"Qobustan" Sənət
Toplusunun qış sayı işıq üzü görüb
525.az xəbər verir ki, "Qobustan" sənət toplusunun qış sayı çapdan çıxıb. Dərginin
baş məqaləsinin
müəllifi, Xalq yazıçısı Anar
Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr etdiyi «Nida işarəsindən
dəmir yumruğa» essesində Müzəffər
Ali Baş Komandanın
Azərbaycan xalqı qarşısında xidmətlərini,
böyük Qarabağ
zəfərinə aparan
ömür yolunu təhlil edib.
Həmçinin bu sayda sənətin
müxtəlif sahələrinə
aid araşdırma yazıları,
esse və məqalələr, müsahibələr
yer alıb.
- Görkəmli alim Vilayət Quliyev « Xəlil Musayev - Molla Nəsrəddinçi
rəssam» məqaləsində
ölkəmizdə az tanınan, amma sənət tariximizdə özünəməxsus
yer tutan karikaturçu rəssam Xəlil Musayevin film kimi həyat və yaradıcılıq
hekayəsini təqdim
edir.
- Akademik İsa Həbibbəyli «Kamançanın
insanlıq dərsləri»
məqaləsində Ağacəbrayıl
Abasəliyevin yaradıcılıq
yoluna, bu qədim alətin fəlsəfəsinə nəzər
salır...
- Avropada yaşayan yazıçı-esseist Vahid
Qazi «ABBA ilə Stokholmdan Ağdama» essesində məşhur qrupun unudulmaz mahnıları ilə öz yaddaşına səyahət edir.
- Xalq artisti, rejissor
Ramiz Həsənoğlunun
75 illik yubileyi dərgi səhifələrində
Pərvinin yazısı
ilə qeyd olunur...
- Pərviz Seyidli Anarın «Təhminənin
sirri» hekayəsindən
təsirlənib ədəbiyyatımızın
Qadın simvoluna aid düşüncələrini bölüşür.
- Gənc şair-esseist Ramil Əhməd şəhərlər rubrikasını
İstanbul yazısı
ilə davam etdirir.
- Ülvi Bahadır
musiqinin insan ovqatına, psixologiyasına,
düşüncə və
tərbiyəsinə təsirini
müxtəlif nəzəriyyələrin
əsasında incələyir.
- Teatrşünas Dağlar Yusif «Özünə qapanmış dünyanı
oxumaq:İşarə»
essesində postmodern teatrda
işarələr sistemini
anlatmağa çalışır...
- Narıngül Nadir dərginin
rəngli səhifələrində
Sənətin Məcnunu
– Səttar Bəhlulzadənin
ev muzeyinə
aid təəssüratlarını bölüşür.
- Dərginin rəngli səhifələrində başqa
bir istedadlı gənc rəssam Əsra Rəfibəylinin qeyri-adi əl işləri və müsahibəsi yer alıb.
- UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə
daxil edilmiş Lənkəranın sirrlərindən,
mədəni və tarixi keçmişindən
Xatirə Xatun danışır.
- Xalq artisti Həmidə Ömərova dərginin əməkdaşı Esmira
Nəzərli ilə söhbətində həyat
və yaradıcılıq
yolunu yada salır...
- Şair, bir vaxt «Qobustan»ın baş redaktoru olmuş Ələkbər
Salahzadə qış
sayında qızı
Aydanın məqaləsi
ilə hörmətlə
anılır...
- Aynur Hilali «İlkinliyin
dəyişməz çöhrəsi»
məqaləsində meydan
tamaşalarının tarixinə
nəzər salır...
- Zülfiyyə Qəniyevanın
"Qurama"sında kiçik,
amma maraqlı faktlar yer alıb.
BÜTÜN
BUNLARI "QOBUSTAN"IN QIŞ SAYINDA OXUMAĞA
TƏLƏSİN!
DƏRGİNİ AYB-NİN 4-CÜ
MƏRTƏBƏSİNDƏN, «QOBUSTAN»IN REDAKSİYASINDAN
ƏLDƏ EDƏ BİLƏRSİNİZ...
525-ci qəzet.- 2021.- 21 dekabr.- S.8.