"Xalq
cəbhəsi" qəzetinin 20 illiyinə həsr olunmuş toplantı keçirilib
Dünən Azərbaycan Mətbuat Şurasının təşəbbüsü
ilə "Xalq cəbhəsi" qəzetinin
fəaliyyətə başlamasının
20 illiyinə həsr olunmuş toplantı keçirilib.
Tədbiri giriş sözü
ilə açan
MŞ sədri Əflatun
Amaşov bildirib ki, "Xalq cəbhəsi" qəzeti
20 il öncə partiya təmayüllü mətbuat orqanı statusunda yaransa da, özünü milli qəzet kimi təsdiqləyib. Nəşrin
səhifələrində milli
məfkurə saflığı,
türkçülük ideyaları,
azərbaycançılıq vəhdətdə götürülüb.
Ən əsası isə qəzet Azərbaycanın
bütövlüyü ideyasına
məxsusi yanaşma və çalarlar ortaya qoymağı bacarıb. Cənub mövzusu onun
səhifələrində daha
dolğun və sistematik şəkildə
oxuculara çatdırılıb.
Qəzet
mövcud müstəvidəki
əks-meyllərə qarşı
ideoloji mübarizə
əzmini də nümayiş etdirməklə
püxtələşib. "Bu günün "Xalq cəbhəsi" qəzeti peşəkar komandaya malik ümummilli məsələləri,
dövlət maraqlarını,
xalqın və millətin mənafelərini
üstün tutan yaradıcılıq mərkəzidir.
Belə bir yüksək mövqeyə sahiblik illərin zəhmətinin
bəhrəsidir. 15 ildir qəzetə istedadlı həmkarımız,
şair, publisist və siyasi xadim, politoloq Elçin Mirzəbəyli
rəhbərlik edir.
Onun başçılığı ilə qəzet müasir dövrün tələblərinə xas
şəkildə fəaliyyətdədir.
Nəşr artıq media qrupu
formatına uğurlu keçidə imza atıb. Bunlar isə bütövlükdə
Azərbaycanın mətbuat
ənənələrinə verilən dəyərin, yazıb-yaratmaq, cəmiyyət
üçün faydalı
olmaq arzusunun təzahürüdür. Və bütün
bunlara görə Azərbaycan Mətbuat Şurası "Xalq cəbhəsi" qəzetini
fəxri diploma layiq görüb", - deyən
Ə.Amaşov diplomu qəzetin baş redaktoru, Mətbuat Şurasının İdarə
Heyətinin üzvü
Elçin Mirzəbəyliyə
təqdim edib.
MŞ İdarə Heyətinin üzvü, "Yeni Müsavat" Media Qrupunun
rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycanda müstəqillik dövrünün
mətbuatı xalq hərəkatına bağlı,
özünün təməlini
bu hərəkatdan götürən mətbuatdır.
20 yaşını qeyd edən "Xalq cəbhəsi" qəzetinin də qayəsində xalq hərəkatının elan
etdiyi prinsip və dəyərlərə
sayğı və ehtiram dayanır. Qəzet media
məkanına siyasi partiyaya yaxın kütləvi informasiya vasitəsi qismində daxil olsa da,
özünün peşəkar
dəst-xətti ilə
ümumi dəyərlərə
xidmət göstərib.
R.Arifoğlu media sahəsindəki qlobal transformasiya dövründə "Xalq
cəbhəsi"nə daha
uzun yayım ömrü arzulayıb.
O, fenomenal xarakterlərə
malik baş redaktor E.Mirzəbəylinin
sayəsində başlanılmış
yolun bundan sonra da uğurla
davam etdiriləcəyinə
inandığını dilə
gətirib.
MŞ İdarə Heyətinin üzvü, "Bakı xəbər" qəzetinin
baş redaktoru Aydın Quliyev siyasi təbəqələşmənin
cəmiyyətə hakim kəsildiyi
bir vaxtda meydana çıxmış
"Xalq cəbhəsi"
qəzetinin firqə maraqları ilə yanaşı, ümumxalq və dövlət maraqlarını da müdafiə etdiyini xatırladıb. O deyib ki, nəşrdəki işə peşəkar yanaşma tərzi jurnalistikanın prinsiplərini
hər zaman ön planda saxlayıb. A.Quliyev onu da bildirib
ki, baş redaktor E.Mirzəbəyli medianın müasir çağırışlarına adekvat cavab verilməsi
ehtiyacını inamla
doğruldan rəhbərdir
və "Xalq cəbhəsi"nin uğurlarında böyük
pay sahibidir.
"Xalq cəbhəsi" qəzetinin yarandığı
dövrün xüsusiyyətlərinə
diqqət yetirən
MŞ İdarə Heyətinin
üzvü, "Şərq"
qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb
ki, 20 illiyini qeyd edən nəşr partiya prinsipləri ilə peşəkar media dəyərlərini
vəhdətdə tutmağın
örnək nümunəsidir.
O, baş redaktor E.Mirzəbəylinin malik olduğu yüksək keyfiyyətlərin qəzetin
yaradıcılıq kursuna
da təsir göstərdiyini vurğulayaraq
"Xalq cəbhəsi"nə
yeni-yeni uğurlar arzulayıb.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar
İttifaqının rəhbəri
Müşfiq Ələsgərli
bildirib ki, mediada texnoloji yeniliklərin tətbiqinin
geniş vüsət aldığı, ənənəvi
medianın onlayn mediaya transformasiyasının
labüd proses kimi diqqət çəkdiyi indiki dövrdə dəyişməyən
bir meyar var ki, o da
peşəkarlıqdır. "Xalq cəbhəsi" ötən müddətdə
məhz bu meyara sadiqlik nümayiş etdirib.
"Olaylar" qəzetinin və eyni adlı
informasiya agentliyinin rəhbəri, yazıçı-publisist
Yunus Oğuz partiya təmayüllü nəşrdə yaradıcılıq
sərbəstliyinin mövcudluğunu
böyük mənəvi
divident kimi xarakterizə edərək
"Xalq cəbhəsi"nin bu baxımdan
fərqləndiyini deyib.
O, belə yanaşmanın
Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədri
Qüdrət Həsənquliyevin
şəxsi keyfiyyətlərindən,
jurnalist işinə verdiyi dəyərdən irəli gəldiyini vurğulayıb. Y.Oğuz da çıxışında
nəşrin yarandığı
dövrü yada salıb, onun formalaşmasında qəzetin
ilk baş redaktoru Vüsalə Mahirqızının
əməyinin olduğunu
qeyd edib. Y.Oğuz həmçinin bildirib ki, 15 ildir "Xalq cəbhəsi"nə rəhbərlik
edən E.Mirzəbəylinin
prinsipial yanaşma tərzi qəzetin faəliyyət spesifikası
üçün də
düşündürücü, cəmiyyətin maraq və mənafelərindən
irəli gələn xarakterik mövzular müəyyənləşdirməkdədir.
"Türküstan" qəzetinin
baş redaktoru Aqil Camal "Xalq cəbhəsi"ni mənsub olduğu siyasi qüvvəyə üstünlük
qazandıran qəzet kimi dəyərləndirib.
O, nəşrin milli-ideloji
səpkidəki fəaliyyətindən
söz açaraq bildirib ki, 20 yaşını qeyd edən mətbuat orqanı eyni zamanda, məktəb funksiyasını daşıyır.
Onun şinelindən hazırda
ölkənin ictimai həyatının müxtəlif
sahələrində çalışan
peşəkarlar çıxıblar.
"Elçi" qəzetinin baş redaktoru Əli Həziquliyev bildirib ki, "Xalq cəbhəsi" cəmiyyətin qəzetinə
çevrilməyi bacaran
KİV-dir. Baş redaktor
ənənəvi medianın
sıradan çıxması
ilə bağlı tendensiyanın gücləndiyi
hazırkı şəraitdə
"Xalq cəbhəsi"nin məhz qəzet kimi də varlığını
davam etdirməsini arzulayıb.
Toplantıda çıxış edənlərdən "Novaya vremya" qəzetinin baş redaktoru Şakir Ağayev, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, "İki sahil" qəzetinin baş redaktor müavini İsmayıl Hacıyev, "Lent.az" saytının baş redaktoru Hafiz Heydərov, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, "Xalq cəbhəsi" Media Qrupuna daxil olan "Axctv.az" saytının baş redaktoru Niyaməddin Orduxanlı, "Xalq cəbhəsi" qəzetinin redaktoru Arzu Şirinova, şair-publisist Xanəmir və başqaları 20 ildir fasiləsiz fəaliyyətdə olan qəzetin Azərbaycanda müstəqillik dövrü media ənənələrinin formalaşmasındakı, ictimai münasibətlərin tənzimlənməsindəki, siyasi dialoq mühitinin inkişafındakı rolundan söz açıblar. Onlar eyni zamanda vurğulayıblar ki, "Xalq cəbhəsi" təməlində peşəkarlığın başlıca meyar kimi dayandığı, peşəsinə sadiq jurnalistlərin öz işlərinə sevgi ilə yanaşdıqları nəşrdir və bu cəhət onun populyarlığında ən vacib amildir.
Sonda çıxış
edən baş redaktor
E.Mirzəbəyli "Xalq cəbhəsi"
qəzetinə verilən dəyərdə onun
hər bir əməkdaşının
payının olduğunu bildirib.
O deyib ki, çətin
transformasiya dövründə nəşrin
bütün imkanlardan
istifadə edə bilir və bunun kökündə qəzetçilik ənənələrinə
sadiqlik dayanır. "Xalq
cəbhəsi" isə ilk növbədə
ənənələri qoruyan strukturdur. E.Mirzəbəyli
çıxışında həmçinin, toplantı
iştirakçılarına öz
adından və rəhbərlik etdiyi qəzetin
kollektivi adından təşəkkürünü
bildirib.
525-ci qəzet.- 2021.- 1 dekabr.- S.7.