"Sirlər dünyasına səyahət: Misir" təqdim edilib

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın "Sirlər dünyasına səyahət: MİSİR" kitabının təqdimat mərasimi keçirilib.

 

525.az "Azərtac"a istinadən xəbər verir ki, tədbir "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu", "Regional Hüquqi İqtisadi Maarifləndirmə", "Nəfəs" "Masallı Təhsil Fondu" ictimai birliklərinin təşkilatçılığı ilə "Azərkitab" Kitab Təbliğatı Mərkəzində təşkil olunub.

 

Təqdimat mərasiminin aparıcısı, Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Azərbaycan-Misir ədəbi-mədəni, tarixi əlaqələrindən Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü ərəfəsində olduğumuzdan söz açıb, ürək sözlərini bölüşüb. Qənirə Paşayevanın yeni kitabını iki qədim mədəniyyətə, qədim tarixə malik ölkənin ədəbi-mədəni əlaqələri baxımından əlamətdar hadisə adlandıran natiq, bu nəşri Misir haqqında müstəqil Azərbaycanda çıxmış ilk əsərlərdən biri kimi dəyərləndirib.

 

Kitabın müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva təqdimat mərasimində iştirak edən Misirin Azərbaycandakı səfiri Adel İbrahimi onun xanımı İnas Abdelhadi Eissanı, Azərbaycan parlamentinin üzvlərini, görkəmli ədəbiyyatşünasları, tarixçiləri, şairləri, yazıçıları, QHT, KİV rəhbərlərini, gəncləri salamlayıb.

 

O, Misir Ərəb Respublikasına səfərlərindən, orada beynəlxalq konqres, simpoziumlarda iştirakından, görüşlərdən ölkələrarası əlaqələrdən söz açıb: "Azərbaycanla Misir arasında rəsmi vətəndaş cəmiyyəti institutları xətti ilə baş tutan görüşlər, o cümlədən, ziyalılarımızın səmimi, etibarlı getdikcə güclənən əlaqələri, əməkdaşlığı sevindiricidir. Misirin ölkəmizdəki səfirinin timsalında, Misir ziyalılarına 44 günlük Vətən müharibəsində bizim haqq işimizə verdikləri mənəvi dəstək üçün təşəkkür edirəm. Biz Misir ziyalılarının Azərbaycana artan marağından məmnunuq. Mən Misir haqqında hələ uşaqlıqdan maraqlanır, oxuyur, öyrənirdim. Əmim, ərəb dünyasına dilinə vaqif olan professor Qəzənfər Paşayev sayəsində bu maraq getdikcə daha da artır, güclənirdi. Televiziya jurnalisti olduğum illərdə Misirlə bağlı rəsmi ictimai tədbirlərdə iştirak imkanım oldu nəhayət Milli Məclisin üzvü, özəlliklə Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü seçildikdən sonra müxtəlif tədbirlərdə iştirak etmək üçün bu dost ölkəyə bir neçə dəfə səfər etdim. Hər səfərimdə özüm üçün müşahidələr aparır, qeydlər edirdim. Nəhayət dostlarla birgə o müşahidə qeydləri toplayaraq kitablaşdırmaq qərarını gəldik. Bu kitab bir növ Misirin hekayəsidir, yaxud mənim gözümdən görünən Misiri anladır.

 

Hər kəsi bir daha salamlayır, dəvətimizi qəbul edib, təqdimat mərasiminə gəldiyiniz üçün təşəkkür edirəm. Kitabın redaktorları - tanınmış şairlər Elman Tovuz, Əkbər Qoşalı İbrahim İlyaslıya xüsusi təşəkkür edir, uğurlar diləyirəm".

 

Misirin Azərbaycandakı səfiri Adel İbrahim kitaba təqdimata görə Q.Paşayevaya, kitabın nəşrə hazırlanmasında tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib, iki ölkə arasında mədəni əlaqələrin artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O, Azərbaycan xalqını 44 günlük müharibədəki tarixi Zəfər münasibətilə bir daha təbrik edib.

 

Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Ceyhun Məmmədov, işçi qrupunun üzvü İlham Məmmədov, digər deputatlar Aydın Hüseynov, Bəhruz Məhərrəmov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AYB-nin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Regional Hüquqi İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova tədbirdə çıxış edib, ürək sözlərini bölüşüblər. "Vektor" Beynəlxalq Elmlər Akademiyasının prezidenti, şair-publisist, professor Elçin İsgəndərzadə azərbaycanlı rəssam, beynəlxalq müsabiqələr laureatı Nəsibə Mələyin İslam motivli əsərini Misirin Azərbaycandakı səfirinə təqdim edib.

 

Çıxışlarda Azərbaycan-Misir dostluğundan, Misirin dünya mədəniyyətinin beşiyi kimi tanınmasından bu mövzuların kitabda ətraflı şərh olunmasından söz açılıb. Çıxışçılar "Sirlər dünyasına səyahət: MİSİR" kitabını bələdçi elmi-publisistik janrlı əsər kimi xarakterizə ediblər.

 

Qeyd edək ki, kitab "CBS" mətbəəsində rəngli nəfis tərtibatla çap olunub. Kitabın məsləhətçisi Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri Tural Rzayevdir. Respublikamızda Misir haqqında çıxan azsaylı kitablardan sayılan "Sirlər dünyasına səyahət: MİSİR" misirşünaslar, regionşünaslar, kulturoloqlar, diplomatlar, ümumən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşr maraqlı süjet xəttinə malik olub, informasiyalarla zəngindir. Burada ölkənin tarixi, etnoqrafiyası, təbiəti s. haqqında dolğun təsəvvür yaradılır.

 

Kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına, Misir üzrə tədqiqat aparan alimlərə hədiyyə olunacaq.

 

525-ci qəzet.- 2021.- 21 dekabr.- S.9.