
ermənilər bu torpaqların da iddiasında olublar. Hətta yaxın keçmişdə ermənilər
Moskvada 4 hektar ərazidə "Yeni Naxçıvan" kilsəsi
tikdilər. Bununla onlar dünyaya
Naxçıvanın da ermənilərin əlindən
alınmış öz torpağı olması yalanına
inandırmağa siyasəti yürüdüblər. Azərbaycanlılara
qarşı törətdikləri amansız
soyqırımlarla insanlıq tarixinə qara ləkə olan
ermənilər, hətta ata-baba yurdumuzdakı mədəniyyət
abidələrini də dağıdaraq məhv edib, yaxud
saxtalaşdırmağa cəhd edib.
İkinci Qarabağ müharibəsinin rəşadətli
Azərbaycan Ordusunun şücaəti sayəsində qələbə
ilə bitməsindən sonra, işğaldan azad dilən
torpaqlarımızdakı mədəni abidələr erməni
kimliyini açıq-aşkar bəyan edir. Xüsusilə
ermənilərin onlara aid olduğunu iddia etdikləri Kəlbəcər
rayonundakı Xudavəng monastrı ilə bağlı
bütün izlər bu abidənin onlara məxsus
olmadığını göstərir. Bu
torpaqlarda hələ xristianlığa qədərki dövrdə
də məbədlər olub. Xudavəng
monastrı isə xalqımızın etnogenezində
mühüm rol oynamış xristian albanlarına məxsusdur.
Kilsənin adının guya erməni dilində
təpə mənasını verən "xota" ilə əlaqələndirməklə
ermənilər yenə də tarixi saxtakarlığa yol veriblər.
Ancaq ad bugünkü adı kimi Xudavəngdir.
Xuda/Quday isə xristianlığa qədərki dövrdə
Turan ellərində
"tanrı, yaradıcı" mənasında
işlədilib. Qəribə səslənsə
də, ermənilər bu haqdakı digər bir sərsəm
iddialarını 2007-ci ildə apardıqları qazıntı
işləri ilə özləri ifşa edib. Belə ki, qazıntılar zamanı xüsusi
oturacaqlarda oturan formada heykəllər aşkarlanıb. Həmin vaxt ermənilər özləri etiraf
etmişdi ki, bu cür heykəllər erməni
xristianlığına xas deyil. Tarixi Xudavəng
monastrını saxtalaşdırma cəhdlərindən daha
bir nümunə isə, müharibədən sonra Kəlbəcəri
tərk edən ermənilərin monastrdan açıb
apardıqları kilsə zəngi ilə bağlıdır.
Qeyd edim ki, həmin zəng 2005-ci ildə oraya
asılıb. Belə ki, ermənilər 2004-cü ildən
etibarən erməni əsilli amerikalı iş adamı Adel
Hovnaniyanın vəsaiti hesabına bu məbəddə də
saxtalaşdırma işlərinə başlayıblar. Həmin kilsə zəngi də bərpadan sonra məqsədli
şəkildə asılıb ki, monastrda "qədim erməni
izi" var.
Ancaq bu hiyləgər ermənilərin nə ilk, nə də son saxtalaşdırma siyasətidir. Bu xəstə amal uğrunda hər şey etməyə və olmayan tarixi köklərini bu gün özləri yaratmağa çalışan Ermənistanın "tarix" istehsal edən emalatxanası da fəaliyyət göstərib. Həmin emalatxanada erməni ustaları özlərinə "qədim və əzəmətli tarix" yaratmaqla məşğul idilər. Onlar daşların üzərində xaç işarələri ovub, qədim hərflər cızaraq formaya salıb, daha sonra isə bir müddət sirkə turşusunda saxlayıblar. Beləliklə turşunun təsiri ilə rəngini dəyişən daşlar köhnə görünüş alır və qısa müddətdə "qədim" tarixi nümunələrə çevrilirdilər. Təbii ki, yaradılan "sənət nümunələri" işğal edilmiş bütün Azərbaycan ərazilərinə yayıb və həyasızca Qarabağ torpaqlarının erməni ərazisi olması iddialarını dünyaya "sübut etməyə" cəhd etmişlər. Təəssüflər olsun ki, ermənilər güclü təbliğat işləri aparmaqla, bizə gülməli gələn bu əldəqayırma abidələri xarici mətbuata öz "qədim" tarixləri kimi yaya biliblər. Hətta onlar bu planlarını həyata keçirmək üçün ideoloji mühit yarada və ictimai fikir formalaşdıra biliblər. Ən ağlasığmazı isə zaman keçdikcə uydurduqları yalana özlərinin də inanmağa başlamasıdır. Bu təfəkkür hələ XIX əsrin sonlarında alman psixiatr Emil Krapelin tərəfindən kəşf edilən "erməni şizofreniyası" xəstəliyinin əlamətləridir. Görünən odur ki, iki əsr keçməsinə baxmayaraq xəstəlik sağalan deyil və getdikcə daha müxtəlif simptomları özündə biruzə edir.
Ancaq xəstələri olduğu kimi qəbul etmək və irəli baxmaq lazımdır. Necə ki, Azərbaycan güclü və məqsədli Ali Baş Komandanın başçılığı ilə Müzəffər Ordusu sayəsində ən yeni tarixə öz adını qalib kimi yazdıra və regionun yeni gerçəkliyini formalaşdıra bildi. İndi isə tarixi həqiqətləri doğru-düzgün dünyaya çatdırmaq və dayanmadan, əzmlə azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun özünə qayıdışı üçün çalışmaq lazımdır. Çünki bu torpaqların əsl sahibləri qayıdıblar. Əllərindəki silah və bayraq, qəlblərindəki Vətən sevgisi onları bütün tarixi Azərbaycan torpaqlarına qovuşduracaq!
Aydın Tağıyev
525-ci qəzet.- 2021.- 25 avqust.- S.13.