Qələmsiz yazılanlar
status-esselər
Gərəkdir, sözlər özü
səni qanadlarına
ala, cümlələr özü
səni götürüb
apara ki, başladığın kitabın
nə vaxt sona yetdiyindən xəbərin olmaya...
İndi
statusdan romanacan sınıq-salxaq, əcaib
dillə yazılmış
o qədər "məhsulla"
rastlaşırıq ki,
adam axıcı,
təmiz ana dilində olan əsərlərin xiffətini
çəkir. Rastına
çıxanda da sevincdən uçursan...
İlqar Əlfinin "Qızılbarmaq
Fatma" əsərinin
elə ilk səhifələrini
oxuyarkən bu hissləri yaşadım.
***
"Millinin məşqçisi
o adam olmalıdır
ki, komandası uduzanda ağlasın!"
(Aqil Abbas).
Hansı futbol eksperti bundan yaxşı və dəqiq deyə bilər?
***
Kitablar içində itib-batmaq...
***
Deyir, gileylənməkdən də
mənasız, havayı,
boş iş yoxdur.
***
Əksər qocalar eyni dərmanları içir...
***
Tərif özgüvəni artırır?
***
Tıxacın ayıbını karantin
örtürdü...
***
Gələcək barədə düşünəndə...
Yazmaq və oxumaq tam sıradan çıxacaq. Oxuyanlar azaldıqca yazmağın
da mənası qalmayacaq.
Danışmaq, göstərmək, baxmaq və dinləmək üstünlük qazanacaq.
***
Payızda küçə süpürən
qadının ağaclardan
gileyi: o yana
gedirsən tökülür,
bu yana gedirsən
tökülür...
***
Bahalı
ölkədə qəzet
satılmaz...
***
Laçının işğaldan azad olunmasının bir illiyində Muzey Mərkəzində istedadlı
rəssam Yusif Mirzənin "Can Laçın"
sərgisinin açılışında
iştirak etdik.
Şəhidlərimizi ehtiramla xatırladıq,
Qaragöldən, Ağoğlandan,
Laçının təbiətini
kətana köçürən
rəssamlarımızdan, Yusif
Mirzənin rəsmlərinin
mistik aurasından danışdıq. Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri Qənirə
xanım Paşayevayanın
ideyası və dəstəyi ilə reallaşan sərgi ziyarətçilərdə xoş
zəfər ovqatı
yaratdı.
Yusif Mirzəni
təbrik edir, Qənirə xanıma minnətdarlığımı bildirirəm.
***
Viruslara ad qoyan xüsusi qrup var, deyəsən. Cazibədar adlar
fikirləşirlər.
***
Göz qamaşdırırsınız!
Üzərlik yandırın!
***
Yalan yazdığı bəs deyil, hələ reklama da qoyur!..
***
"525-ci kanal"da Zakir
Muradın heykəltəraş
Şərif Şərifov
haqqında sənədli
filmini maraqla izlədim.
Şərif müəllimin əsərləri
Gəncənin qədimliyi,
tarixi, həm də bugünü haqda möhtəşəm
sənət nümunələridir. Hər fürsətdə
bu qocaman sənətkarı tanıtmaq
vəfa borcudur, gərəklidir.
Zakir Murada təşəkkürlər.
***
Od kimi, su kimi köhnə
olmaq...
Belə insanlar çoxdur. Öz vacibliyini,
aktuallığını hər
yaşda qoruyub saxlayanlar.
Hörmətli Cahangir müəllimi - Cahangir Məmmədlini çoxdan görmürdüm,
BDU-da BAMF-ın tədbirində görüşdük. Söz sözü çəkdi və müəllimimizə
Məmməd Arazın
misralarını xatırlatdım:
"Desələr şeirinin avazı köhnə,
Od kimi, su kimi
köhnəyəm, bala!.."
***
Avrasiya Yazarlar Birliyinin sədri Yakup Ömeroğlu və Aqil Abbasla
Şamaxıda Türk
Şəhidinin məzarı
önündə bütün
şəhidlərin xatirəsini
ehtiramla andıq.
***
Həkimlər çox vaxt bir-birinə zidd tövsiyələr verirlər. Bacardıqca
öz intuisiyanıza güvənin...
***
Hərə özünün mətbuat
katibidir...
***
Belə
gözəl bulvarın
ola, belə
gözəl hava ola, istirahət günü ola, heç kim də çıxıb gəzməyə...
***
AzTV-nin təqdir olunası layihələrindən biri
də "Belə
belə işlər"ə
efirdə yer ayırmasıdır. Düzdür, İnternet məkanında
bu layihənin izləyiciləri kifayət
qədərdir. Amma televiziyada
birnəfəsə, ardıcıl
bir neçə videoçarxı izləmək
fərqli, xüsusi zövq verir.
Lap təzəlikcə Bakının
Nizami küçəsi,
əfsanəvi futbolçu
Banişevski, taun əleyhinə vaksin kəşf edən və 1934-cü ildə Saratovda zəhərlənən
azərbaycanlı alim
Lətif Vəliyev, Həmidə xanım Cavanşir barədə süjetləri izlədim.
Bir neçə dəqiqə içərisində
bu qədər məlumat: soyuq faktların dərin təsir gücü də öz yerində.
"Belə belə
işlər" uğurlu
layihədir. Bu barədə
əvvəl də demişəm və təqdir etmişəm.
Dövrü hiss edərək
yazılı və audiovizual medianın sinteziylə qısa, dinamik, hədsiz informasiyalı, maarifçi
süjetlər hazırlamaq
yaxşı ideya idi və özünü
doğrultdu. İndi də yeni
media məkanında möhkəm
mövqe qazanıb.
İdeya müəllifinə
və yaradıcı heyətə bir daha təşəkkürlər!..
***
Heç
kim öz
sözünü demir...
***
Yazıçılar Birliyində "Tovuz döyüşləri" kitabının
təqdimatında general-mayor Polad Həşimovun anası Səmayə xanımla görüşdük,
fikirlərini dinlədik. Dəyanətin,
məğrurluğun, müdrikliyin
canlı heykəlidir Səmayə xanım!..
***
Bəzi nazirlər işdən çox tədbirlərdə
olurlar. Bu yaxşıdır,
ya pis?!
***
Trolda düşüncə
olmaz. Yaradıcı düşüncə, istedad isə heç olmaz.
***
"Qarabağ" Bakıda
"Bazel"lə qələbəyə
layiq oynamışdı. Oyun bitən
kimi əminliklə səfərdə komandamızın
qələbə qazanacağını
demişdim. İndi həmin
vaxt gəlib çatıb. "Qarabağ" ümidlərimizi
ən çox doğruldan komandadır.
İndi də elə olacağına inanıram.
Uğurlar, "Qarabağ"!
***
Hər
hakim Tofiq Bəhramov olmaz ki...
***
Hamı
pul arzulayır...
***
Milli Məclisin
İnsan hüquqları,
Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin
birgə iclasında
"Media haqqında" qanun
layihəsinin ictimai müzakirəsi keçirildi. Müzakirələrdə
çıxış edən
millət vəkillərinin,
KİV rəhbərlərinin və media ekspertlərinin çıxışlarında
qanun layihəsinə münasibət bildirildi. Çox demokratik, hərtərəfli
və geniş müzakirələr oldu.
Bu barədə gün
ərzində bir neçə KİV-ə müsahibə
verdim. AzTV-yə də danışdım.
İlhamiyyə Rza və Həmid Herisçinin verilişində də qanunun əsas məqamlarını müzakirə
etdik.
Müzakirələrdə ortaq fikir bu oldu ki, qanunun hazırlanmasına böyük əmək sərf olunub, digər ölkələrin qanun layihələri süzgəcdən keçirilib, aktual məqamlardan bəhrələnilib.
Əslində, bu qanunun qəbulunu zaman, informasiya texnologiyalarının sürətli inkişafı zəruri etmişdi.
İlin əvvəlində cənab Prezidentin sərəncamına əsasən, yeni qanun layihəsinin hazırlanmasına start verildi. Bu müddətdə MEDİA Agentliyi qanun layihəsinin hazırlanması istiqamətində gərgin iş görüb, nəticədə ortaya sanballı layihə qoyulub.
Audiovizual media, onlayn media barədə hissələr zamanın, dövrün tələbidir. Layihədə media sektorunda informasiya texnologiyalarından doğan
bütün yeniliklər
əhatə olunub.
Həmçinin, Media reyestrinin yaradılması
barədə bölüm
də xaotik vəziyyətdə olan
media sektorunda aydınlıq
yaratmaq, peşəkar
jurnalistlərin fəaliyyətini
stimullaşdırmaq baxımından
əhəmiyyətlidir.
Yəqin yaxın günlərdə
Milli Məclisdə qanun layihəsinin müzakirələri başlayacaq
və millət vəkilləri də öz dəyərli fikirlərini bildirib, layihəni dəstəkləyəcəklər.
***
Hər sözü yozmaq olar...
***
Bu gün İdman
Araşdırmalar Mərkəzinin
"İlin qalibləri-2021" layihəsi üzrə mükafatlandırma mərasiminə
qatıldım. "İlin
komandası" nominasiyasının
qalibi "Qarabağ"
komandası üçün
mükafatı klubun prezidenti Tahir Gözələ təqdim
etdim.
Tədbirdəki çıxışımda "Qarabağ"la bağlı
fikirlərimi söylədim. Həm də dedim ki,
Azərbaycan futbol tarixində "Qarabağ"
kimi səviyyəli komanda, Qurban Qurbanov kimi güclü
məşqçi olmayıb...
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2021.- 15 dekabr.- S.11.