"Yaddaşın dəyişməzliyi"
"Bir rəsmin
dedikləri"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
sənətşünas Səbinə
Əhmədovadır. Səbinə xanımla Salvador Dalinin
"Yaddaşın dəyişməzliyi"
əsəri haqqında
danışmışıq.
***
- Səbinə xanım, mümkünsə, öncə
Salvador Dali ilə bağlı
həmişə maraq
doğuran bir məqamdan - rəssamın
uşaqlıq travmaları
və o travmaların bu əsər də daxil olmaqla
digər əsərlərdə
nə dərəcədə
təcəssümündən danışardınız.
- Məşhur rəssam
Salvador Dalinin uşaqlığı
mənəvi tramvalarla
keçib. Altı yaşında sətəlcəmdən
ölən qardaşından
3 il sonra
dünyaya göz açan Salvador uşaqlığını
bu sözlərlə yada salırdı: "Anadan olanda büt
kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə
başladım. Məni
sevdiklərində belə,
əslində, onu sevirdilər, bəlkə də məndən daha çox sevirdilər... Bu, mənim üçün həyatımın böyük
bir yarası idi". Valideyinlərinin ona qoyduqları
ad da qardaşının
adı idi - Salvador.
Rəssam mərhum qardaşına
çox oxşayırdı,
sanki onun əkiz tayıydı.
Uşaqlığını demək olar ki, ailəsinin diqqətini cəlb etmək üçün sərf eləmişdi. Valideyinlərinin yatağının başında
İsa peyğəmbərlə
yanaşı, mərhum
qardaşının şəkili
var idi. Və o, qardaşına həmişə
qısqanclıqla yanaşırdı.
Salvadorun istedadı üzə çıxanda onu rəssamlıq kursuna göndəriblər. O, tanınmış
rəssamlarla, elm adamları
ilə tanış
olub. Amma çılğınlığı,
uşaqlıqdan qalan
"xəstəliyi", diqqətləri
cəlb etmək istəyi ona böyük problemlər yaradıb.
- Amma həm də
məşhurlaşdırıb.
- Bəlkə də. Elə Rəssamlıq Akademiyasından qovulmağına
səbəb də bu olmuşdu, heç kim
onun kaprizlərinə
dözə bilmirdi, ərköyün, eqoist hərəkətləri, qarşısına
çıxan hər kəsi əsəbləşdirməsi
hamını bezdirmişdi.
1926-cı ildə çətinliklə də
olsa, yenidən akademiyaya qəbul edildi, amma çox
keçməmiş onu
birdəfəlik qovdular.
- Rəssamın "Yaddaşın
dəyişməzliyi" əsərin
yaranma tarixçəsi
haqqında nə deyə bilərsiniz?
- Təsviri incəsənətə
marağı uşaq yaşlarından başlayan
Salvador Dalinin bir sıra məşhur əsərləri vardi, lakin ən tanınmış
əsərlərindən biri
"Yaddaşın dəyişməzliyi"
və yaxud da digər adı
ilə "Əriyən
saatlar" əsəridir.
Əsər hər nə qədər Dalinin sənət yaşamındakı Freyidçi
mühitin bir nümunəsi olsa da, sənətçinin bu
mərhələyə keçişindən
14 il əvvəl yaranmışdı. "Yaddaşın dəyişməzliyi"
əsəri 1931-ci ildə
çəkilmişdi. Əsərin
üslubu peyzajdır,
natürmort üslubunda
təsvir edilib. Əsərin
texnikasında kətan,
yağlı boyadan istifadə edilib. Əsərin
ölçüsü 24x33sm olub. Əsərdə
geniş, qumlu çöl
təsvir olunub. Əsərdə əriyən saatları
görürük. Rəssam əriyən
saatlar ideyasını
komamber pendirindən götürüb. Əsəri zamanın
dəyişkənliyi anlayışına
etiraz kimi də dəyərləndirə
bilərik.
- Əsər hazırda
harda saxlanır?
- 1932-ci ildə 250 ABŞ dollarına
satılan tablo
1934-cü ildən Nyu-Yorkdakı
"National Muzeyum of Art" muzeyində sərgilənməkdədir.
- Əsərin rəng
koloriti haqqında nə deyə bilərsiniz?
- Salvador Dalinin bir çox
əsərlərində olduğu
kimi "Yaddaşın
dəyişməzliyi" əsərində
də müxtəlif və zəngin rəng
tonlarından istifadə
edilib. Dali istifadə etdiyi
rəng tonları ilə yaratdığı
fiqurları, obrazları
daha aydın şəkildə göstərməyi
bacarıb. Dalinin "Yaddaşın
dəyişməzliyi" əsərində
müxtəlif rənglər
görə bilərik.
Bu rənglər olduqca tünd və sakit tonlardan
istifadə edilmiş rənglərdir. Arxa
planda dəniz, ön planda təsvir olunmuş əriyən saatlar mavi rəngdə, mərkəzi hissədə
təsvir olunmuş canavar obrazı ağ
rəngdə təsvir
edilib.
- Sizcə, bu əsər bizə nə deyir?
- Əsərin mərkəzi
hissəsində canavar
və insan dərazının sintezini
görmək mümkündür. Əsərdə yalnızlıq və səhranı xatırladan
bu məkan olduqca sakitdir. Hətta arxa plandakı su da sakit
və dalğasızdır.
Əsərə diqqətlə nəzər
yetirsək, məkanın
nə qədər geniş və dərin olduğu qənaətinə gələ
bilərik. Əsərin sol alt küncündə yerləşən
saat üzərindəki
görülən milçək,
çürümə və
yox olmaqdan bəhs edir. Rəsmdəki yeganə bitki
olan zeytun ağacını görə
bilərik. Dalinin bir
çox əsərində
zeytun ağacı sevinc və ümid simvolu kimi izah edilsə
də, burada yağlı boya ilə çəkilmiş
qurumuş ağac ölüm kimi şərh olunur. Şəkildəki digər görüntüləri
araşdırsaq, ortadakı
canavara bənzəyən
cismin Salvador Dalinin özünü ifadə etdiyi deyilir. Ümumi olaraq isə rəsmə baxan zaman belə bir qənaətə gələ bilərik ki, əsər insana yox olmaq
duyğusu və axıb gedən zaman gerçəkliyi aşılayır. Əsərin tamamlandıqdan bir müddət sonra qırmızı şərabla
islandığı söylənilir.
Eyni ilə Leanardo Da Vinçinin "Monaliza" əsərində
olduğu kimi. Arxa planda sadə sonsuzluq, əriyən saatlarla keçən zaman hissi də
buna işarədir.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 1 dekabr.- S.18.