Təhsildə inkişaf və yenilənmə üçün növbəti addım

V qrant müsabiqəsinin göstəricilərinə bir nəzər

 

2017-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən tam orta ümumi təhsil müəssisələri təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün "Təhsildə inkişaf innovasiyalar üzrə qrant müsabiqəsi" keçirir. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. 

Layihələr müasir tələblər baxımından təhsilalanların istedad qabiliyyətlərinin, potensial imkanlarının inkişafına, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, dəstəkləyici mühitin yaradılması, distant təhsildə effektivlik üçün əlçatanlıq, sağlamlıq, təhlükəsizlik, tolerantlıq kimi milli-mənəvi ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi ümumilikdə 5 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir.

Buraya istedad yaradıcılıq meyllərinə görə təhsilalanların kurikulumdan kənar bilik bacarıqlarının formalaşdırılması, pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması, təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması, fiziki psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi ümumbəşəri dəyərlərin təbliği, məktəb idarəetməsinin təkmilləşdirilməsi aiddir.

Təhsil Nazirliyindən bildirilib ki, bu il keçirilən "Təhsildə inkişaf innovasiyalar üzrə V qrant müsabiqəsi"nə "Ümumi təhsil müəssisələri kateqoriya"sı üzrə 230, "Fərdi kateqoriya" üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında "Ümumi təhsil kateqoriya"sı üzrə 47, "Fərdi kateqoriya üzrə" 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.

V Qrant müsabiqəsində "Ümumtəhsil" kateqoriyası üzrə qalib gəlmiş Bakı şəhəri Məktəb-Lisey Kompleksinin layihəsi "Ümumi təhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial psixoloji zorakılıqdan qısnamadan müdafiəsinin təmin edilməsi" probleminə həsr olunub. Məktəb-Lisey Kompleksin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini Aytən Sadıqovanın sözlərinə görə, şagirdlərin təhsilə başladığı təhsili davam etdirdiyi dövr psixoloji inkişafın əsas mərhələlərini əhatə edir. Bu dövrlərdə yaşadıqları hər hansı psixoloji narahatlıq, stress, zorakılıq irəlidə ciddi problemlərin yaranmasına səbəb olur. Ümumiyyətlə, bu yaş dövründə uşaqlara yönəlik fiziki, mənəvi, sosial, psixoloji zorakılıq qısnama bullinq termini ilə ifadə olunur. UNICEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari təkrar olaraq törədilmiş aqressiv davranışdır: "Təqdim olunan layihənin məqsədi, intiharların qarşısının alınması, uşaqların psixoloji maarifləndirilməsi, məktəb psixoloquna yönəlik öhdəliklərin müəyyən olunması, məktəbdə psixodiaqnostik, psixokorreksion psixoprofilaktik tədbirlərin görülməsindən ibarətdir. Psixoloji maarifləndirmə ilə bağlı şagirdlərin, müəllimlərin, məktəb rəhbərliyinin, məktəb psixoloqunun valideynlərin maarifləndirilməsi istiqamətində seminarların təşkil olunması, intiharların qarşısının alınması intihar törətməyə meyilli olan şagirdlərin tərbiyəsində məhz empatiya hissinin yaradılmasına nail olunması da layihənin əsas hədəfləridir. Bu səbəbdən empatiya bacarığının inkişaf etdirilməsi yolları, empatiya simpatiyanın fərqi empatiya haqqında məktəb psixoloqlarına praktik təlimlərin (workshop) keçirilməsi; məktəb mühitində qısnama zorakılığa məruz qalan bullinq törədən şagirdlərin müəyyən olunması, onlarla bağlı statistikaların hazırlanması dinamikasının   tədqiqinin aparılması nəzərdə tutulur".

Müəllim bildirib ki, bu hədəflərə nail olmaq məqsədilə məktəb heyətinin maarifləndirilməsi üçün praktik təlimlərin keçirilməsi, məktəb psixoloqlarında empatiya hissinin formalaşdırılması istiqamətində praktik dərslərin keçirilməsi, şagirdlərin psixoloji maarifləndirilməsi, valideynlərlə bullinqin olduğu, qarşısının alınması yolları ilə bağlı məlumat xarakterli iclas seminarların təşkili, psixodiaqnostik testlər vasitəsilə şagirdlərdə aqressiya, stresə meyillilik, antisosial davranışların təyin olunması, əldə olunan nəticələrə əsasən müvafiq klinik müsahibənin keçirilməsi sairdir.

Layihənin icrasından gözləntilər şagirdlərdə bullinq dinamikasının nəzarətdə saxlanılması, məktəb psixoloqlarının mütəmadi valideyn məktəb heyəti ilə əməkdaşlığının gücləndirilməsi, şagirdlərin bir-birilə empatik ünsiyyətinin effektiv dinləmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitində sağlam psixoloji iqlimin formalaşdırılmasına nail olmaqdır.

"Ümumi təhsil" kateqoriyasında qalib gəlmiş "Uğurun başlanğıcı - təməl bacarıqlar (soft skills)" layihəsinin mahiyyətində şagirdlərdə yumşaq bacarıqların stimullaşdırılması durur. Layihənin müəllifi Yardımlı rayonundakı S.N.Abiyev adına Köryədi kənd tam orta məktəbinin direktoru Mehrəli Mustafayev bu məsələnin günümüzdə çox vacib olduğunu deyir: "Hərtərəfli inkişaf etmiş bütün əsas bacarıqlara (soft skills) yiyələnmiş şəxsiyyəti  formalaşdırmaqdan ötrü  müəllimlər üçün müvafiq öyrədici təlimlər, treninqlər   seminarların həyata keçirilməsi Yardımlı rayonunda mövcud problemin həlli yollarından biri kimi gündəmə gətirilir. Müəllimlərin xüsusi öyrədici təlimlərə tədbirlərə cəlb olunması vacibdir. Layihənin  məqsədi Yardımlı rayonunda "Uğurun başlanğıcı - təməl bacarıqların (soft skills) formalaşdırılması" mövzusunda təlimi həyata keçirməklə bu rayonun məktəblərində təhsil alan şagirdlərdə sözügedən bacarıqları formalaşdıran müəllimlərin hazırlanmasıdır. Layihənin həyata keçirilməsi nəticəsində Yardımlı rayonunun məktəblərində təlimdə  iştirak etmiş müəllim məktəb rəhbərlərinin fəaliyyəti sayəsində şagirdlərin hərtərəfli şəxsiyyət kimi inkişafının təmin olunması təməl bacarıqlara (soft skills) yiyələnməsi sahəsində müasir tələblərə cavab verən müəllim bazası yaradılacaq. Layihə nəticəsində 100 nəfər müəllimin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə (soft skills baxımından) nail olunacaq, bu müəllimlər təlimdə əldə etdikləri yeni bilik bacarıqları tədris etdikləri siniflərdə uğurla tətbiq edəcəklər. İştirakçılar isə bu təlimi bu gün formalaşan yeni tendensiyalara texnalogiyalara peşəkar baxış; sürətli dəyişən dünya üçün şagirdlərdə təməl səriştələrin emosional intellektin formalaşdırılmasına xidmət edən bacarıqlar, səmərəli işləmək şagirdləri inkişafa cəlb etmək, müəllimlərin özlərinin daim dəyişən reallıqlara  uyğunlaşmaları sinifdə münasibətlərin inam, etibar, səmərəli ünsiyyət əsasında qurulması, şagirdlərin sürətli dəyişən gələcəyə istiqamətləndirilməsi, münaqişəli situasiyalar problemlərin  həllində yaradıcı yanaşmalar s. bilik bacarıqlarla tərk edəcəklər. Nəticədə 100 nəfər səriştəli müəllim daha neçə yüz müəllimin yeni bacarıqlara  yiyələnməsinə zəmin olacaq".

Müəllim qeyd edib ki, layihə çərçivəsində həyata keçirilən bütün fəaliyyətlər mütəmadi olaraq qiymətləndiriləcək. Layihəyə nəzarət Təhsil Nazirliyi  tərəfindən mütəmadi olaraq vaxtaşırı həyata keçiriləcək: "Layihənin uğurla həyata keçirilməsi, onun ideyası hərtərəfli düşünülmüşdür uğurla yerinə yetiriləcəyinə, təhsilimizə fayda verəcəyinə əminəm".

Balakən şəhər 1 nömrəli tam orta məktəbin kimya müəllimi Leyla Hacıyevanın V Qrant müsabiqəsində qalib olmuş "İnnovativ həvəskar kimyaçılar klubu" layihəsi şagirdlərin elmi biliklərə marağının daha da artırılmasına hədəflənib. L.Hacıyevanın dediyinə görə, son dövrlərdən başlayaraq ümumtəhsil məktəblərində kimyadan tədris proqramlarının və dərsliklərin dəyişdirilməsi, digər fənlərlə zəif əlaqədə olması və digər səbəblər kimyanın tədrisində müəyyən problemlər yaradır. Şagirdin gözündə kimyanın çətin bir fənn kimi görünməsinin səbəbləri müxtəlifdir. Kimyanın asan öyrənilən fənn hesab edilməməsi, ekoloji problemlərin səbəbkarı kimi görünməsi, eksperimental bir elm olan kimyanın şagirdin qarşısına qaydalar toplusu şəklində çıxarılması, praktiki məşğələlər, təcrübələrin imkanlar xaricində olması  kimi səbəblər şagirdlərin kimyanı qavraması və gələcəkdə elmə töhfə vermək imkanlarını azaldır. "İnnovativ və həvəskar kimyaçılar klubu" layihəsi Balakən rayonunda kimya fənninə marağı olan şagirdləri ortaya çıxarmaqla onların təcrübə, praktik məşğələ və intellektual oyunlars. metodlarla hazırlığını yüksəltməyi qarşısına məqsəd qoyub. Bu məqsədə çatmaq üçün layihə müddətində şagirdlərin klub ətrafında təşkilatlanmasını təmin etmək, müxtəlif təcrübə, praktik məşğələ və intellektual oyunlarla şagirdlər arasında kimyaya maraq yaratmaq, "Kimyaçı" intellektlərin mübarizəsi adlı intellektual oyununu təşkil etmək, tədqiqat layihələrində ortaq mövzulardan istifadə etməklə kimyanı biologiya, coğrafiya, fizika elmləri ilə əlaqəli (inteqrativ) şəkildə öyrənməni təmin etmək, həyata keçirilən fəaliyyətləri KİV-də dərc etməklə digər şagirdləri də bu fəaliyyətə qoşulmağa sövq etmək planlaşdırılır.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2021.- 3 dekabr.- S.11.