"Həsrətin o üzü"nün birinci hissəsi
işıq üzü görüb
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk
xalqları ədəbiyyatı şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor Məmməd Əliyevin
"Həsrətin o üzü" romanının birinci hissəsi
işıq üzü görüb.
İnstitutun İctimaiyyətlə əlaqələr
şöbəsindən 525.az-a verilən məlumata görə,
müəllifin ilk irihəcmli bədii əsəri olan roman
"Anam Züleyxa xanımın əziz xatirəsinə həsr
edirəm" - epiqrafı ilə çap olunub.
"Həsrətin o üzündə qalan illər"
adlı ön sözün müəllifi filologiya elmləri
doktoru, professor Nizaməddin Şəmsizadədir. "Həsrətin
o üzü" romanının problematikası, janr
xüsusiyyətləri, bədii obrazlar və dili
haqqında" "Son söz əvəzi" isə
filologiya elmləri doktoru Salidə Şərifovaya məxsusdur.
Kitabın redaktoru Maya Həsənli, komputerdə
yığan Suqrət Məmmədova, dizayner Nigar
Tağıyevadır. 520 səhifəlik
kitab "Elm və təhsil" nəşriyyatında
çap olunub.
Əsərdə XX əsrin 50-60-cı illərində Azərbaycanda
gedən ictimai-siyasi proseslər kontekstində bir ailənin
düşdüyü böhranlı həyat tərzi
bütün reallıqları ilə əks olunub.
Romanın birinci
hissəsi "Xəyanətin üzü qara", "Altı "Günəş"in
arxasında", "Dağlar qoynunda, qoynunda", "Kiçik neft şəhərində",
"Bir yay gecəsi",
"Hər gecənin bir gündüzü",
"Ömrün şirin
illəri" və "İmtahan
sınaq olmadı" adlı səkkiz fəsildən ibarətdir.
525-ci qəzet.- 2021.- 11 dekabr.- S.13.