"Usanmadım bu sevdadan"

AHISKALI ŞAİR SABİRCAN CƏLİLİN POEZİYA DÜNYASI

 

("Ahıska yazarları" silsiləsindən)

 

Bu ilin 14 noyabrında 77-ci ili tamamlanmış 1944-cü il sürgünündən sonra Ahıska türklərinin milli varlığını qoruyan mühüm amil - etnik mədəniyyət, folklor yazılı ədəbiyyat, xalqın milli ruhunu ideallarını ifadə edən istedadlı şair nasirlərdir. Bu yazarların əksəriyyəti Azərbaycanda formalaşıb 2001-ci ildə "Azərbaycanda Yaşayan Ahıska Türkləri Yazarlar Birliyi" (AYATYB) yaradıb, bir neçəsi isə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib.

Ahıskanın çağdaş yazarlarından biri müxtəlif mövzulu lirik şeirlər filoloji tədqiqatlar müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabircan Cəlildir. 1957-ci ildə Özbəkistanda, Ahıskanın sayılan ziyalılarından milli öndərlərindən Məhəmməd Cəlilin ailəsində anadan olmuş Sabircan 1959-cu ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb, Saatlı rayonundakı Fətəlikənddə məskunlaşaraq burada orta təhsil alıb.

1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alan Sabircan 1978-ci ildə "Türk dilinin mesxeti dialektinin morfologiyası" mövzusunda diplom işini müdafiə edib, bir müddət Fətəlikənddə Azərbaycan dili ədəbiyyatı müəllimi işləyib, dövlət qulluğunda çalışıb, eyni zamanda, elmi fəaliyyətini davam etdirib. 1980-82-ci illərdə Tiflisdə Gürcüstan Şərqşünaslıq İnstitutunda akademik S.S.Cikiya professor V.Canikidzenin rəhbərliyi ilə "Türk dilinin mesxeti dialektinin qrammatikası" mövzusunda dissertasiya mövzusunu işləyib, bu mövzuya dair Gürcüstan EA-nın "Elmi əsərlər" jurnalında məqaləsi çap edilib.

1992-ci ildə Ümumittifaq "Vətən" Cəmiyyətinin mətbuat orqanının - "Vətən eşqi" qəzetinin baş redaktoru olub. Beynəlxalq "Vətən" cəmiyyətinin Dünya Ahıska Türkləri Birliyinin fəaliyyətində, milli mücadilədə yaxından iştirak edib. 2006-cı ildə şairlər Güləhmət Şahin Rafael Daşqın ilə birlikdə "Muğanda yaşanan 50 il" kitabını hazırlayıb çap etdirmişlər. 2016-cı ildə Türkiyəyə köçüb hazırda Ankarada yaşayır.

Hələ məktəb illərində mətbuatda ilk şeirləri dərc olunmuş, sonradan mətbuatda ardıcıl olaraq şeir, hekayə, ədəbi-tənqidi yazılar oçerklərlə çıxış etmişdi. Türkiyədə "Esgilər demiş ki" "Ahıska türk ədəbiyyatının parlaq ulduzu - Mircavat Ahıskalı" adlı kitabları bu günlərdə "Usanmadım bu sevdadan" adlı şeirlər toplusu çap olunub.

Sabircan Cəlilin yaradıcılığında Ahıska türklərinin sürgün ədəbiyyatına xas vətən, yurd, torpaq, qürbət motivləri, soydaşlarının istək duyğuları ifadə edilir. Ahıska türklərinin milli kimlik şüurunda, mədəniyyətində mühüm rol oynayan bu motivləri Sabircan xalqın tarixi yaddaşı milli mənlik şüuru ilə bağlayır buna görə Vətən mücadiləsinin lideri Ənvər Odabaşovun mənalı kəlamını yaradıcılığının əsas leytmotivi kimi təqdim edir: "Bizi unudanlar - Vətəni unudacaqlar, Vətəni unudanlar - Əbədi unudulacaqlar..."

Poetik yaradıcılığı heca vəzni, sərbəst şeir qəzəl janrlarında yazılmış şeirlərdən ibarətdir. Azərbaycan türkcəsi Ahıska ləhcəsində yazdığı vətənpərvərlik mövzulu şeirlərində yurd sevgisi, sürgün reallığı ifadə olunur, vətən lirik qəhrəmanın "üzünü görmədiyi ana", " düşmüş telinə sığal çəkməyən sərin meh" kimi tərənnüm edilir:

 

Vətən! Ana dedim, öz anam kimi,

Görmədən, bilmədən sevdim mən səni.

Altmışı haqladım, qapı çalınır,

Hələ oxşayıb qucmadın məni.

 

düşmüş telimə sığal çəkmədin

Dağlarından əsən sərin mehinlə.

Üzümdən, gözümdən sevib öpmədin

Gülləri üşüdən soyuq şehinlə.

 

Vətən həsrəti şairin duyumunda həm Kərəmin Əsliyə olan nakam məhəbbətidir, "zəhər kimi acıları şərbət kimi" süzən könül ağrısıdır:

 

Altmış yildur bu dünyayi

Səyyah kimi gezdin, gönül.

Əsli kimi bir sevdayi

Kərəm kimi çözdün, gönül.

 

Qəribluğun tacidari

Yürək yaxan ağrılari,

Zəhər kimi acılari

Şərbət kimi süzdün, gönül.

 

Ancaq bu acını, həsrəti aşan böyük bir qüvvə var - bu qüvvə öz kökünə bağlı, cəfalara sinə gərən, əzəlindən qürur duyan, zalımlara əyilməyən, türklüyünü Allahın lütfü kimi qoruyan doğma xalqının sarsılmaz Vətən eşqi qutsal türklük sevdasıdır:

 

Mən xoşbəxtəm türküm deyə

Öyünən dillər var olsun.

Sürgünlərdə türklüyünü

Qoruyan ellər var olsun.

 

Adı yaşar dilimizdə,

Axısxadır elimiz .

Sevgi ilə gönlümüzdə

Çağlayan sellər var olsun...

 

 

 

Müəllif əsərlərində türklüyün milli-mənəvi bütövlüyünü, soydaşlarının milli inam iradəsini ifadə edir: 

 

Vətən eşqi sönərmi heç,

Çatacayıq ona er-geç,

Ümid mənə verər bir güc.

Vətən, sənə həsrət qaldım.

 

"Bən anamdan türk oğlu türk doğulmişim" deyən şair hələ 1976-cı ildə yazdığı "Ulu məhəbbət" şeirində vətən sevgisini ali dəyər kimi təqdim edir:

 

Ən böyük nemət,

Ulu məhəbbət -

Vətəndir!

İnan!

Bu eşqdən törəyib

artmışdır insan!

   

Ümumtürk poetik ənənəsinə uyğun olaraq, Sabircanın da şeirlərində Vətənin mühüm rəmzi dağlardır, Koroğlunun "əlim çatmaz, ünüm yetməz, qarşı yatan qarlı dağlar"ı, sevgili gözəl tək üzünə ayrılıq örpəyi çəkmiş ulu zirvələr, şairin sinəsini köz tək yandıran qanlı həsrət dağı:

 

Duman örpəyini qaldır üzündən

Görüm mən üzünü, ey Vətən dağı!

Gəldim görüşünə uzaq ellərdən

Sinəmdə gətirdim bir Vətən dağı.

 

Vətənin nişanəsi olan dağlar şairin qara sevdasıdır, Məcnunun Leyliyə olan nakam eşqidir:

 

Sən bir Leyli, mən bir Məcnun,

Dolanurum başan, dağlar.

Gördüm dumanlar içində,

Halım oldi pərşan, dağlar.

 

Milli poeziyamızın şah mövzularından olan Məcnunluq dərdi, qara sevda şairin yaradıcılığının əsas qayələrindəndir. Lakin Sabircanın mahiyyət etibarilə vətən sevgisini ifadə edən irfani eşqi "Dədə Qorqud"dan gələn "başım taxtı, evim baxtı" fəlsəfəsinə uyğun gerçək duyğularla, gəncliyindən sevib-seçib ailə qurduğu xanımı, xatunu, "ömür-gün yoldaşına" olan saf nikbin insani sevgi ilə, yəni ailə, ocaq, yurd məhəbbəti ilə tamamlanır:

            

Saçlarıma qar ələnib,

Bir azca da çallanmışam,

Ömrün bu qürub çağında,

Sənə yaman bağlanmışam...

 

Sabircanın poeziyasında Vətəni sevmək imandandır bu ülvi sevda insanı mənən ucaldır, həyatına məna verir, doğma yurd uğrunda mübarizəyə səsləyir. "Bir eşq üçün bu dünyaya gəlmişim... Haqq deyib haqq üçün Haqqa tapındım... Onun sevgisinə qovuşsa insan, Bəsirət gözündə çiçəklər açar" deyən şair bu əzablı yoldan usanmır, əzmlə ali məqsədə, Füzuli eşqinə doğru "qoşaraq uçur":

 

Usanmadım bu sevdadan,

Ahım göylərə dirəndi.

Çox sevdiyim yaradandan

Üstümə nurlar ələndi.

 

Şəbi-hicran yandı canım,

Yorulmadan adın andım,

Sevgin ilə alovlandım

Tənim odlara bələndi.

 

Bu sevgi, bu aşkdı?

Bir ömürə yaraşıqdı.

Füzulinin pir aşkıdı

Asimanlara dirəndi.

 

"Türk özünü tanıyanda ucadır" deyən şair Sabircanın Haqqa Vətənə olan bu sevgisi qovuşaraq ona güc inam verir, Atabəylər yurdu Ahıskaya bu torpağın məğrur övladı, əzəlini bilən, gələcəyini görən, dosta sadiq, düşmənə qayım vətənpərvərlər kimi qayıtmaq əzmini aşılayır:

 

Yalvarıb-yaxarmaq yolumuz deyil,

Türk oğlu Vətəni dilənə bilməz.

Çalış, mübariz ol, özünə güvən,

Qərib göz yaşını kimsələr silməz.

 

Bu gün ədəbi, elmi, publisistik yaradıcılığının kamillik dövrünü yaşayan, yaşadığı həyatın və milli taleyin dərkinə çalışan, xalqının arzu və istəklərini ifadə edən, şeirləri ilə soydaşlarını dogma yurda səsləyən Ahıskalı Şair Sabircan Cəlilin əzablı idrak yoluna nur, vətən sevdasına vüsal arzulayıram.

 

 

Asif Hacılı

525-ci qəzet.- 2021.- 1 dekabr.- S.22.