"Alpan - Türk yurdu" - tarix elminə qiymətli töhfə

 

"Alpan - Türk yurdu" adlı tarixi, publisistik, maarifləndirmə tanıtım məqsədli nəşr işıq üzü görüb. Kitabın tərtibatçısı şair-publisist Cabir Alpoğlu Albantürk, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Şahmuradov, məsləhətçisi tədqiqatçı-tarixçi Zabit Babayev, ədəbi redaktoru dilçi-pedoqoq Neman Qədirbəylidir. "Alpan - Türk yurdu" kitabında 29 müəllifin yazısı yer alıb. Zərdabi nəşriyyatında çapdan çıxan 456 (mətn 384 səh., şəkil 72 səh.) səhifəlik bu kitaba yazılan ön sözü sizə təqdim edirik.

 

***

 

Özünəməxsus yaradıcılıq üslubuna malik olan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Cabir Alpoğlu Albantürkün poeziyası, publisistik yazıları, tarixi səpkidə olan tədqiqatları, xüsusilə , doğulub boya-başa çatdığı Quba rayonu Alpan kəndinin keçmişi bu günü ilə bağlı apardığı araşdırmalar həm məzmun, həm ifadə tərzi baxımından diqqəti cəlb edir, maraq doğurur. C.A.Albantürkün oxuculara təqdim etdiyi yeni kitabı təkcə müəllifin yaradıcılıq uğuru kimi deyil, həm Azərbaycan tarixinin, xüsusilə Qafqaz Albaniyası, o cümlədən, onun tərkib hissələrindən biri olan Alpan kəndinin tarixinin öyrənilməsi təbliği istiqamətində atılan əhəmiyyətli addım kimi qiymətləndirilməlidir.

 

"Alpan - Türk yurdu" kitabında yer alan materialları şərti olaraq üç hissəyə bölmək olar:

 

1) Qafqaz Albaniyasının tarixi kontekstində Alpanın tarixi keçmişi ilə bağlı olan elmi elmi-publisistik məqalələr;

 

2) Alpan kəndinin müxtəlif aspektlərdən tərənnüm olunduğu ədəbi nümunələr;

 

3) erməni faşizminə qarşı müharibədə iştirak etmiş alpanlıların cəbhə yolunun əks olunduğu materiallar.

 

C.A.Albantürkün hazırladığı "Alpan - Türk yurdu" kitabı, obyektiv fakt arqumentlərə əsaslanan digər elmi əsərlər kimi, elmi yaradıcılığın prinsip qanunauyğunluqlarını əldə rəhbər tutur. Bu, elmin inkişafına öz töhfəsini verən tədqiqatçıların mövqelərini qədər gücləndirirsə, tarixi həqiqətləri saxtalaşdırmaq təhrif etmək yolu tutanların mövqelərini bir o qədər zəiflədir.

 

Kitabın hazırlanması prosesinə məntiqi sistemli yanaşan müəllif, bilavasitə, Alpan kəndinin tarixi ilə bağlı işıq üzü görən araşdırmalarla yanaşı, öyrənilən elmi problemlərin ümumalban tarixi kontekstində qiymətləndirildiyi tədqiqatlara da müracət edib. Kitabda Qafqaz Albaniyası, onun tarixi coğrafiyası, tarixi inkişafının müxtəlif mərhələləri, etnik tərkibi, qədim orta əsrlərdə Cənubi Qafqazda Ön Asiyada cərəyan edən hərbi-siyasi proseslərdə iştirakı ilə bağlı zəngin məlumatlar tarixi mənbələrdən götürülmüş konkret faktlar yer alıb. Qeyd olunan məlumat faktların müqayisəli sistemli təhlili Azərbaycan ərazisinin, o cümlədən, Alpan kəndinin qədum türk yurdu, ümumtürk tarixinin mədəniyyətinin əhəmiyyətli bir hissəsi olduğunu sübut edir.  Konkret regionun məskunlaşması etnik tarixi ilə bağlı problemlərin öyrənilməsi prosesində müxtəlif elmi metodların tətbiqi ilə yanaşı, inkişafın ümumi qanunauyğunluqlarının üzə çıxarılmasına bu ya digər dərəcədə imkan verən coğrafi, antropoloji, təsərrüfat-mədəni, linqvistik s. amillərdən istifadə olunur. Coğrafi yanaşma oykumenanın sərhədlərinin müəyyənləşdirilməsi, onun ayrı-ayrı hissələrində baş verən etnik yerdəyişmə proseslərinə aydınlıq gətirilməsi, antropoloji yanaşma müxtəlif təbii-coğrafi mühitdə uzunmüddətli məskunlaşma inkişaf nəticəsində böyük insan qrupları arasında formalaşan fiziki fərqlərin üzə çıxarılması, təsərrüfat-mədəni yanaşma, konkret təbii zonada təsərrüfat fəaliyyətinin təşəkkülü, maddi mənəvi mədəniyyətin meydana gəlməsi, etnoslar arasında tarixi mədəni əlaqələrin təhlil edilməsi baxımından əhəmiyyətlidir. Linqvistik yanaşma isə xalqlar arasında qohumluq əlaqələrinin öyrənilməsi üçün zəruridir. Nəzərə almaq lazımdır ki, coğrafi, antropoloji təsərrüfat-mədəni yanaşma etnosların mənşəyi, sosial münasibətləri, qohumluq əlaqələri s. barədə müəyyən mülahizələr irəli sürməyə imkan versə , qeyd olunan sahələrdə mənzərəni tam canlandırmaq üçün kifayət deyil. Mənşə, genetik bağlılıq qohumluq əlaqələrini üzə çıxarmaq üçün linqvistik yanaşma daha geniş imkanlara malikdir. Bu yanaşma bir tərəfdən dilləri morfoloji xüsusiyyətlərə görə qruplaşdıran morfoloji ya tipoloji, digər tərəfdən isə, onları mənşə ümumiliyi qohumluq əlaqələrinə görə qruplaşdıran geneoloji ya genetik təsnifata əsaslanır. Bunu nəzərə alaraq, C.A.Albantürkün hazırladığı kitabda Qafqaz Albaniyasının qədim orta əsrlər tarixi ilə bağlı məsələlərdən bəhs edən linqvistik materialların təhlilinə əsaslanan elmi məqalələrin yer alması təqdirəlayiq haldır. Tədqiqatlarına müraciət olunan müəlliflər müxtəlif metodlardan istifadə edərək, onomastik vahidlərin təhlili əsasında Qafqaz Albaniyasının etnik tərkibi ilə bağlı meydana çıxan suallara cavab verməyə çalışır, qədim orta əsrlərdə ölkə ərazisində yaşayan əhalinin əsas hissəsinin türkdilli tayfalara mənsub olduğunu sübut edirlər. Habelə, kitabda yer alan etnoqrafik materiallar, milli bayramların keçirilməsi ilə bağlı Alpan kəndində mövcud olan adət ənənələr, əhalinin məişəti dəyərlər sistemi bu kəndin türk dünyasının bir parçası olduğuna şübhə yeri qoymur.

 

Kitaba daxil edilən materialların xronoloji çərçivəsi qədim orta əsrlər ilə məhdudlaşmır, Alpan kəndinin yeni ən yeni dövr tarixini əhatə edən məsələlər proseslərin inkişafına dialektik yanaşma sərgiləyən müəllifin diqqətindən kənarda qalmamışdır.

 

"Alpan - Türk yurdu" kitabında istər birinci, istərsə ikinci Qarabağ müharibəsində iştirak etmiş alpanlılar barədə verilən materiallar, bir tərəfdən, onların fərd olaraq hər birinin keçdiyi döyüş yolunu göstərmək, qəhrəmanlıqları haqqında məlumatları oxucuya çatdırmaq, digər tərəfdən isə, ümumilikdə müharibə reallığı, erməni işğalçılarının vəhşiliyi, Azərbaycan ordusunun mənəvi-psixoloji vəziyyəti, döyüş əməliyyatları əldə etdiyi uğurların əhəmiyyətini dərk etmək baxımından kifayət qədər aktualdır.

 

Maddi ya mənəvi olmasından asılı olmayaraq, kainatda mövcud olan çox şey dialektikanın qanunlarına tabedir, yəni sadədən mürəkkəbə, başlanğıcdan sona doğru hərəkət edir, konkret zaman məkan çərçivəsində fərdlər, nəsillər, cəmiyyətlər s. bir-birini əvəz edir, özündən sonra sadəcə müəyyən izlər qoyur. Bu mənada, vətən yolunda, haqq-ədalətin təntənəsi uğrunda canlarından keçən şəhidlər istisna təşkil edir, onlar öz qəhrəmanlıqları ilə təbiət cəmiyyətin məlum qanunauyğunluqlarını kölgədə qoyaraq hər iki dünyada ölməzlik zirvəsinə yüksəlmişlər. "Alpan - Türk yurdu" kitabında şəhidlər haqqında təqdim edilən materiallarla tanış olan oxucu buna bir daha əmin olur.

 

Ümumilikdə, Cabir Alpoğlu Albantürkün hazırladığı "Alpan - Türk yurdu" kitabı tarixi, etnoqrafik, ədəbi-bədii baxımdan əhəmiyyətli bir işdir, müəllifin qeyd etdiyi məqamların hər birini gələcəkdə ayrıca tədqiqat obyektinə çevirmək mümkündür. Bu kitabın materialları qeyd olunan istiqamətdə yeni-yeni tədqiqatların aparılmasında müsbət rol oynaya bilər.

 

Aqil ŞAHMURADOV

Tarix üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2021.- 31 avqust.- S.15.