Hacı Zeynalabdin
Tağıyev nümunəsi: Xeyriyyəçilik missiyası
Müstəqilliyimizi bərpa etdikdən sonra xeyriyyəçilikdən
danışarkən, bu
adı tez-tez xatırlayır, yada salırıq. UNESCO xeyriyyəçilik
fəaliyyətinə görə,
2022-ci ildə onun adını xeyirxah insanlar kimi əbədiləşdirib.
Anadan olmasının 200 illiyi ilə əlaqədar geniş miqyasda qeyd olunması gözlənilir.
1920-ci ilin Aprel çevrilişindən
sonra, 70 ilə yaxın bir müddətdə varlı
olduğuna, zəngin yaşadığına görə
qınanılan Hacı
Zeynalabdin Tağıyev
kim idi?
Torpağından neft çıxdığına görə
birdən-birə varlanmış
kasıb bir azərbaycanlı! O, bu sərvətə görə
nə kimlərisə
istismar etmiş, nə də dövlətın əmlakına
kəm baxmışdı.
Əksinə, əlinə düşən
bu sərvətdən
xalqına gün ağlamış, savadsız
həmvətənlərini maarifləndirib, müasir xalqlar sırasına çıxartmaq istəmişdi,
onlarla qəzet və jurnalların nəşrini maliyyələşdirmiş,
qızlar üçün
məktəblər, fabriklər
tikdirmişdi.
XX əsrin əvvəllərində
1905-ci ildə Mustafa Bəy
Əlibəyovun yazdığı
"Abşeron neft cəzirəsi" publisistik
əsərində oxuyuruq:
"Özgə tayfalardan
Bakuyə boş əllə gəlib neft işlərinə qarışmaqdan sahibi-milyon
olan çoxdur, lakin müsəlmanlardan və özü də bakılılardan neft işinə qarışıb öz zəhməti ilə dövlət sahibi olanlar ancaq Hacı
Zeynalabdin Tağıyev,
Şəmsi Əsədullayev,
Ağamusa Nağıyev
və Murtuza Muxtarov cənablarıdır.
Bu dörd nəfər
adları zikr olunan müsəlmanlar mötəbəratının rəhmətlik
ata-babalarından bir dövlət onlara irs qalmadığı halda bu cənablar
neft işlərinə
qarışıb cəmi
qeyri-millətlərin şərakətlərilə,
neftçiləri ilə
tüfəngsiz, qoçusuz,
gecə və gündüz elm və iqtisad və təmini-həyat dəvası
edib, nəhayət öz zəhmətlərinin
sayəsində milyonlar
sahibi olmuşlar. Və öz qazandıqları dövlətdən insaniyyət
və islamiyyət aləminə mümkün
qədərincə yardımlar
etmişlər". Zeynalabdin Tağıyev
və digər zənginlərimiz haqqında
bu sözlər 1905-ci
ildə yazılmışdı.
O, milyonlarını xalqdan gizlədib xarici banklarda saxlamırdı. Hətta, aprel çevrilişindən əvvəl
də zəmanənin
qarışıq olduğunu
görüb vətənini
tərk etmək fikrinə düşməmişdi,
101 yaşında doğma
torpağında - Mərdəkandakı
bağ evində dünyasını dəyişmişdi.
Ancaq onun ağlına belə gəlməzdi ki, neft sərvətindən
qazandığı halal
pulları səxavətlə,
ağılla xalqı
ilə bölüşən
bir insanın həyat yoldaşını
və övladlarını
yeni Sovet quruluşu zəlil edib, sözün həqiqi mənasında yollara salacaq.
Mən 1970-ci illərdə
bu mesenatın övladı Sara xanımı
işlədiyim "Elm və
həyat" jurnalının
redaksiyasında bir neçə dəfə görmüşdüm. O zaman redaksiyaya gələn müəlliflərdən nimdaş
geyimi, pərişan, ağarmış saçları,
əlindəki iri, qara portfeli ilə
seçilən bu yaşlı qadını redaksiyamızın yaşlı
əməkdaşları, xüsusilə
humanitar elmlər şöbəsinin müdiri
Zahid Zeynallı, həmişə hörmətlə,
ehtiramla qarşılayar,
bizlərə onu Hacı Zeynalabdin Tağıyevin qızı kimi təqdim edər və baş redaktorumuz Rza Şahvələdin otağına
aparardı.
Dünyagörmüş Rza Şahvələd isə yazı masasının arxasından
qalxıb onu qarşılayar, hörmətlə
kabinetdəki iri masanın ətrafındakı
stullardan birində əyləşdirərdi. Katibəyə Sara xanım üçün çay gətirməyi tapşırardı. Sara xanımsa bu mehriban münasibətdən
qəhərlənər, asta-asta
armudu stəkandakı
çaydan içəndən
sonra, köhnəlmiş
qara portfelindən müxtəlif sənədləri
masanın üstünə
sərgiləyib məlul-məlul
baş redaktorumuzun üzünə baxardı.
Rza Şahvələd bu sənədlərə diqqətlə
baxar, münasibətini
bildirərdi. Vəssəlam.
Axı onda 1960-cı illər,
Sara xanım isə məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin az
qala səfil həyatı keçirən
qızı idi. Atasının əsrin əvvəllərindəki
xeyriyyəçilik fəaliyyətini
sanki ətrafındakılar
tamam unutmuşdular.
Sara xanım həmin Zeynalabdin Tağıyevin qızı idi ki, hələ 1872-ci ildə Bakıda çörək qıtlığı
zamanı, Bakı çörəksiz qalanda
atası Zeynal Tağıyev Bakı qubernatoru M.R.Kolyubakinin yanına gedib Bakıda ucuz qiymətə kasıblara çörək satan dükanların açılmasını təklif
etmişdi. Qubernator da onun bu təklifini məmnuniyyətlə qəbul
etmişdi. Onun bu xeyriyyəçiliyi haqqında 1872-ci ildə Bakıda nəşr olunan "Bakinski listok" qəzetində oxuyuruq: "Qubernator M.R.Kolyubakinin yanına Bakı sakini, müsəlman Zeynal Tağıyev gəldi və təklif etdi ki, şəhərdə
ucuz qiymətə kasıblara çörək
satan dükanlar
açılsın, təklif
əlbəttə ki, qəbul edildi; təcili başqa şəhərlərə çörək
almaq üçün
adamlar göndərildi.
Bakının mərkəzində dükan tikildi... 4 ay - noyabr, dekabr, yanvar, fevral aylarına qədər ucuz çörək satışı davam etdi. Bədbəxtlikdən Bakı qubernatoru
xəstələnib öldü
və Tağıyevin
düşmənlərinin əlinə
girəvə düşdü,
onlar bu arzuolunmaz rəqiblərinə
quyu qazdılar. Halbuki Tağıyevin aldırdığı
çörək (ucuz
qiymətə satdırdığı
- Ü.H.) elə həmin
yerli istehsalçıların
anbarlarına yığılıb
satılırdı. Söyləyirdilər
ki, şəhərdəki
yüksək nüfuzlu,
sözükeçən müsəlman
olmayan birisi Tağıyevin düşmənlərinin
tərəfini saxlayıb,
hətta, bazarda hamının yanında ona qışqırıb ki, dayan,
bambılı, sənin
dükanını gör
necə dağıdacağıq.
Bir tərəfdən minlərlə
təhqir, xoşagəlməz
hadisələr, digər
tərəfdən cəmiyyətin
biganəliyi Tağıyevin
iradəsini sındırdı,
gücünü aldı
və o, göz yaşları ilə dükanını dağıtdı.
Bizmi onu başlatdığı
işi davam etdirib axıra çatdırmağa gücü
çatmadığına görə
ittiham etməliyik?
Ümumi
fəlakət zamanı
aclığın qarşısını
almaq üçün
biz nə etdik? Halbuki Zeynal Tağıyev heç yerdə təhsil almayıb, Bakıdan başqa bir yerdə olmayıb, üstəlik də, müsəlmandır".
Daha sonra oxuyuruq: "Bahalıq, aclıq, yanğınlar və digər fəlakətlər
zamanı demək olar ki, hər
yerdə xalqın, ölkənin bu ağır günlərində
dözülməz vəziyyətdən
öz mənfəətləri,
qazancları üçün
istifadə etməyi bacaran insanlar peyda olur, lakin
onlarla bərabər həmişə öz canları, qanları ilə xalqı bu fəlakətdən qurtarmağa, yaxud heç olmasa bu dərdi bacardıqları
qədər yüngülləşdirməyə
cəhd edənlər
olur. Qismən inkişaf edən
ölkələrdə onlarla
belə xeyirxah insanlar vardır, onların şərəfinə
bu ölkələrdə
abidələr ucaldılır,
şöhrətləndirərək müqəddəslər sırasına
daxil edirlər".
Bu sətirlərin yazıldığı vaxtdan 149 il keçir. Deməli, biz düz 149 ildən sonra, gec də olsa, böyük xeyriyyəçimiz Hacı Zeynalabdin Tağıyevin Bakıda abidəsini ucaldaraq, onun qiymətini verir və müasir milyonçularımızın ondan dərs götürmələrini, dağılmış torpaqlarımızın bərpasında yaxından iştirak etmələrini arzulayırıq. Elin gözü tərəzidir. Xeyriyyəçilik heç vaxt unudulmur.
1911-ci ildə Bakıda çıxan ilk qadın qəzeti
"İşıq"da Hacı Zeynalabdin
Tağıyevlə bağlı Mustafa bəy
Əlibəyovun iki yazısını
"525-ci qəzet"in oxucularına təqdim edirəm. Qeyd edim ki, zülmət
dünyasında doğrudan da parlaq bir
işıq şüasına bənzəyən qəzetin baş redaktoru, dövrünün fəal ictimaiyyətçi
ziyalısı, alitəhsilli həkim Xədicə Əlibəyovanın
da taleyi ürəkaçan
olmamış, həyat yoldaşı, hüquqşünas,
publisist, dramaturq
Mustafa bəy Əlibəyov 1937-ci ildə
Azərbaycan SSR-nin yeni
konstitusiyası layihəsinin müzakirəsi zamanı Azərbaycanın
maraqlarını müdafiə etdiyi üçün həbs edilib,
sürgünə göndərilmiş və sürgündə
dünyasını dəyişmişdir.
Ülkər HÜSEYNOVA
525-ci qəzet.- 2021.- 4 dekabr.- S.16.