Muğamlar yaranan
gündən
44 günlük Vətən müharibəsində 8 Noyabr həm də igid döyüşçülərimizin Vətən eşqiylə çırpınan ürəklərinə, çağlar ruhlarına güc, qüdrət verən ecazkar milli muğamlarımızın özünüsübut, Zəfər günüdür…
Arzularımdır, boy atıb,
Dünənim bu günə çatıb;
Səsim dünyanı oyadıb
Muğamlar yaranan gündən.
Taleyimdən gələn zəngdir
Məskəni ruhdur, ürəkdir.
Uğur, qələbə deməkdir
Muğamlar yaranan gündən.
Rast əməlim "Rast”a dönüb,
Fələk mənlə dosta
dönüb;
Dağ Məhəmməd üstə
dönüb
Muğamlar yaranan gündən.
"Çahargah”ım dürüstlüyüm,
"Şur”um çağlar,
gur istəyim.
Hara çatıb gör istəyim
Muğamlar yaranan gündən?!.
"Zabul”um min sədlər aşıb,
"Həva”m qəlb naləmdi – daşıb…
Ruhum, eşqim "Qatar”laşıb,
Muğamlar yaranan gündən.
"Heyratı”mı heyrət doğub,
"Şikəstə”mi qeyrət
doğub;
"Şəms”imi od, həyat doğub
Muğamlar yaranan gündən.
"Rəhab” sehrli yazıdır,
"Şahnaz” bülbül avazıdır;
"Şüştər” ömrümün
yazıdır
Muğamlar yaranan gündən.
"Mənsuriyyə” dağ səslidir,
"Arazbarı” – bax,
əslidir.
Çoxrəngli, çox həvəslidir
Muğamlar yaranan gündən.
"Can, can!” – deyən "Şiraz”a bax,
Gülür Şuşam sabah-sabah.
Vəsfə layiqdir Qarabağ
Muğamlar yaranan gündən.
Qarabağ tərlanı
İkinci
Qarabağ müharibəsində
qəhrəmanlıq göstərərək
şəhidlik zirvəsinə
yüksələn şucaətləri
"Vətən uğrunda”,
"Cəsur döyüşçü”
və "Füzulinin
azad olunmasına görə” medallarına layiq görülən igid Qacarlı balası Orxan Rizvan oğlu Qasımovun qalib ruhuna
Görməsən də öz Füzuli yurdunu,
Xilas günü
önündəydin Ordunun.
Vulkan etdin ürəyinin odunu
Azad Qarabağın igid tərlanı!
Ata-ana arzusunu göyərdib,
"Görün necə
ucalacam” – deyərdin.
Ən uca zirvənin çiçəyin dərdin
Azad Qarabağın igid tərlanı!
Kömək üçün qanad
açar, sizinlə
Elməddinlə Sənan* uçar
sizinlə…
Fəxr
eyləyir əhli-Qacar
sizinlə
Azad Qarabağın igid tərlanı!
Davamçısı igin qazi atanın,
Gülləsini hədəfə düz
atanın
Vətən uğuruna uğur
qatanın
Azad Qarabağın igid tərlanı!
Sən ana Vətənin Orxanı oldun,
Adı ürəklərə axanı
oldun;
Dünyalara qalib baxanı oldun
Azad Qarabağın igid tərlanı!
Təzə saxlayır
…44 günlük Vətən müharibəsinin ən böyük möcüzələrindən
birini də elə doğma torpağımızın özü
göstərmişdi. Ömrünün 18-ci baharında Ağdərə
uğrunda döyüşdə
şəhid olan igid əsgər Fərid Məhərrəmovun
11 ay ağuşunda uyuduğu
məzarı zəruri
səbəbdən açılarkən
gördükləri qeyri-adi
mənzərə şahidi
olanları heyrətə
gətirmişdi.
Şəhidin anası danışır
ki, oğlunun məzarı açılarkən
oradakı torpaqdan yaz yağışı yağanda gələn təzə qoxu gəlirdi. "Ana, gör sənin oğlun, necə gələcək” – deyərək
sevdiyi al bayrağına
bürünüb gələn
çinar boyuna qurban olduğum elə bil yenicə
yuxuya getmişdi.
Əyilməzim, bizi əyilməz edənim bir ilə yaxın
cismani ayrılıq müddətində heç
dəyişməmişdi, əvvəlki
görkəmində qalmışdı…”
Torpağın bu böyük məhəbbət möcüzəsini
görən Ana həmin
gündən şəhid
oğlu üçün
axıtdığı göz
yaşlarını dayandırdığını
bildirir. Uğrunda canından keçən
ər oğullara torpağın ilahi sevgiləri ruhumu titrətdi.
Sahibiyik,
yoxdur bizdən yaxını,
Özü boyda şahidliklər
yığını…
Çətin anda hamı ona sığınır,
Etdiklərin vurmur üzə – saxlayır.
Dünyanın ən dürüst
aynası kimi,
Canlıların canlı ayəsi
kimi;
Bütün anaların anası
kimi
Üstlərində əsə-əsə saxlayır.
…Xilaskar nəşinə açaraq qucaq,
Saxlayıb necə var, hamıdan qoçaq.
Sevgidə hikmətə, böyüklüyə
bax –
Torpaqşəhidini təzə saxlayır.
Mahmud Qacar
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.22.