Məsafədən təhsildə
öyrənmə nəticələri: sorğu
və müsahibələr nə göstərir?
Təhsil
Nazirliyinin 2021-ci il üzrə ali və orta ixtisas
təhsil müəssisələrində
məsafədən təhsilin
təşkilinə dəstəyin
göstərilməsi ilə
bağlı həyata
keçirilən fəaliyyətləri
çərçivəsində Azərbaycan Respublikasının
Təhsil İnstitutu
(ARTİ) məsafədən təhsildə öyrənmə
nəticələrinin araşdırılması
üçün orta ixtisas və ali təhsil müəssisələrinin tələbələrinin,
professor-müəllim heyətinin,
inzibati heyətin və məsafədən təhsilin
təşkilindən birbaşa
məsul şəxslərin
iştirakı ilə
sorğu və müsahibələr aparıb.
ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri
Könül Abaslı
deyir ki, ilkin mərhələdə
cari vəziyyəti təhlil etmək üçün orta ixtisas təhsili və ali
təhsil müəssisələrinə
sorğular göndərilib.
Sorğular tələbələr, tədris işlərinə
məsul heyət və professor-müəllim
heyətini əhatə
edib. Keçirilən sorğularda 41366 nəfər tələbə,
465 nəfər tədris
işlərinə məsul
heyət və 3059 nəfər professor-müəllim
iştirak edib. Müvafiq araşdırmanın
davamı olaraq ikinci mərhələdə
isə pandemiya dövründə 21 ali və orta ixtisas müəssisəsinin
məsafədən təhsilin
təşkilindən və
tədris prosesinin təşkili və keyfiyyət təminatı
ilə bağlı fəaliyyətlərin icrasından
məsul olan əməkdaşları ilə
müsahibələrin təşkil
olunması və vəziyyətin təhlili
məqsəd olaraq qarşıya qoyulub. Onun sözlərinə görə,
sorğu və müsahibələrin həyata
keçirilmə məqsədləri
bənzər olduğu
üçün istifadə
olunan suallar bir-birini dəstəkləyici
xarakter daşıyıb.
İstər sorğu, istərsə
də müsahibə mərhələsindən əldə
edilən məlumatlar
təhlil olunduğu zaman eyni və
ya yaxın məzmunlu suallar qarşılaşdırılıb, respondentlərin cavabları,
rəy və təklifləri müqayisəli
təhlil edilib. Müsahibə və sorğunun respondentlərinin
fərqli qrupları təmsil edən şəxslər olması
müqayisəli təhlilin
vacibliyini artırıb:
"Sorğu və müsahibələrdən əldə
edilən nəticələrin
müqayisəsi zamanı
aydın olub ki, orta ixtisas
təhsili və ali təhsil
müəssisələrində məsafədən tədrisin
təşkili ilə bağlı bir sıra çətinliklər
yaşanıb. Belə ki,
həm sorğuların,
həm də müsahibələrin nəticələri
göstərmişdir ki,
internet bağlantısının kəsilməsi, İKT-dən
istifadə vərdişlərinin
zəif olması, texniki problemlər, tələbələrin özünütəhsil
motivasiyasının aşağı
olması məsafədən
təhsil zamanı qarşılaşılan əsas
çətinliklərdir. Məsafədən təhsilin təşkili
zamanı yaşanan çətinliklərə baxmayaraq,
onun tətbiqinin özünəməxsus üstünlüklərinin
də mövcudluğu
sorğu və müsahibələrin təhlili
nəticəsində ortaya
çıxıb. Təhlillər məsafədən təhsilin
tədris prosesinin bütün iştirakçılarına,
eyni zamanda, təhsil sisteminin özünə bir çox töhfələr
verdiyi ilə əlaqəli araşdırma
iştirakçılar arasında
ortaq düşüncələrin
olduğunu göstərib.
Belə ki, istər sorğuda, istərsə də müsahibələrdə iştirak
edən respondentlər
məsafədən təhsilin
inkişafı izləyən
və xüsusi hesabatlar yaratmağın mümkünlüyü, təlimdən
yararlanmağa kömək
edəcək funksiyalara
malik olması, innovativ tədris-öyrənmə
vasitə və materiallarının olması,
rahat və müstəqil təhsil şəraiti kimi üstünlüklərinin
olduğunu və məsafədən təhsilin
müəllimlərin İKT bacarıqlarının artması,
elektron resursların yaradılması, effektivliyin
təmin olunması, vaxt itkisinin qarşısının alınması
kimi töhfələr
verdiyini qeyd ediblər. Bu mənada təhsil prosesinin iştirakçılarının məsafədən təhsilin
tətbiqinin sadəcə
çətinliklərə səbəb olmadığının,
eyni zamanda, məsafədən təhsil
mexanizminin düzgün
qurulmasının təhsil
sisteminə əhəmiyyətli
fayda və töhfələr verdiyinin
fərqində olduqları
qeyd oluna bilər".
Şöbə müdiri bildirib
ki, istər sorğuların, istərsə
də müsahibələrin
təhlili bunu deməyə imkan verir ki, məsafədən
təhsil dövründə
keyfiyyətin artırılması
məqsədilə müəssisələrdə
təlimlərin təşkili,
video təlimatların hazırlanması,
əlavə dərs saatlarının təyin edilməsi, metodik vəsaitin hazırlanması
və fərdi köməkliyin göstərilməsi
kimi dəstək tədbirləri həyata keçirilib. Araşdırma çərçivəsində
təşkil olunan sorğularda iştirak edən inzibati və tədrisin təşkilindən məsul
şəxslər tələbələrin
ümumi nailiyyət səviyyəsinin yaxşılaşdığını
qeyd edib. Müsahibədə iştirak
edən respondentlər
də ümumi nəticələrdə bu
tendensiyanın müşahidə
olunduğunu bildirsələr
də, nəticələrin
tam reallığı əks
etdirmədiyini, tələbə
nailiyyətinin yüksəlməsində
kənar vasitələrdən
istifadə kimi faktorların təsirlərinin
də olduğunu vurğulayıblar: "Tələbə
nailiyyətləri ilə
əlaqəli professor-müəllim
heyətinin fikirlərində
isə digər qruplarla müqayisədə
fərqliliklərin olduğu
müşahidə olunub.
Belə ki, sorğularda iştirak edən professor-müəllim heyətinin demək olar ki, yarısı tələbə nailiyyətlərində
hər hansı bir dəyişikliyin olmadığını qeyd
ediblər. Professor-müəllim heyətinin müvafiq mövzu ilə bağlı fərqli düşüncələrinin
olmasının onların
tələbələrlə birbaşa işləməsi
və real vəziyyəti
rəqəmlər üzərindən
deyil, situasiyalar üzərindən qiymətləndirilməsi
ilə əlaqəli olduğu təxmin edilir. Əlavə olaraq, həm
sorğu, həm də müsahibə nəticələri təhlil
edildikdə təhsilalanların
təhsil müəssisələrinin
məsafədən təhsilin
təşkili fəaliyyətlərini
ümumilikdə yaxşı
olaraq dəyərləndirdiyi
müşahidə olunur. Müvafiq araşdırmanın həyata keçirilməsində
iki fərqli ölçmə aləti
tətbiq olunub. Ölçmə alətləri fərqli
olsa da, təhlillər göstərir
ki, məsafədən
təhsilin təşkili
ilə bağlı bir sıra mövzularda
əldə edilən nəticələr bir-birini
dəstəkləyir. Həm müsahibələr, həm
də sorğular nəticəsində əldə
olunan məlumatlar emal edildikdən sonra ortaya çıxan
nəticələrə uyğun
olaraq müvafiq təkliflər və tövsiyələr hazırlanıb".
Könül Abaslının dediyinə
görə, sorğuların
nəticələri əsasında
hazırlanan təkliflərdən
bəziləri -professor-müəllim
heyətinin və tələbələrin rəqəmsal
resurslara əlçatanlığının
təmin olunması məqsədilə universitetlərin
kitabxanalarının rəqəmsallaşdırılması,
onlayn dərslərin həyata keçirilməsinə
aid müvafiq təlimatların,
elmi-metodik vəsaitlərin
hazırlanıb professor-müəllim
heyətinin və tələbələrin istifadəsinə
verilməsi, rəqəmsallaşma
davamlı inkişaf edən bir proses
olduğu üçün
ali təhsil müəssisələrinin tədris
prosesinin rəqəmsallaşdırılması
ilə əlaqədar
hədəflərinin müəyyənləşdirilməsi,
bu hədəflərə
çatmaq üçün
ali təhsil müəssisələrində distant təhsil mərkəzinin yaradılması, həmin
mərkəzdə davamlı
olaraq professor-müəllim
heyətinin və tələbələrin şəbəkə,
rəqəmsal məzmun,
tədris və qiymətləndirmə barədə
bacarıqlarının artırılması
istiqamətində sistemli
işin aparılması
və sair təqdim olunub.
Araşdırmanın nəticələri əsas
alınaraq hazırlanmış
təklif və tövsiyələrdə müəyyən
fərqlər olsa da, bu təklif
və tövsiyələrdə
ölkədə məsafədən
təhsilin səmərəli
və keyfiyyətli təşkili üçün
normativ hüquqi bazanın yaradılması
məsələsində həmfikirlik
olduğu müşahidə
olunur. Belə ki, təhsil
müəssisələrini təmsil edən nümayəndələrlə həyata
keçirilmiş müsahibələrdə
məsafədən tədris
zamanı bir sıra məsələlərdə
necə bir yol izlənməsi ilə bağlı vahid qaydaların olmadığı və belə durumlarda təhsil müəssisələrinin
hər birinin fərqli mexanizmlər tətbiq etdikləri aydın olmuşdur. Təhsil müəssisələrinin
qərarvermə prosesini
asanlaşdırmaq və
ziddiyyətli durumların
ortaya çıxmasının
qarşısını almaq
üçün məsafədən
(distant) təhsilin hüquqi
bazasının hazırlanması
və hər bir mövzuda konkret qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun
hesab olunur: "Yekdilliklə qeyd olunan digər bir təklif isə elektron resurs bazaların yaradılması ilə bağlıdır. Belə
ki, texniki səbəbdən məsafədən
təşkil olunan dərslərə qoşula
bilməyən tələbələrin
tədris prosesindən
geri qalmaması üçün birbaşa
(canlı) dərslərin
arxivləşdirilmiş video komplektinin yaradılması,
müvafiq ixtisasların
tədris proqramları
üzrə dərslərin materiallarının
artıq paket halında istənilən zaman tələbələrin
istifadəsinə verilməsinə,
təhsil müəssisələrinin
müxtəlif fövqəltəbii
vəziyyətlərə hazır
və distant təhsil
bazarına daxil olmalarına şərait yaradacaqdır. Bu mənada
digər təhsil müəssisələrinin də
məsafədən təhsil
zamanı istifadə edilmiş elektron materiallarının, dərslərin
qeydə alınmış
video yazılarının və
s. hesabına elektron resurs bazası yaratmaları və prosesin qərarverici orqanlar tərəfindən
təbliğ və təşviq edilməsi məqsədəuyğun hesab
olunur".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 4 dekabr.- S.19.