"Mənə olan inamı və verilən dəstəyi doğruldacağam"  

 

Çində magistr təhsili alan Tural Əliyev: "Burada yaşamaq və oxumaq Azərbaycanımızın layiqincə tanıdılması üçün böyük fürsətdir"

 

 Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə ümumilikdə 200 azərbaycanlı dünyanın 6 müxtəlif ölkəsində 41 nüfuzlu ali təhsil müəssisəsində müxtəlif ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb. HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış tələbələrin 148-i Macarıstan, 21-i Çin Xalq Respublikası, 10-u Latviya, 15-i Türkiyə Respublikası (YTB xətti ilə doktorantura), 3-ü Rumıniya 3-ü Rusiya Federasiyası üzrədir. Ümumilikdə, 36 nəfər doktorantura, 143 nəfər magistratura, 21 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Tələbələrin qəbul aldığı universitetlər sırasında "Budapest University of Technology and Economics", "Corvinus University of Budapest", "Eötvös Lorand University", "MGIMO University", "Riga Technical University" "İstanbul Üniversitesi" üstünlük təşkil edir.

 

Sözügedən proqram çərçivəsində təhsil almaq hüququ qazanan gənclərdən biri Tural Əliyevdir. O, Çin Xalq Respublikasının "Sichuan University" ali təhsil müəssisəsində "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsili alır. Tural Əliyev 1994-cü ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Bakıdakı şəhid Arif Vəliyev adına 258 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbdə oxuduğu  dövrdə bir çox tədbirlərin layihələrin fəal iştirakçısı, müsabiqələrin qalibi olub. 2004-2009-cu illərdə Vaqif Mustafazadə adına 2 saylı incəsənət məktəbində "Rəssamlıq" ixtisası üzrə biliklərə yiyələnib. Eyni zamanda, bir çox yerli xarici sərgilərin iştirakçısı qalibi olub: "2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Amerikaşünaslıq" ixtisası üzrə bakalavr dərəcəsində təhsil almışam. Təhsil müddətində müxtəlif vaxtlarda ABŞ-ın Viskonsin-Medison Universitetində ixtisasım üzrə biliklərə yiyələnmişəm, universitetdən kənarda tarix, diplomatiya, hüquq sahəsində bir çox layihələrin, beynəlxalq tədbirlərin fəal iştirakçısı olmuşam, 2015-ci ilin dekabr ayında Bakı Dövlət Universitetində "İlin ən yaxşı tələbəsi" adına layiq görülmüşəm. 2017-ci ildə hərbi xidmətdən geri döndükdən sonra Çində təhsil almağa qərar verdim. Daha sonra Siçuan Əyaləti Hökumət Təqaüd proqramını qazanıb. 2017-2021-ci illərdə Siçuan Elm Mühəndislik Universitetində "Qida mühəndisliyi" ixtisası üzrə magistr təhsili almışam. Universitetdə oxuduğum müddətdə müxtəlif tədqiqat sahələrini əhatə edən məqalələrim dərc olunub. Son illərdə dünyada baş verən proseslərdən sonra qida mühəndisliyi sahəsi üzrə doktorantura oxumaq şansım olsa da, ikinci dəfə diplomatiya sahəsi üzrə magistr təhsili almağa qərar verdim. Bu dəfə Azərbaycan  Çin  arasında bağlanan "Hökumətlərarası Təqaüd Proqramları" çərçivəsində təqaüdü qazandım. 2021-ci ilin sentyabr ayında Çinə gəldiyim ilk gündən etibarən arzusunda olduğum Siçuan Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr təhsilinə başladım".

 

Tural Əliyevin sözlərinə görə, HTP çərçivəsində bu günədək 100-dən çox Azərbaycan vətəndaşı ÇXR- təhsil alır. Ümumilikdə isə ÇXR- 500 nəfərə qədər Azərbaycan vətəndaşı fərqli proqram təqaüdlər vasitəsilə təhsil alıb almaqdadır: "Şəxsi təcrübəmə gəlincə, az müddətdir  HTP çərçivəsində təhsil almağıma baxmayaraq, həyatımda çox müsbət dəyişikliklər baş verib. Həm Çinin ən çox sevdiyim bölgəsində, həm arzusunda olduğum universitetdə oxuduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Artıq bir neçə tədbirdə fəal iştirakçı qismində çıxış etmişəm. Bu təqaüd proqramı müqaviləsi Azərbaycan Çin Xalq Respublikası arasında bağlandığı üçün, öz üzərimdə daha böyük məsuliyyət hiss edirəm. Növbəti üç il ərzində vətənimizi layiqli təmsil etmək üçün əlimdən gələni edəcəyəm".

 

T.Əliyev bildirib ki, təhsil aldığı ixtisas son illərdə ölkəmizdə baş verən həqiqətləri bilavasitə ya dolayı yolla çinli müəllimlər tələbələr arasında müzakirə etməyinə yardım olub: "Qeyd etdiyim kimi, Siçuan Universitetində bir müddətdir ki, magistr təhsilinə başlamışam. İlk gəldiyim gündən azərbaycanlı olduğumu bilən hər kəs Qarabağ münaqişəsi haqqında məlumat almaq istəyirdi. Nəhayət, Siçuan Universitetində baş tutan görüş zamanı mənə Çin dilində  "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi"  mövzusunda çıxış verildi. Çıxışım 15-20 dəqiqə nəzərdə tutulmasına baxmayaraq, mövzu geniş suallar həddindən artıq çox olduğundan bir saatdan çox çəkdi. Bilirsiniz ki, dünyanın bəzi ölkələrində olduğu kimi, xüsusilə Çində müharibə ilə bağlı saxta xəbərlər yayılmışdı. Bütün sualları geniş şəkildə, faktlarla, qürurla cavablandırdım. Çıxışım çox xoşlarına  gəldi iki gün sonra başqa bir auditoriyada çıxış üçün dəvət aldım. Düşünürəm ki, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xaricdə yaşayan yaxud təhsil alan hər bir Azərbaycan vətəndaşının borcudur".

 

O deyir ki, daha reytinqli digər universitetlərdə təhsil almaq şansı olmasına baxmayaraq, Siçuan əyalətinə olan sevgisindən bu əyaləti tərk etməmək qərarına gəlib: "Çinin top-20 universitetləri arasında yer alan Siçuan Universiteti ölkənin cənub-qərbində olan Siçuan əyalətinin paytaxtı Çendu şəhərində yerləşir. Siçuan vilayəti ilə Azərbaycanın bir sıra qurumları arasında sıx əlaqələr var.  Belə ki, keçən il Çin Xalq Respublikası Siçuan Universitetinin yüksək ixtisaslı tibb mütəxəssislərini koronavirus infeksiyasının (COVİD-19) qarşısını almaq məqsədilə Azərbaycana göndərmişdir. xüsusilə vurğulamaq istərdim ki, Bakı Çendu şəhərləri "Qardaşlaşmış şəhərlər"dir. Hazırda beynəlxalq münasibətlər fakültəsinin Cənubi Asiya Tədqiqat İnstitutunda magistr təhsilinə başlamışam. Gələcəkdə diplomat olmaq üçün həm xarici, həm çinli tələbələrə bütün imkanlar yaradılır. Elmi rəhbərim digər professor, tələbə heyəti tərəfindən yüksək dəstək görürəm. Düşünürəm ki, burada yaşamaq təhsil almaq Azərbaycanımızın layiqincə tanıdılması üçün böyük fürsətdir".

 

T.Əliyevin dediyinə görə, müasir dövrdə beynəlxalq münasibətlər sisteminin olduqca mürəkkəb xarakterə malik olduğunu nəzərə alsaq, Şanlı Zəfərdən sonra Azərbaycanın beynəlxalq münasibətlərdə rolu ardıcıl olaraq artmaqdadır. Bu tarixi qələbə regionda sülh üçün yeni imkanlar yaradıb, Cənubi Qafqazın siyasi siması geosiyası mənzərəsi  əsaslı şəkildə dəyişib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır". Dünya ölkələrinin rəhbərləri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun genişlənən əməkdaşlığının göstəricisidir: "Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. Şərq xalqları arasında da Azərbaycan xalqı ən demokratik, hüquqsevər, humanist bir xalqdır. Qərb ölkələrinin bəzilərində Azərbaycan əleyhinə bəzi çıxışlar olsa da, artıq bütün dünyaya gücümüzü göstərmişik, zaman çoxdandır ki, Azərbaycanın xeyrinə işləyir. Azərbaycanın dünyaya göstərdiyi müharibə təcrübəsi isə hələ uzun müddətdə əsas mövzulardan biri olacaqdır".

 

O vurğulayıb ki, Çində HTP çərçivəsində aldığı təhsildən gözləntiləri böyükdür: "Ümid edirəm ki, mənə olan inamı verilən dəstəyi doğruldacaq gələcəkdə beynəlxalq münasibətlər sahəsində uğurlu fəaliyyət göstərəcəyəm. Ən böyük hədəfim təhsilimi başa vurduqdan sonra vətənə qayıdıb, öz sahəm üzrə bilik bacarıqlarımdan təhsil ya digər sahələrdə istifadə etməkdir.  Hələ ki, elmi tədqiqatlarıma fokuslanmışam. Son bir il ərzində beynəlxalq münasibətlər sahəsində 2 elmi məqaləm dərc olunub. Hazırda üzərində işlədiyim bir neçə layihə vardır. Məqsəd həm Azərbaycan haqqında beynəlxalq münasibətlər sahəsi üzrə Çin dilində bir neçə məqalə dərc etdirməkdir".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 15 dekabr.- S.7.