Qırmızı köynəyin qara nağılı
Köynək gündəlik həyatımızda
istifadə etdiyimiz adicə əyin-başdan biri deyilmiş...
Daha doğma,
daha məhrəm adamları özümüzə
bir köynək yaxın bilmişik.
Sonsuz qadınlar
köynəkləri altdan
keçirdikləri körpələri
özlərinə övlad
biliblər.
Tanınmış yazıçı, dostumuz
Novruz Nəcəfoğlu
həcm etibarı ilə qısa, necə deyərlər, məzmunca dolğun "Köynək" hekayəsində
balaca bir insanın faciəli ömür yolunu qısa təhkiyə yolu ilə, bir az da
soyuq tərzdə qələmə alıb.
"Özgəsinin batman gələn ruzisi bəlkə də Cəfər kişi üçün misqalnan, daşdan çıxırdı. Cəfər kişi
yay-qış dəmir-dümürün
arasında idi".
Bu, o Cəfər kişidir
ki, dağdan ağır Həmid əmi "iki dağ arasındakı bir ağır eldən kənara çıxıb sorağı
çox-çox uzaqlara
yayılan, adı dildə-ağızda dolaşan
məşhur Səmənd
madyanının balasını,
dərisinin üstü
ləpir-ləpir boz, yorğa qulanını o kişiyə" bağışlayıb.
"Öz
adı ilə yanaşı, atlarına da ölçüyə-çəkiyə
gəlməz dərəcədə
hörmət-izzətlə yanaşan Həmid əminin qıyıb Cəfər dediyimiz o adama Səmənd madyanının qulanını
bağşlaması" o demək
idi ki, Cəfər
də "elə belə, cana-cuna adam" deyil.
Həmid əmi desə də ki, "Cəfər gəlib öz qulanını aparaq, Cəfər isə gəlib çıxmırdı ki,
çıxmırdı".
Aylar ötür, illər keçirdi... Axır ki, Cəfər kişi artıq
madyan olmuş, yaşa dolmuş adına bağışlanan
"qulanın" ardınca
vaxt-macal tapıb bacısıgilə gəlir.
"Cəfərin bacısının
gözü qardaşının
əynindəki köynəkdə
qalmışdı. Təptəzə köynək Cəfərin
əynindən tökülürdü".
Bu, Cəfərin bəy
duranda geyindiyi qırmızı bəylik
köynəyi idi. "Təzə qalmasından belə məlum olurdu ki, o köynək
o vaxtdan bəri nə tərlənib, nə də su görüb".
Və yazıçı
o qırmızı köynəyin
alt qatlarını ustalıqla
qələmə alaraq
kiçik insanın ağır, məşəqqqətli
ömür yolunu qəhrəmanına rəhm
və şəfqətlə
oxucusunun gözləri
qarşısında canlandırır.
Əlbəttə, Cəfər kişi o qırmızı
bəylik köynəyini
gündəlik geyinib nimdaş etmək də istərdi. Ancaq sanki gündəlik
ömür-gün yolu,
çətin, əzabkeş
həyatı bunu ona qismət etmir: köynək korlanar.
Cəfər kişiyə əynində
tökülüb gedən
o qırmızı köynəklə
çoxdan bəri yəhərinə qalxmaq istədiyi madyan atın belinə qalxmaq qismət olmur. "Dayının xahişi ilə bacı oğlanları yəhər gətirib atın üstünə qoydular. Cəfər kişi ayağını
üzəngiyə keçirsə
də, atın belinə qalxa bilmədi".
Vur-tut ömürləri
boyu bircə dəfə qırmızı
köynək geyinənlər
kəhər üstdə
qalxa bilməzlər.
Cəfər kişi həm də məzlum, fağır adamdır. Onun təkcə bəylik
köynəyi qırmızı
olub. Özü isə qırmızı adam olmayıb.
Yoxsa çoxdan yəhərinə
qalxmaq istədiyi o məşhur qulanın ardınca gələrdi.
Qırmızı köynək və
kədərli bir insan taleyi!
Arzusunda olduğu madyanın belinə qalxa bilməyən balaca adamın həyat tarixçəsi.
Bəylik
köynəyini əyininə
ömrünün ən
xoşbəxt günündə
bircə dəfə geyinən, o köynək illərlə sandıqda qalıb geyinmədiyindən
köhnəlib rəngi
bozarmayan, daha sahibinin əyninə gəlməyən, balacalaşan,
cılızlaşan sahibinin
artıq əyninə
gəlməyən rəmzi
köynək...
İstər qış-payız, istərsə
də yaz-yay traktorun soyuq, kombaynın boğanaq kabinəsində oturub həmişə ağır
iş üstündə
olan bir insanın kəhər belinə qalxmaq intizarı, həsrəti ilə yaşanan yarımçıq ömrü...
"Bacın ölsün,
ay qardaş, bacın ölsün! Belə görürəm ki, əyninə bircə dəfə geyindiyin olub bu köynək. Köynəyinin rəngi qırmızı olsa da günlərin, demə... Mən də burda giley-güzar edirdim ki, harda qalmısan,
qaragün bacını
itirib axtarmırsan?.."
Hekayənin elə bu yerindəcə
hekayə içində
hekayə başlanır.
Hekayə içində hekayədə
artıq "köynək"
bir köynəklik yaxınlığın yox,
doğmalığın motivi
kimi süjetdə aparıcı xətt təşkil edir. Hekayənin əvvəlində
müəllifin hələ
yaxından tanımadığı
adama bəzən qibtə, həsəd, paxıllıq etdiyi bir insan taleyinə
rəhm, mərhəmət,
şəfqət həmin
qəhrəmana bir köynək yaxınlıqdan
çıxıb doğmalarının
- bacılarının qardaş
sevgisi haqqında qəmli nağıl nəql edilir.
Vaxtsız qardaş itkisi Həmid əminin xanımını göyüm-göyüm
göynədə-göynədə "qardaşımın əynindən
çıxan köynəyi
günlərlə nəfəsinə
sıxıb qoxlamış,
ətrini ciyərlərinə
çəkmiş, bağrına
basıb oxşamış,
göz yaşları leysan olanacan ağlamışdı".
Və...
Elə bu qəmli nəql
etmədən sonra hekayə içində hekayə başlayır.
"Mən öləndə
qardaşımın köynəyini
məzarıma qoyarsınız". Hekayə içində
hekayə bacının
elə bu vəsiyyətindən sonra
başlayır.
"Ölüm adlı
əjdaha" bir gün bacını da, necə deyərlər,
kamına çəkir.
Böyük bacı vəfat edir. Qardaşından öz axirət
dünyasına əbədi
yadigar kimi, bəlkə də axirətdə də qardaşının ömrünə-gününə
ağı deyib oxşamaq üçün
o qırmızı köynəyi
məzarına qoyulmasını
vəsiyyət edir.
Əlbəttə, şəriət hökmlərinə
görə bacının
bu vəsiyyəti qeyri-mümkündür.
İş bununla qurtarmır. Kiçik bacının
da yası böyük bacının
yasına qarışır.
Yenə eyni bacı vəsiyyəti...
Süjet boyu öz təhkiyəsini
davam etdirən müəllifin müdaxiləsi.
Belə məlum olur ki, böyük bacının vəsiyyəti
yerdə qalıb. Bəs kiçik bacının vəsiyyəti yerinə yetiriləcəkmi...
Gəlin bir-birimizə bir köynək də yaxın olaq.
Aydın
TAĞIYEV
AYB Şabran bölməsinin rəhbəri
525-ci qəzet.- 2021.- 28 avqust.- S.19.