Zəlimxan Yaqubun
yeni kitabı nəşr olunub
Xalq şairi
Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb.
525.az xəbər verir ki, “Türkün taleyi” adlı bu kitabda ölməz
söz ustadının
böyük Türk dünyasına dərin məhəbbətdən doğan
və təkcə Azərbaycanda deyil, onun hüdudlarından uzaqlarda da sevilə-sevilə
oxunan şeirləri və “Mövlana”, “Yunus Əmrə dastanı”, “Aşıq Veysəl dünyası”, “Turan sevgisi”, “İçimdə ağlayan
Krım”, “Çanaqqala
dastanı” və “Bir kövrək havadı sazımda Kərkük” poemaları yer alıb.
Avrasiya Beynəlxalq Araşdırmalar
İnstitutu İB, “Nəfəs”
İB və Regional Hüquqi
və İqtisadi Maarifləndirmə İB tərəfindən
reallaşdırılan layihənin
rəhbəri və ön sözün müəllifi Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri
Qənirə Paşayeva,
kitabın tərtibçisi
və redaktoru Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğlu,
məsləhətçilər “Beynəlxalq “Alaş” mükafatı laureatı Əkbər Qoşalı və “Nəfəs”
İB-nin sədri Firəngiz Balakişiyeva, buraxılışa məsul
isə Regional Hüququ
və İqtisadi Maarifləndirmə İB-nin
sədri Arzu Bağırovadır.
Xatırladaq ki, kitabın ilk təqdimatı noyabr ayının sonlarında Türkiyənin paytaxtı
Ankara şəhərindəki “Türk Ocaqları” Baş qərəragahında
keçirilib.
525-ci qəzet.- 2021.- 14 dekabr.- S.8.