"Şah Mat"ın təqdimatındakı "edam hökmü"  

 

 

Son illərdə Azərbaycanda xüsusən gənclərin incəsənətə, mədəniyyətə maraq sevgisini danmaq, fikrimcə, ən böyük haqsızlıqlardan biri olar. Bu yöndə təhsil alan gənclərimizin bir çoxu sənətə olan səmimi sevgiləri yaradıcı təfəkkürləri sayəsində müasir Avropa dünya incəsənətində gedən prosesləri izləyir, onları Azərbaycanla müqayisə edir, yeni, kreativ uğurlu layihələr ərsəyə gətirmək üçün çalışırlar. İnkar etmək olmaz ki, bunu bacardıqları da az olmur.

Xüsusən, teatr sahəsində bu cür yenilikçi gəncləri onun ortaya qoyduğu işləri görmək mümkündür. Oktyabr ayında dörd yaşını qeyd edən müstəqil Şah Mat Teatrı da həmin yaradıcı yenilikçi gənclərin zəhmətinin bəhrəsidir.

"Zirzəmi Teatrı" üslubunda olan Şah Matın kollektivi heç bir təşkilata, heç bir quruma tabe deyil teatr yaxın günlərə qədər tamaşalarını əsasən zirzəmilərdə, "pub house", "club"larda fərqli məkanlarda nümayiş etdirirdi. Bu günlərdə isə nəhayət özünün yeni belə görünür ki, daimi yerinə köçdü. Dekabrın 2-si həm Şah Mat Teatrının yeni səhnəsinin açılışı, həm burdakı ilk tamaşasının nümayişi idi. Əvvəldən fəaliyyətlərini izləsəm, kollektivindən bəzi fəncləri tanısam da, mənim teatrla ilk əyani tanışlığım elə həmin gün oldu.

Teatr yeni səhnəsini dünya ədəbiyyatının şedevrlərindən sayılan, müxtəlif zamanlarda fərqli teatrlar tərəfindən bir neçə dəfə səhnələşdirilən bir əsərlə açdı. Bu, Viktor Hüqonun "Ölüm məhbusunun son günü" romanının motivləri əsasında hazırlanmış "Edama məhkumun son günü" adlı monotamaşa idi.

Dünya şöhrətli fransız yazıçı V.Hüqonun 1829-cu ildə çox gənc yaşında real gördüyü edam səhnəsindən təsirlənərək qələmə aldığı roman qısa zamanda məşhurlaşmaqla bərabər, Fransada ölüm hökmünün ləğv olunmasına birbaşa təsir göstərən amillərdən biri kimi dəyərləndirilir. Dərin psixoloji qatlara malik əsərin səhnələşdirilməsi heç asan məsələ deyil. Burada xəstə qızına çörək oğurladığı üçün ən ağır cəzaya - ölüm hökmünə məhkum edilən gənc adamın şüurlu şəkildə ölümü gözləməsindən, ondan qurtulmağa çalışdığı hər anında ona daha çox yaxınlaşmasından, ədalətsizliyə qarşı sadəcə özünün dörd divarın eşitdiyi üsyanından, ölümə getdiyi yolda keçirdiyi daxili sarsıntılardan danışılır. Bu qədər ağır qeyri-adi situasiyaya səhnə həlli vermək, onu dar məkana sığdırıb tamaşaçını inandırmaq rejissor üçün əlavə enerji təcrübə istəyir, yəqin ki.

Fiziki ağrılardan daha çox mənəvi ağrıların, ruhi əzabın üstünlük təşkil etdiyi əsərin qəhrəmanını-ölümə məhkum edilmiş məhbusu canlandırmaq da asan məsələ deyil. Canlı bir insanın ölümün nəfəsi altında ona biçilən zamanı "yaşaması" aktyordan əlavə ustalıq eyni zamanda, psixoloji hazırlıq da tələb edir.

Düzünü desəm, kollektivi əsasən gənclərdən ibarət olan bir teatrın bu qədər ağır tamaşanın öhdəsindən necə gələcəyi mənimçün ayrıca maraq mövzusu idi. Qeyd edim ki, tanınmış şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan monotamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Aişə Həsənovadır. Ölüm hökmünə məhkum edilmiş gənc adamı istedadlı Anar Bulud canlandırırdı.

Rejissor əsərin səhnə həllində olduqca sadəliyə, minimalizmə meyl edib. Bu da tamaşanın psixoloji yükünü daha da artırırdı. Çünki səhnədə tamaşaçının fikrini qəhrəmandan yayındıran, demək olar ki, heç yox idi. Bu isə özlüyündə aktyor üçün əlavə yük məsuliyyət deməkdir. Xüsusi vurğulamaq lazımdır ki, gənc yaşına baxmayaraq, Anar Bulud bu rolun öhdəsindən məharətlə gəlməyi bacardı. Onun görünüşündən tutmuş, üz mimikasına, bəzən pərakəndə, bəzən oturuşmuş hərəkətlərinə qədər hər şey həyatla ölüm, peşmanlıqla günahsızlıq, ağılla dəlilik arasında qalmış insanın mənəvi əzablarını əks etdirirdi. Obraz öz diliylə başına gələn, gətirilən hadisələri danışmaqla bərabər, uğradığı haqsızlığa qarşı da üsyanını dilə gətirir. Biz görürük ki, onu ən çox sarsıdan öldürüləcəyi deyil, cəmiyyətin bu vəhşi, iyrənc, qeyri-humanist qanunlarıdır. Məhz buna görədir ki, obraz təkrar edir: "Fiziki ağrılar mənəvi ağrıların yanında heç nədir". Hətta obraz daxilində, qəlbinin ən dərinində bu cür yırtıcı cəmiyyətdən qurtulacağı üçün sevinir . Amma onun bu sevinci küllərin arasından alovlanmağa şərait tapmayan köz kimidir. Xatırladığı bir nüans isə bu közü bir dəfəlik söndürür. Bu, onun hər şeydən xəbərsiz, balaca qızıdır. O, qızının atasız, sahibsiz qalacağından daha çox, bu cür cəmiyyətdə böyüyəcəyinə təəssüflənir. Çünki bu ədalətsiz cəmiyyətdə onu qoruyacaq bir atası da olmayacaq. Axı atası heç özünü qoruya bilmədi...

Səhnə əsərinin uğuruyla bərabər, mənə görə, çatışmayan, ya da mənimçün kifayətsiz qalan bir nüansını da qeyd etməliyəm. Bu da tamaşanın davamlı tempiylə uyuşmayan sönük sonluğudur. Fikrimcə, əsərin sonluğunu ən azından 40-45 dəqiqəlik tempinə uyğun, daha yadda qalan vermək olardı.

Ümumilikdə isə Şah Mat Teatrının psixoloji dram janrında hazırladıqları tamaşa təkcə uğurlu səhnə işi kimi deyil, Azərbaycanın yaradıcı gənclərinin sənətə, əsərə həssas münasibətinin daha bir nümunəsi kimi xatirimdə qaldı. Tək elə bu səbəbə görə də Şah Matın bütün kollektivini təbrik etməyə dəyər!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 10 dekabr.- S.8.