Türkiyə-Ermənistan münasibətlərinin
yeni mərhələsi
Sosial şəbəkədə yazılanlar
, Azərbaycan İnternet
Forumunun prezidenti:
- Türksat 5B telekommunikasiya
peyki kosmosa qaldırıldı.
Prezident
Ərdoğan erməni
lobbisinin müqavimətinə
tab gətirdiyi üçün
İlon Maska da təşəkkür edib. Türkiyə Türksat 5B-ni İlon
Maskın rəhbərlik
etdiyi SpaceX şirkətinin Falcon 9 raketi
vasitəsilə qaldırıb.
Məlum
olduğu kimi, cari ilin əvvəli
Türkiyə Falcon 9-un köməyilə
Türksat 5A peykini də geostasionar orbitə qaldırmışdı.
Baş verənlər böyük
hadisədir. Türksat 5B Türkiyənin
orbitdəki 5-ci peykidir.
Türkiyə Prezidenti Ərdoğan İlon Maska əməkdaşlıq və
erməni lobbisinin, Türkiyə əleyhinə
olanların təpkilərinə
tab gətirdiyi üçün
təşəkkür edib. Ötən
il, xatırlayıram
ki, erməni lobbisi Türkiyə ilə əməkdaşlıq
etdiyi üçün
İlon Maska qarşı aksiyalar təşkil etmişdi. Onlar Maskdan Türkiyənin
Türksat-5A peykinin orbitə
çıxarılması ilə
bağlı sifarişinin
ləğvini tələb
edirdilər. Bu səbəbdən o zaman Türksat 5A-nın orbitə
çıxarılması da
ləngimişdi.
Türksat 5A və Türksat
5B-nin kosmosa məhz SpaceX ilə qaldırılması məsələsi
3 il bundan
öncə Maskın Türkiyədə Prezident
Ərdoğanla görüşündə
qərara alınmışdı.
Görüşdə Türkiyənin Türksat-5A və 5B telekommunikasiya peyklərinin SpaceX vasitəsilə orbitə qaldırılması haqqında
müqavilə imzalanmışdı.
Türklər Maskla əlavə olaraq elektrik avtomobili, alternativ enerji və Tesla ilə əməkdaşlıq
haqqında da razılaşmalar imzalayıblar.
Bir
neçə gün öncə də Prezident Ərdoğanla Maskın videoformatda görüşləri baş
tutub. 5-ci nəsil
peyk olan Türksat-5A və 5B-nın 30 il "ömrü"
olacağı bildirilir.
***
Xaqani Səfəroğlu, jurnalist:
- Azərbaycanın qaytardığı
10 erməni əsirini
İrəvana Rusiya sülhməramlıları yox,
Avropa Birliyinin Bakıdakı nümayəndəsi
aparıb.
***
Fazil
Mustafa, millət vəkili:
- Son günlərdə iki televiziya verilişində müzakirə ortamında
etdiyim çıxışların
montajda qayçılanmasını
müşahidə etdim.
Çox
yersiz və bəsirətsiz hərəkət
olaraq qiymətləndirdim.
Çünki hər hansı
bir fikrin doğru izahı veriləndə maraqlı bənzətmələrdən istifadə
etməyə zərurət
yaranır. Sanki Bakıdan Qubaya getdiyin yolu təsvir
etdiyin bir durumda yolun Siyəzən
hissəsini kəsib çıxarmaqla səfərin
dolğunluğuna xələl
gətirmiş olurlar.
Burada vaxt amili də qayçılanma
üçün təsiredici
ola bilər,
ancaq hiss edirsən ki, proqram vaxtı
ilə bağlı məqama bənzəmir. Daha çox siyasi amillə bağlı belə bir addımın
atılması mümkündür.
Bu isə onu
göstərir ki, idarəetməni təcrübəsiz
adamlara vermək necə fəsad doğurursa, qayçını
da qabiliyyətsiz dərzinin əlində tutması o fəsadı doğuracaq. Əlinə qayçı
verilmiş adamların
siyasi yetkinliyi olmalıdır ki, fikrin məqsədəuyğunluğunu
dar çərçivədə
dəyərləndirib yersiz
qərar verməsin.
İllərin təcrübəsinə
dayanaraq efirdə onsuz da ölçülü-biçili və cilalanmış şəkildə
fikrini ifadə edirsən ki, televiziya və jurnalistlər üçün
hansısa neqativ problemlər yaranmasın. Söhbət ondan gedir ki, izləyən
tamaşaçı hər
halda düşünür
ki, bu adam niyə belə rabitəsiz danışır. Haqlıdırlar
da! Çünki cümlələr arasında rabitənin itdiyini özün hamıdan daha tez sezirsən. Fikrimcə, ən rahat danışa
bildiyim kanal REAL TV-dir.
Düşüncə sərbəstliyinə
daha çox imkan tanıyırlar.
Bu arada izlədiyim
verilişlər sırasında
Space TV-də gedən
"Addım" verilişini
çox bəyəndiyimi
də söyləyim.
Narkomaniyaya qarşı mübarizədə
çox uğurlu variant
seçmişlər və
ciddi təsiri olacağını düşünürəm.
Mən də o
fikirdəyəm ki,
media həyatını qanundan
daha çox insanların içindəki
senzuranın dərəcəsi
tənzimləyir.
***
Elçin Mirzəbəyli, yazıçı:
- Rusiya sülhməramlılarının
müvəqqəti müşahidə
missiyası altındakı
Azərbaycan ərazilərində
rus icmasının yaradılması, rəsmi
Moskvanın bu əraziyə təsir imkanlarını qorumaq baxımından effektiv deyil. Əvvəla, 1991-ci ildə ləğv edilmiş "Dağlıq
Qarabağ Muxtar Vilayəti"nin ərazisində 1989-cu ilin
statistik göstəricilərinə
görə, təxminən
indiki Rusiya sülhməramlılarının sayı qədər - 1922 nəfər etnik rus yaşayıb. Onların da böyük əksəriyyəti ermənilərin
yox, məhz azərbaycanlıların kompakt
yaşadığı ərazilərdə
məskunlaşıblar. Azərbaycan ərazilərinin işğalından
sonra, bu torpaqlarda barmaqla sayılacaq qədər etnik rus qalıb.
Çoxluq Rusiyanın müxtəlif
şəhərlərinə, müəyyən bir hissəsi isə Azərbaycanın müxtəlif
bölgələrinə, o cümlədən, paytaxt Bakıya köçüb.
Məlum
olduğu kimi, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır.
Ermənistanda yaşayan rusların
sayı isə rəsmi statistikaya görə, 12 min nəfərə
yaxındır. Real statistika isə tamamilə fərqlidir.
Məsələn, SSRİ-nin süqutunadək
Ermənistanda 30 molokan
kəndi olub. İndi isə onlardan yalnız 2-si qalıb.
Bu kəndlərin sakinlərinin sayı isə təxminən
150-200 nəfərdir.
Rusların Ermənistanı kütləvi
şəkildə tərk
etmələrinin və
bütövlükdə isə,
burada daha az məskunlaşmalarının
səbəbi, ermənilərin
digər xalqlarının
nümayəndələrinə qarşı aqressiv münasibəti və aşırı millətçiliklə
yanaşı, həm də dini tolerantlıqla
bağlı olan problemlərdir. Pravoslavlar və bu məzhəbin ayrı-ayrı
təriqətləri, Qriqoryan
ermənilərdən daha
çox müsəlman
azərbaycanlılarla birlikdə
yaşamağa üstünlük
verirlər. Bunun da əsas səbəbi Qriqoryan kilsələrinin dini ayinlərin icra olunduğu məbəddən daha çox, erməni millətçiliyinə xidmət
etməsi, ultramillətçi
ideyaların mərkəzi
rolunu oynamasıdır.
Bu amil, eləcə də azərbaycanlıların
tolerantlığı, həmçinin,
islamın mötədil
cərəyanları ilə
pravoslavlığın ayrı-ayrı
qolları arasında,
birbaşa olmasa da bir sıra
ortaq, yaxud yaxın baxışların
olması, rusların Azərbaycanda və azərbaycanlılarla özlərini
daha rahat, daha təhlükəsiz
hiss etmələrinə zəmin
yaradıb.
Rusiya sülhməramlılarının
müvəqqəti müşahidəsi
altında olan Azərbaycan ərazilərində
rus icmasının yaradılmasına gəldikdə
isə, burada bir neçə məqsədin olduğunu düşünürəm. Bunlardan birincisi,
həmin icmanın təmsilçilərindən azərbaycanlılarla
etnik ermənilər arasında dialoq mühitinin yaradılmasında,
yəni "xalq diplomatiyası"nda istifadə
olunması ehtimalıdır.
Digər
amil isə, qənaətimə görə,
Şuşadakı pravoslav
kilsəsinin Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının
himayəsinə qaytarılması
və ermənilər
tərəfindən dağıdılmış
digər rus pravoslav məbədinin - Xocavənd yaxınlığındakı
Müqəddəs Diriliş
Kilsəsinin bərpasından
sonra, burada dini xidmətlərin aparılması ilə bağlı ola bilər.
***
Dilqəm
Əhməd, jurnalist:
- Mən də bu dəfə İstanbula İğdır
yolu ilə getdim. Düzdür, İstanbula oradan
təyyarə ilə getdim, amma nə
qədər tələbə
və başqa azərbaycanlı gördüm
ki, avtobusla getdilər.
İğdır-Ankara avtobusu aşıb bu gecə, iki
azərbaycanlı həlak
olub.
Bakıdan Ankaraya normal təyyarə
ilə uça bilmirik, Türk Birliyinə necə uçacağıq?
Bu qədər baha
təyyarə qiyməti
olmaz.
***
Etibar Əliyev, millət vəkili:
- "Space" telekanalı xəbərlər proqramında
müəllimi aşağılayan
reportaj hazırlamışdı. Təsadüfən baxdım. Bu telekanal müəllimi şagirdinin
saç düzümünə
iradını bildirdiyinə
görə onun ayağına verdi.
Xeyli uzağa gedib, şagirdə irad tutan müəllimin psixoloji durumunun yoxlanılması məsələsini
qaldırdılar. Hörmətli
Müşfiq müəllim!
Müəllim sinifə daxil
olursa, sinfin sahibidir. Və o, şagirdə saçından
tutmuş, davranışına
qədər irad tuta bilər. Məktəblərimizdə nizam-intizam qorunmasa
anarxiyanın qarşısını
almaq mümkün olmaz. Bir savadsız və məktəbi bilməyən
telejurnalistlə ictimai
rəyi çaşdırmayın!
Müəllimi aşağılamayın.
Ümumiyyətlə, məktəbi
bilməyən savadsız
telejurnalistləri məktəbə
buraxmaq müəllimə
qarşı ən böyük hörmətsizlikdir.
P.S. Məktəb direktoru əslində məsələni
araşdırmamış müəllimə
töhmət verməməli
idi. Müəlliminə
hörmət etməyən
məktəb direktoru kollektivdə nüfuz sahibi ola
bilməz.
***
Asif Nərimanlı, jurnalist:
- Ankara və İrəvan münasibətlərin normallaşması üçün xüsusi nümayəndələrini təyin etdi: Türkiyəni ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç, Ermənistanı isə vitse-spiker Ruben Rubinyan təmsil edəcək;
Paşinyanın bu vəzifəni niyə Rubenə tapşırdığı maraqlıdır: bu şəxs vitse-spiker olmamışdan öncə qısa müddətli olsa da xarici işlər nazirinin müavini idi, lakin diplomatik məharətinə görə bu missiyanı ona həvalə etməyiblər;
Birincisi, Nikol Paşinyana yaxın şəxsdir və görünür, erməni Baş nazir Türkiyə ilə danışıqların detallarının dar çevrədən çıxmasını istəmir;
İkincisi, R.Rubinyan inqilaba qoşulmaq üçün Ermənistana gəlməmişdən öncə - 2017-2018-ci illərdə Türkiyədə fəaliyyət göstərib: Hrant Dink Fondunda işləyib və Sabançı Universitetində araşdırma aparıb, hətta müharibədən sonra vitse-spiker seçiləndə erməni müxalif mediası ona qarşı "türk agenti" ittihamları da irəli sürürdü; Türkiyədəki erməni icması ilə yaxın münasibətləri var və hazırda erməni icması Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir;
Nikolun bu missiyanı "türklərin dilindən anlayan" Rubenə həvalə etməsi həm də normallaşma müzakirələrindən daha qazanclı çıxmaq istəyindən irəli gəlir, çünki İrəvan heç bir şərt olmadan danışıqlar aparmaq istəyir, Ankara isə müzakirəni Bakının maraqları çərçivəsində quracağını deyir. Sərhədlərin açılmasını istəyən Ermənistan Ankaranın istəyi ilə böyük ölçüdə razılaşmaq məcburiyyətindədir.
***
Rüstəm Behrudi, şair:
- Bu gün türkün böyük fikir və düşüncə adamı Əli Yavuz Akpınarın doğum günüdür. Dəyərli qardaşım, doğum günün qutlu olsun!
525-ci qəzet.- 2021.- 21 dekabr.- S.6.