"Nizami Gəncəvi almanaxı"nın ikinci cildi çapdan çıxıb

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən "Nizami Gəncəvi almanaxı"nın ikinci cildi nəşr edilib. "Nizami Gəncəvi almanaxı"nın ikinci cildi Ədəbiyyat İnstitutunun Elmi Şurasının 6 iyul 2021-ci il tarixli, 5 saylı qərarı ilə çap olunub.

525.az xəbər verir ki, almanaxın baş redaktoru Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. İkinci cildin redaksiya heyətinə akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı (elmi məsləhətçi), filologiya elmləri doktoru Əlizadə Əsgərli, dosent Aygün Bağırlı, dosent Zəhra Allahverdiyeva (məsul redaktor), Lalə Paşayeva (koordinator) daxildir.

İkinci cild Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsi haqqında Sərəncamının mətni ilə açılır. Sonra akademik İsa Həbibbəylinin "Böyük Azərbaycan şairi Nizami Gəncəvi: ömür sənət yolu" araşdırması yer alıb. Nəşrdə Ədəbiyyat İnstitutunun əməkdaşları ilə birgə ümumilikdə 20 tədqiqatçının mövzu ilə bağlı məqalələri cəmlənib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi nəşri olan bu almanax 254 səhifə ilə "Elm təhsil" nəşriyyatında işıq üzü görüb.

"Nizami Gəncəvi almanaxı"na daxil olan məqalələr 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında Sərəncamdan irəli gələn məqsəd vəzifələrə uyğun olaraq dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin həyat yaradıcılığına dair mühüm elmi problemlərin həllinə yönəlib. Azərbaycan dövlətinin apardığı müstəqil siyasət, torpaqlarımızın azad olunması düşmən üzərində çaldığımız şanlı tarixi Zəfər, eləcə "Nizami Gəncəvi ili" şairin irsinə yeni baxış, daha obyektiv elmi meyarlar tələb edir. Almanaxın bu sayında həmin tələblər nəzərə alınmaqla dahi şairin həyatı, mühiti yaradıcılığı ətrafında aparılan mühüm əhəmiyyət daşıyan araşdırmalar təqdim olunur.

Qeyd edək ki, Nizami Gəncəvi almanaxlarının nəşr ənənəsi 1940-cı ildən başlayıb. "Nizami Gəncəvi almanaxı"nın birinci cildi Ədəbiyyat İnstitutunun Elmi Şurasının 2 may 2019-cu il tarixli, 4 saylı qərarı ilə 2019-cu ildə çap olunub.

 

525-ci qəzet.- 2021.- 14 dekabr.- S.9.