Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində

 

Xalq şairi Ramiz RövşəninÖzün öz yolunsan...” (“You Are Your Own Way”) adlı şeirlər kitabıMütərcimnəşriyyat evi tərəfindən ingilis dilində çap edilib.

525.az xəbər verir ki, şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Tərcüməçi kitabaÖn söz yazıb. Kitabın üz qabığının rəssamı Tehranda yaşayan tanınmış fırça ustası Ərdəşir Rostami, layihə üzrə məsləhətçi Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlıdır.

44 seçilmiş şeirdən ibarət topluya xalq şairinin müxtəlif illərdə yazdığı məşhur şeirləri, o cümlədən, “Qara paltarlı qadın”(Woman In A Black Dress), “Vətən” (Homeland), “Hirs” (The Anger), “İlan balası”(The Young Snake), “Göy üzü daş saxlamaz”(The Sky Holds No Stone), “Şam”(Candle), “Əllərimin yuvası”(The Nest Of My Hands), “Son görüş”(The Last Meeting), “Azad Qadın heykəli” (Free Woman Monument), “Ölü dəniz” (The Dead Sea), “ var Allahdan yuxarı?” (What Is Above God?), “Ayrılıq” (Parting), “Biz şirin yuxudaydıq” (We Were In A Sweet Sleep), “Kölgə” (Shadow), s. şeirləri daxil edilib. Kitabda xalq şairi haqqında qısa avtobioqrafik məlumat da verilib.

Müasir Azərbaycan poeziyası ingilis dilindəseriyası ilə çap olunan növbəti kitabın nəşrində məqsəd türk dünyasının tanınmış nümayəndəsini, onun yaradıcılığından seçilən poetik nümunələri beynəlxalq aləmdə təşviq etməkdir, milli mədəni sərvətimizin bir parçası sayılan poetik düşüncə tərzimizi dünyanın bir nömrəli dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”, - deyə layihə rəhbəri K.Nəzirli bildirib.

KitabaÖn sözyazan K.Nəzirlinin sözlərinə görə, müasir ədəbiyyatımızın canlı klassiklərindən biri Ramiz Rövşən bənzərsiz şairdir. “O, milli poetik düşüncəmizin əbədi və canlı abidəsidir. “Ön söz”də də qeyd etdiyim kimi, biz dünya miqyaslı bu unikal istedad sahibini dünyaya tanıtmalıyıq, onun poetikakademik vergisinin sərhədləri sonsuzdur. Ramiz Rövşənin şeirləri ağrılarla dolu heyrətedici musiqidir, sevinc və kədər musiqisidir... Sözləri, obrazları, süjetləri, göz yaşları içində gülüşləri, bir sözlə, dünyanın içiçölü haqqında fəlsəfi düşüncələri bir-birini tamamlamaqla harmoniyaritm vəhdəti yaradır, təbii unikallıqdır. O, adi insan gözlərinin görə bilmədiyi dərinlikləri görməyi, duymağı və onları sərrast poetik sözlə mükəmməl ifadə etməyi bacaran şairdir. İnanıram ki, kitaba daxil etdiyim poetik nümunələr ingilisdilli oxucuların böyük marağına səbəb olacaq...”

 

525-ci qəzet.- 2021.- 4 dekabr.- S.13.