Hamımıza doğma
olan "Əsgər nəfəsi"
Vətəni həmişə sevmişik...
Vətəni hamımız
sevmişik... Ermənilər torpaqlarımıza tamahlananda,
Qarabağın dağlıq
hissəsini Azərbaycanımızın
tərkibindən qoparmaq
istəyəndə, elan
etmədən müharibəyə
başlayanda bu sevgi kükrədi, əsgərləşənlərin də, əsgərlərin
də silahına döndü. Bu müharibənin ilkinini xalq başladı. Ayrı-ayrı rayonlarda ərazi
özünümüdafiə taborları yaradıldı.
Bu taborlar ermənilərin
həmlələrinin, hücumlarının
qarşısını alırdı,
kəndləri, şəhərləri
qoruyurdu. O illərdə
Azərbaycan jurnalistikası
da, Səməd Vurğun demişkən, müsəlləh əsgər
idi. "Xalq
Ordusu" (indi fəaliyyətini "Azərbaycan
Ordusu" kimi davam etdirir), Müdafiə Na-zirliyinin
Kino-tele studiyasının
əməkdaşları da
digər mətbu orqanlarla bir sırada bu müharibənin xronikasını,
tarixini yazır, olmuşları tarixləşdirirdi.
Onların sırasında Rəşid
Faxralı da vardı.
Rəşidi Zəngilanda gördüm,
Zəngilanda tanıdım. Zəngilanda sevdim.
Seyidağanın, Etibarın kamerası,
Rəşidin qələmi
Zəngilanın döyüşlərinin,
döyüş tarixinin
cəfakeşi idi.
Bütün döyüş mövqelərində
əsgərlərlə kəlmələşmişdi,
əsgərlərin qələbə
ruhunun daha da artmasında gözəl fikirlərini,
gərəkli fikirlərini,
sonralar əksər zəngilanlının əzbərinə
düşən şeirlərini
səxavətlə səsləndirərdi.
Zəngilanın köçməsinə yönəldilən təxribatların
qarşısının alınmasında
onun yazdığı
mə-qalələr, ssenari
müəllifi olduğu
süjetlər, sənədli
filmlər əhəmiyyətli
oldu. Zəngilan mühasirədə olanda Rəşidlə Seyidağa da Zəngilana gəldi.
Neçə gün döyüşənlərin
sırasında gördük
onları. Sonda, işğaldan
sonra onlar da Arazı keçməli
oldular. Onda Rəşidin yazdığı
"Arazı mən də keçdim ürəyimdə dərd
yükü" məqaləsi
bütün zəngilanlılara
qardaş sözü oldu. Zəngilan işğaldan azad ediləndə bu məqaləni yüzlərlə
zəngilanlı yenidən
oxudu...
Rəşid Faxralı neçə illər döyüş bölgələrindən, səngərlərdən
reportajlar yazdı, ön xətdə publisistik düşüncələr
yazdı, səngərlərdə
şeirlər yazdı. Hamısı Vətən üçün,
Vətənə görə,
Vətəni sevənlərə
sevgi ilə yazıldı. O, Vətən
müharibəsindən əvvəl,
Vətən müharibəsində
və Vətən müharibəsindən sonra
yazdığı müxtəlif
janrlı yazıların
bir hissəsini kitab kimi birləşdirdi:
"Əsgər nəfəsi".
Yazıların özü qədər
doğma adlandırmadı.
Vətən müharibəsindən əvvəl yazılan məqalələrin bəzilərini
adlarına istinadən
deyə bilərəm
ki, Rəşid illərlə Azərbaycan
əsgərinin mənəvi-psixoloji
hazırlığının artırılmasının mətbu
əsgəri olub:
"Səngər müvəqqəti
dayanacaqdı, Böyük
qələbənin yolları
üstə", "Dövlət
sərhəd-lərimizin bu
üzündə səngər
olmayacaq", "Səngər
qələbə yolunun
başlanğıcıdı", "Səngərdən qələbəyə
gedən yol da Vətəndi",
"Səngərləri sərhədlərə
köçürəcəyik!", "Şuşaya aparan yollar görünür", ...Vətən müharibəsindən əvvəl
"Azərbaycan Ordusu"
qəzetində dərc
olunan, yəni Rəşidin zamanında dediyi mətbu fikirləri Azərbaycan əsgəri gerçəkləşdirdi.
Ali Baş Komandanın
döyüş əmri
ilə başlayan Vətən müharibəsi
gerçəkləşdirdi.
Rəşid Faxralı həmişə
ruhən döyüşənlərin
sırasında olub. Vətən müharibəsində
də onlarla nəfəs-nəfəsə günlər
yaşayıb. Döyüşçülərin
döyüş əzmini,
qələbə ruhunu
ruhuna köçürüb
və bu, neçə-neçə gözəl
reportaja, publisistik düşüncəyə, esseyə
dönüb: "Qələbənin
tarixini siz yazırsınız", "Döyüşünüz
işğaldan qurtuluş
döyüşüdü", "Döyüş andın qələbədi, Azərbaycan
əsgəri!", "Son döyüşün mübarək,
Azərbaycan əsgəri!",
"Hər qələbən
bir tarixdi, Azərbaycan əsgəri!",
"Qalibiyyət bayrağısan,
Azərbaycan əsgəri!"
Rəşid Faxralı Vətən
müharibəsindən əvvəl
əsgərlərə xitabən
yazırdı:
"Səngərin o üzünə
baxanda qaşlarınız
çatılır, yumruqlarınız
düyünlənir, əliniz
avtomatınızın qundağını
sıxır. İşğala
son qoymağa can atırsınız,
milli-xəlqi ruhumuzun harayı da, ürəyiniz də sizi sərhəd bütövlüyümüzü təmin edəcəyiniz günə çəkir.
Həmin gün indimizə də, yüz-yüz illərin,
min-min illərin o üzünə
də gözaydınlığı
olacaq...
Lələtəpədən əsən təntələk
yellər Cocuq Mərcanlıda ağacların
yarpaqlarına qonurdu. Bunu mən
də duyurdum, döyüş növbətçiliyindən
qayıdan əsgərlər
də. İndi yellər 25 ay əvvəl
əsdiyi kimi əsmir, ayrı şövqlə, ayrı istəklərlə, ayrı
sevgilərlə əsir.
Həmin
gün Şuşanın
dağlarını dumansız
görəcəyik... Həmin
gün İsa bulağının zümzüməsi
elə gözəl şirinləşəcək ki...
Həmin gün Cıdır düzünün
gülü-çiçəyi qalib əsgərlərimizin
ayaqla-rına səriləcək...
Həmin gün Xarıbülbülün duruşu
gözəlləşəcək..."
"Əsgər nəfəsi"
bu kəlmələrin
kitabıdı...
Rəşid Faxralı Vətən
müharibəsində yazırdı:
"...Mövqe qələbəsi
qazanmış döyüşçülərlə
söhbətləşirəm. Heç biri "Mən belə döyüşdüm", - demir,
hamısı "Biz belə
döyüşdük", - deyir. Bunu döyüşçülərimizin
mənəvi kamilliyi bilirəm. Mənəvi kamillik mənəvi-psixoloji
hazırlıq deməkdir
və bu hazırlıq şəxsi
heyətin döyüş
hazırlığını çox gözəl tamamlayır. Təntələk
əsən yelə heç kim
məhəl qoymur. Söhbətin səmimiliyi, səmi-miliyi
qədər də gərəkliyi, gərəkliyi
qədər də şirinliyi gözəl bir ovqat yaradır.
Bu ovqat qələbə
ovqatıdı, Böyük
Qələbənin ovqatıdı.
Bizə elə gəlir ki, bu ovqat
Cıdır düzünə,
Şuşaya çatdıracaq
qələbənin işığıdı,
aparacaq yola düşən işıqdı...";
"Qarabağ müharibəsində,
Ağdərə ətrafında
gedən döyüşlərdə
olmuş bir hadisəni xatırlatmışdım:
"Əks-hücum səngimişdi.
Kapitan Yusif Mirzəyev sövq-təbii sağ tərəfdə vuruşan
əsgərə baxmışdı.
Əsgər atışmırdı. Tələsik onu səsləmişdi.
Cavab gəlməmişdi. Yusifin
qəlbinə daman dammışdı: şəhid
olub...
Rəhimin sol əli sinəsinə uzalı qalmışdı. Barmaqları Azərbaycanımızın
üçrəngli bayrağına
örtük olmuşdu.
Yusifin gözləri dolmuşdu.
Dodaqlarını dişləriylə sıxmışdı. Rəhimin üstünə
döşənmişdi. İçin-için ağlamışdı. Başını qaldıranda başqa
əsgərləri də
ətrafında görmüşdü.
Hamısının yanağını göz yaşları yandırırdı. Hamısının əlində Azərbaycanımızın
bayrağı dalğalanırdı;
hamısı döyüşə
bayrağımızla qoşulubmuş,
hamısı bayrağımız
eşqinə vuruşur-muş,
hamısı bayrağımızı
şəhidlik kəfəni
bilirmiş. Vətən müharibəsində
də belə oldu. Bu və ya digər mövqe
azad ediləndə hər əsgər bir bayraq çıxartdı"...
"Əsgər nəfəsi"
belə gözəl (və gərəkli!) fikirlərin kitabıdır...
"Əsgər nəfəsi"
kitabı Vətən
müharibəsində qazanılan
Zəfərə çox
gözəl mətbu hədiyyədir. "Əsgər
nəfəsi" kitabında
Azərbaycan əsgərinin
qalibiyyət yolu, döyüş əzmi, qələbə ruhu poetik formatda da verilib. Belə ki, Rəşid 2005-ci ildə müharibəyə,
konkret olaraq Ermənistanın Azərbaycana
qarşı apardığı
işğalçılıq müharibəsinə poetik
münasibət bildirib,
"Müharibə" poeması
yazıb. Bu münasibət mahiyyəti
etibarilə çağırış
idi, döyüşə,
qələbəyə, torpaqlarımızın
işğaldan azad edilməsinə. Rəşid Faxralı
hələ 2016-cı ilin
Aprel döyüşlərində
qazanılan qələbələrdən
məqalələr də
yazmışdı, "Lələtəpə",
"Bayraqtəpə" kimi
gözəl poemalar da.
Vətən müharibəsi vətəndaş
olaraq hamımızın
müharibəsiydi. Vətən müharibəsi
həm də Rəşidin jurnalist kimi, şair kimi müharibəsiydi.
İllərlə əsgərlərin döyüş əzminin,
qələbə ruhunun
söz qardaşı olan Rəşid Faxralı Vətən müharibəsindən əvvəl
yazdığı şeirlərdə
əsgərlərin qələbə
ruhuna poetik biçim verirdi. Onun "Səngər yazı masası" rubrikasıyla
təqdim etdiyi şeirlər məqalələrində
yazdıqlarının mahiyyətinin
davamıdır. Vətən
müharibəsindən əvvəl
səngərdə gecənin
gecə vaxtı şuşalı əsgərin
oxuduğu "Şuşanın
dağları"nı könlünə,
düşüncələrinə, ömrünə köçürən
Rəşid döyüşlərə
qədər səngərdə
dan üzünü poetik salavatla qarşılayır.
Şuşa, Cıdır düzü,
İsa bulağı...
Hələ yol gözləyir qulağı səsdə.
Səngər müvəqqəti dayanacaqdı,
Böyük Qələbənin yolları
üstə!..
Nə gözəl
diləyiydi, Azərbaycan
əsgəri bizim diləyimizi gerçəkləşdirdi. Bu gerçəkləşmə Zəfər
oldu. Rəşid Faxralı Zəfəri
tariximizin bayrağı
bilir, bu Zəfəri milli ruhumuzun zəfəri bilir.
Füzuli işğaldan azad ediləndə yazdığı "Torpağım bəsdi mənə" (poema "Azərbaycan Ordusu" qəzetində 2020-ci il oktyabrın 22-də dərc edilib") poeması bir qaçqın ananın timsalında doğma yurd, ocaq, ev anlayışına, bu baxımdan Vətən anlayışına müqədds yanaşmanın təzahürüdür. Vətən müharibəsindən əvvəl əsgərlərin, Vətən müharibəsində döyüşçülərin ruh qardaşı olan Rəşid Faxralı işğaldan sonra evinə dönənlərin də ruh qardaşıdı, şair qardaşıdı. "Torpağım bəsdi mənə" poeması Vətən sev-gisinin poetik ifadəsidi, torpaqlarımızın işğaldan azad edilməsinin şükranlığına poetik təsəllidi, işğaldan azad edilmiş şəhərlərimizin, kəndlərimizin yenidən qurulacağına inamdı. Rəşidin kövrək təqdimatında qaçqın ana işğaldan qurtulmuş uçuq evini görüncə varından yox olur... Ananın 28 il aralı düşdüyü evinin uçuq divarıyla kəlmələşməsi ruhun yaşarılığıdı: illər keçsə də, ruh ananı doğma ocağının mehrindən uzaq düşməyə qoymayıb. Ana azərbaycanlı anadır. Qürurludur, doğma yurduna bağlıdır, deməli, Vətənsevərdir. "Evimiz bizim beşiyimizdi, torpaq evimizin". Nə gözəl düşüncədi. Bu düşüncəni Rəşid Faxralı qaçqın ananın ürəyinin döyüntüləriylə olduqca sərrast qoşalaşdırıb.
Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etdi. Quruculuq işləri başa çatanda Böyük Qayıdış ruhun şükranlığı olacaq...
Rəşid Faxralı Şuşa döyüşlərini təbiətin içində, təbiətlə qoşa təsvirə çəkir (Rəşidin özü demişkən, sözün bu döyüşlərin reallığını ifadə etməyə qadir olmadığını etiraf etsə də):
Döyüşdülər...Qayaları
çıxa-çıxa döyüşdülər...
Düşmənlərin sədlərini
yıxa-yıxa döyüşdülər...
Poema mənəvi dünyamızdan düşən poetik işıqdı. Bu işıqda Şuşa uğrunda gedən döyüşlərin mahiyyəti, Azərbaycan əsgərinin Vətən sevgisi olduqca duyğusallıqla, bənzərsizliklə təqdim edilib:
Yaralı döyüşçünün
döyüşdə son nəfəsdə
qanı ilə yazdığı
"Qarabağ bizimdi!" kəlmələrini
and bilib döyüşdülər...
Əməkdar jurnalist Rəşid
Faxralının "Əsgər nəfəsi" kitabı
Azərbaycan əsgərinə, Vətən müharibəsi
iştirakçılarına sayğının
kitabıdır. Vətən müharibəsi həmişə
ehtiramla anılacaq, deməli, "Əsgər
nəfəsi" kitabıda həmişə ehtiramla
oxunacaq...
Bayram
MƏMMƏDOV
Ehtiyatda
olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.20.