Asan yolla pul qazanmaq  

Son zamanlar tez-tez eşitdiyimiz ölkəmizdə geniş yayılan "İnfluencer" sözü yəqin ki, artıq heç kəsə yad deyil. Yaxın günlərdə ölkəmizdəki instaqram fenomenlərindən birinin bir saatlıq çəkiliş üçün 2000 manat aldığını öyrəndim. Yalnız getdiyi məkanda yemək yeyib, şəkil çəkdirib paylaşdığına görə bir müəllimin bir neçə aylıq maaşını bir saatda qazanması məndə güclü təəccüb hissi doğurdu. Görünür, aramızdan bəziləri kapitalizmin dişləri arasında əzilməkdənsə, onun dişlərindən birinə çevrilmək yolunu seçirlər.

Reallıq budur ki, influenserlik güclü əmək beyin gücü tələb etməyən, daha çox öz gündəlik həyatını insanlara nümayiş etdirməklə, daima insanları maraqda saxlamaqla böyük izləyici kütləsi toplayaraq davam etdirilən bir sahədir. Artıq reklam dünyasında bütün özəl dövlət sektorlarının marketinq siyasətinin ilk sıralarda dayanan influenserlərin əməyi danılmazdır. Onlar hər mövzuda başqalarına təsir edə bilir, beləcə, ehtiyac sahibi olan bir çox insanın da sosial, tibbi problemlərini aradan qaldırmaq üçün lazım olan yardımı bir neçə saata toplamağı bacarırlar.

Buna baxmayaraq, işin çətin yorucu tərəfləri var. Şəxsi həyatını sərgiləmək, daima baxımlı qalmaq, diqqət çəkməyə çalışmaq özü yetərincə əmək tələb edən bir işdir. Düzdür, biz bunu akademik fəaliyyətlər qədər dəyərli görməsək , nəticə etibarı ilə bu da bir sahədir ölkəmizdə təzəcə parlamağa başlayıb.

Bəs influenserlik nədir bu sahədə çalışan insanlar necə olur ki, bir neçə saata minlərlə manat qazana bilirlər?

Dövrümüzün ən populyar maraqlı peşələrindən biri olan influenserlik bir neçə ildir ki, ölkəmizdə mövcuddur. Bunu bir peşə sahəsi olaraq qəbul etməkdə çətinlik çəksək , sosial şəbəkələrdə gəzinərkən bir çox influenser ilə raslaşırıq. Elə sosial şəbəkələri rəngarəng edən məhz onların paylaşımları olur. Maraqlısı budur ki, universitet bitirmiş bəzi gənclər, başqa peşə sahibi olan insanlar da öz təhsil peşə yollarından ayrılaraq influenserlik yolunu seçirlər. Bu sahənin qısa vaxtda daha çox gəlir gətirməsi rəngarəng həyat tərzi yaşamağı tələb etməsi bir çoxlarının marağına səbəb olur.

"İnfluencer" sözünün hərfi mənası "təsir edən şəxs" deməkdir. Sosial mediada çoxlu izləyicisi olan, bu auditoriyaya təsir etməyi bacaran beləliklə , izləyicilərinin satınalma qərarlarını dəyişmək qabiliyyətinə malik olan şəxslər influenser adlanır. İnfluenserlər marketinq sahəsinin satış strategiyası qolunun bir parçasıdır. Onlar hər hansı bir məhsulu öz izləyici kütləsinə təqdim edir, bir növ məhsulların reklamı ilə məşğul olur bunun üçün markalardan pul alırlar.

Bəs necə olur ki, bir insan milyonlarla insana istədiyi məhsulu aldıra bilir?

Son on ildə sosial mediadan istifadə edən insanların sayı artıb. İnsanların televizora, radioya olan marağı demək olarki, öz yerini sosial şəbəkələrlə əvəz edir. Xüsusilə ən böyük alıcı qüvvəsi hesab olunan gənc orta nəslin nümayəndələri daha çox sosial şəbəkələrdə vaxt keçirirlər. Hələ 2019-cu ilin yanvar ayında aparılan "We Are Social" araşdırmasının nəticələrinə görə, dünyada 3,484 milyarddan çox insan sosial mediadan aktiv istifadə edir. Bu, dünya əhalisinin təxminən 45 faizi deməkdir.

Bununla yanaşı, ənənəvi media növləri olan televizor, radio, jurnallarda reklam vermək şirkətlər üçün daha baha başa gəlir bu məcralar İnternet qədər effektiv sayılmır. Məhz buna görə sosial media bütün markaların ən sevimli marketinq strategiyasına çevrilib. İnfluenserlər bu məqamda böyük rol oynayırlar. Çünki onları izləyən insanlara təsir etmək qabiliyyətinə malikdirlər. Bunun üçün onlar izləyiciləri ilə şəxsi məlumatlarını paylaşır, onlara ilham qaynağı olur, həyat tərzlərini insanlara əks etdirirlər. Beləcə, izləyicilər tərəfindən daima diqqət mərkəzində saxlanılan  influenserlər insanların bu marağını qazanca çevirə bilirlər. Brendlər məhsullarını reklam etmək üçün influenserlərə üstünlük verirlər. Çünki bu marketinq metodu sayəsində brendlər məhsullarını saniyələr ərzində milyonlarla insana tanıtmaq imkanı qazanırlar.

Reklam sektorunun ulduzları olan influenserlər sırasında adi insanlar yox, müəllimlər, müğənnilər, aktrisalar, jurnalistlər, həkimlər - demək olar ki, bütün peşə sahəsindən olan insanlar var. Kimin ki sosial şəbəkələrdəki aktivliyi yüksək, izləyici sayı çoxdur, o, həm öz peşəsini reklam edərək öz bazarını yarada bilir, həm sahib olduğu üzərində təsir gücü formalaşdırdığı izləyici kütləsi sayəsində başqa markaların məhsullarını reklam edərək qazanc əldə edir.

Amma daha çox heç bir işi, peşəsi olmayan gənclərin sosial şəbəkələrdə çəkdikləri videolar, paylaşdıqları şəkillər ilə məşhur olaraq illərlə təhsil alan, akademik karyera quran insanlardan daha böyük məbləğləri daha qısa vaxtda qazana bilməsi həqiqətən anormal haldır. Bunun səbəbi dövrümüzün dünyasında reklam sektorunun daha da azğınlaşması ola bilər. Digər tərəfdən, sosial şəbəkələrdən qazanılan pullar üzərində dövlət nəzarətinin, vergi sisteminin hələ tam şəkildə qurulmaması İnternet üzərində asan böyük məbləğləri heç bir maneəçilik olmadan əldə edə bilmək insanları bu platformalarla işləməyə daha çox şirnikləşdirir.

Bu insanların belə asanlıqla pul qazanması bir çoxlarımızı təəccübləndirsə , əslində, işin tək asan tərəfi hər gün tezdən oyanıb işə getmək məcburiyyətində qalmamaq, daima bir quruma təhkimli hiss etməməkdir. Qalan bütün şərtlər hər insanın edə bilməyəcəyi qədər qəlizdir. Məsələn, aramızdan neçə nəfər ailəsini, evinin içini, yataq otağını, uşaqlarını, kimi nə qədər çox sevdiyini hər gün paylaşmaq məcburiyyətində qalmaq istəyər? İnsanlar üzərində təsir gücü formalaşdırdıqları, hər yaş qrupuna aid böyük izləyici kütləsinə sahib olduqları üçün atdıqları ən kiçik addıma belə diqqət etməli olurlar. Bəzən onlar üçün normal olan hər hansı bir hərəkət bir qrup insanı qəzəbləndirə bilir. Beləcə, bir anda sosial şəbəkə üzərindən minlərlə insanın qınaq obyektinə çevrilirlər. Daima izləyici kütləsi ilə yaxşı keçinmək, onların həyatını, qərarlarını yönləndirməsinə qismən icazə vermək, sırf izləyicin olduğuna görə tanımadığın yüzlərlə insanın mesajlarına cavab vermək kimi bir xeyli məşəqqəti olan bu sahə əslində, güclü psixologiyadözümlülük tələb edir. Bütün bunların psixoloji yükünü daşımaq, bir çox təhqir və tənqidi rəyləri həzm etmək, qəbul etmək hər kişinin işi deyil.

 

Natəvan Abdulla

525-ci qəzet.- 2021.- 8 dekabr.- S.12.