YeniMedia haqqında” qanun Azərbaycan mətbuatına nə verəcək? 

 

“Bu qanun medianın inkişafı üçün yeni imkanlar və yeni mərhələ hesab edilməlidir” 

 

 

Prezident İlham Əliyevin imzaladığıAzərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqındamüvafiq fərmanı media haqqında yeni qanunun qəbul edilməyi üçün zəmin yaradıb.  Prezidentin müvafiq fərmanından sonra yaradılan işçi qrupu Milli Məclisin üzvləri ilə birgə “Media haqqındaqanun layihəsi hazırlanıb. Layihəsinin ictimai müzakirəsi keçirilib. İclasda ölkənin bir sıra media qurumlarının aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri nümayəndələri iştirak edib.

 

 

Yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil 78 maddədən ibarətdir. Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan fəaliyyəti Azərbaycan ərazisinə əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bu qanun qəbul edildikdən sonra “KİV haqqında bu sahəni tənzimləyən digər qanunlar qüvvədən düşmüş hesab olunacaq.

 

 

“Media haqqındaqanun layihəsi ilə bağlı fikirlərini bölüşən millət vəkili Cavid Osmanov deyib ki, “Media haqqındaqanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar yeni mərhələ hesab edilməlidir: “Qəbul ediləcək qanun yeni imkanlar yaradacaq. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqındaqanun layihəsi öz demokratik məzmunu ilə diqqət cəlb edir. Qanunda internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Bundan əlavə, “vətəndaş jurnalistikasıadlandırılan peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu Qanunun təsir dairəsinə daxil deyil. Qanun layihəsinə əsasən Media Reyestri yaradılacaq ki, burada da məqsəd media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır”.

 

 

Millət vəkilinin sözlərinə görə, “Media haqqındaqanun layihəsində nəzərdə tutulan əsas yeniliklərdən biri vahid jurnalist vəsiqəsinin verilməsidir. Vahid jurnalist vəsiqəsinin verilməsi könüllülük prinsipi əsasında həyata keçiriləcək bu hal media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Eyni zamanda media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəst olacaqlar: “Media Reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı yayımı fəaliyyətini təsadüfi qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Beləliklə, güzəşt imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi əhatə dairəsi planlaşdırılacaqdır. Layihədə təsbit olunanjurnalistanlayışı xidməti müqavilə əsasında işləyən jurnalistləri əhatə edir müəllif hüquqlarının qorunmasına hüquqi təminat verir. Nəticədə isə media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdırılacaq istehsal edilən məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcəkdir. Ümumilikdə isə qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaq”.

 

 

İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, Prezident İlham Əliyevin imzaladığıAzərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqındaFərmana uyğun olaraq media sahəsində mühüm islahatlara başlanılıb. Bugünlərdə Milli Məclisin müvafiq komitələrinin birgə iclasında media rəhbərlərinin iştirakı ilə keçirilən “Media haqqındaqanun layihəsinin ictimai müzakirəsi bu sahədə köklü dəyişikliklərə zərurətin olduğunu təsdiqləyir: “Yeni qanun təkcə çap mətbuatı üçün deyil, elektron media resursları üçün böyük əhəmiyyət kəsb edir. Elektron media qurumları sahəsində mövcud boşluqların aradan qaldırılmasında bu qanunun qəbulu çox vacibdir. Eyni zamanda, jurnalistika sahəsinin daha da təkmilləşməsi hüquqi bazanın müasir tələblərəuyğunlaşdırılmasıçox əhəmiyyətlidir. Beynəlxalq birliyin fəal üzvü olan Azərbaycanda bütün sahələr kimi, media da artıq daha müasir, beynəlxalq standartlara uyğunlaşdırıldığı üçün bu sahədə mükəmməl qanunvericilik bazasının formalaşdırıması başlıca şərtdir. Bu baxımdan yeni qanun mükəmməl hüquqi sənəd kimi mühüm əhəmiyyətə malikdir. Yeni qanun insan hüquq azadlıqlarının əsasını təşkil edən söz mətbuat azadlığı sahəsində dövlətin həyata keçirdiyi uğurlu siyasətə uyğun olaraq yeni hədəfləri müəyyənləşdirməyə onlara çatmağa xidmət edəcək”.

 

 

V Rəhimzadənin dediyinə görə, “Media haqqındaqanunda əksini tapan bir çox müddəalar, Media Reyestrinə daxil olacaq jurnalistlərə vəsiqələrin verilməsi, onlar üçün bir sıra imtiyazların müəyyən edilməsi s. media sahəsindəki çatışmazlıqları, problemləri daha tez aradan qaldırmağa kömək edəcək. 9 fəsil 78 maddədən ibarət qanun media sahəsində fəaliyyət prinsiplərini, kütləvi informasiyanın əldə edilməsi, emalı yayılmasını, jurnalistin statusunu s. daha bir çox mühüm məqamları özündə ehtiva edir: “Ölkədə söz mətbuat azadlığının daha mükəmməl şəkildə təmin edilməsinə xidmət edəcək yeni qanun hesab edirəm ki, media subyektlərinin, o cümlədən audiovizual, çap, onlayn media informasiya agentliklərinin fəaliyyətinə yeni nəfəs gətirəcək. Yeni “Media haqqındaqanunun qəbulu ilə mətbuatımız inkişafında növbəti uğurlu mərhələyə qədəm qoyacaq”.

 

 

Mətbuat Şurasının üzvü, “Xalq Cəbhəsiqəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, bu günə qədər Azərbaycan mediası ana qanun olaraq KİV haqqında qanuna layihəsinə söykənib. Amma qanunun qəbul edildiyi müddətdən xeyli vaxt ötüb. Bu zaman kəsiyində faktiki olaraq mediaya münasibət media anlayışı dəyişib. Artıq yeni qanuna ehtiyac yaranıb: “Qanun layihəsi Azərbaycan mediasının bundan sonrakı fəaliyyətini hansı hüquqi çərçivələr daxilində davam etdirəcəyini aydın şəkildə izah edir. Bu aspektdən ilk növbədə bütün modern istiqamətləri, yeni çağırışları özündə cəmləşdirən bir qanun layihəsidir. Kifayət qədər yüksək peşəkarlıqla hazırlanıb. Həmçinin media subyektinə, media anlayışına tam detallarına kimi aydınlıq gətirilib”.

 

Millət vəkili Məlahət İbrahimqızı vurğulayıb ki, media islahatları və onun əsas tərkib hissəsi olanMedia haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir: Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Prezident tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunub. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verireyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Qanun jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək”.

 

 

M. İbrahimqızı qanun layihəsində Media Reyestrinin yaradılmasının nəzərdə tutulduğunu deyib: “Çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi yeni bir prosedur deyil və artıq bu istiqamətdə çoxillik təcrübə mövcuddur. Sadəcə hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulub. Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır. Media Reyestrinə daxil edilmək üçün tələb olunan məlumatlar mahiyyət etibarı ilə mətbu nəşrlərin uçotu zamanı tələb olunan məlumatlardır, sadəcə, müasir dövrün çağırışlarına uyğunlaşdırılıb”.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 15 dekabr.- S.5.