Türk Ədəbiyyatı Vəqfindən Rəşad Məcidə
yüksək mükafat
Şair,
nasir və publisist, Azərbaycan Yazıçılar Birliyinin
sədr müavini,
“525-ci qəzet”in baş
redaktoruRəşad Məcid
Türk Ədəbiyyatı
Vəqfinin 2021-ci il üçün “Türk Dünyasına Üstün
Xidmət” mükafatına
layiq görülüb.
Vəqfin
başqanı Sərhat
Kabaklının bu barədəki açıqlamasında
Rəşad Məcidin
həm Azərbaycan, həm də Türk dünyasında gənc ədiblərin yetişməsinə önəmli
töhfələr verməsi,
şeir, hekayə janrında yazdığı
əsərlərinin onlarla
dilə tərcümə
olunması, xüsusən,
publisistik yazılarıyla
Türk dünyasının
fərqli problemlərini
diqqət mərkəzinə
çəkməsi üstün
cəhətlər kimi
vurğulanır. Həmçinin
bildirilir ki, R.Məcid özünün
yüksək təşkilatçılığı
ilə Azərbaycanın
və AYB-nin Türk dünyasının
ədəbi mərkəzlərindən
birinə çevrilməsində
mühüm rol oynayıb, onun rəhbərlik etdiyi “525-ci
qəzet”də bu istiqamətlər hər zaman xüsusi yer tutub.
Qeyd edək ki, R.Məcid
son 30 ildən artıq
bir müddətdə
təkcə Türkiyədə
deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində,
eləcə də dünyanın digər bir sıra bölgələrində
yaşayıb-yaradan türkdilli
ədəbiyyat və
mədəniyyət xadimlərilə
sıx yaradıcı
təmaslar qurub. Onların Azərbaycanda tanıdılması,
bir çoxunun fəaliyyətinin, əsərlərinin
ölkəmizdə ilk dəfə
nəşri və təbliği işinə
dəyərli töhfələr
verib. Türk Ədəbiyyatı Vəqfi,
Avrasiya Yazarlar Birliyi, Türkiyə Elmi və Ədəbi
Əsər Sahibləri
Məslək Birliyi
(İLESAM) və digər
qurumlarla əməkdaşlığı
sayəsində R.Məcid
həm də Azərbaycan ədəbiyyatının,
mədəniyyətimizin Türk
dünyasında təbliği
naminə ciddi işlər görüb.
R.Məcidin yaradıcılığı Türkiyə
ədəbi mühitində
diqqət və maraqla izlənilir. 2016-cı ildə
Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə R.Məcidin türk dilində nəşr olunmuş
"Bir daha gelmeyecek" irihəcmli şeirlər toplusunun,
2017-ci ildə isə
İLESAM-ın təşkilatçılığı
ilə Ankaradakı Türk Tarix Qurumunun salonunda "Delicesine" kitabının geniş təqdimat mərasimi
keçirilib.2019-cu ilin noyabrında
İstanbulda - Türk
Ədəbiyyat Vəqfində,
2020-ci ilin yanvarında
isə Bakıdakı
Yunus Əmrə İnstitutunda R.Məcidin
"Kalemsiz yazılanlar"
kitabının təqdimatı
olub.
Sözgedən Vəqfin
seçimində bütün bu cəhətlərə xüsusi
diqqətlə yanaşıldığı üçün
qurumun rəhbərliyi R.Məcidin 2021-ci il üçün “Türk Dünyasına Üstün
Xidmət” mükafatı ilə təltif olunmasına qərar
verib.
525-ci qəzet.- 2021.- 1 dekabr.- S.13.