Belarusda Əyyub Quliyevin dirijorluğu ilə konsert olub

 

Dekabrın 17-də Belarus Böyük Teatrında XI Beynəlxalq Milad Opera Festivalı çərçivəsində dünya şöhrətli opera müğənnisi, ən gözəl metso soprano səsinə malik ifaçılardan biri, Mariinski Teatrın solisti Yekaterina Semençukun solo konserti keçirilib.

Mariinski Teatrın priması Yekaterina Semençuk dünyanın ən nüfuzlu səhnələrində - Milanın "La Skala", Londonun "Kovent Qarden", Parisin "Qrand Opera", Nyu-Yorkun "Metropoliten Opera", Madrid Kral teatrı, Moskvanın Bolşoy Teatrında, Zalsburq Edinburq kimi möhtəşəm festivallarda çıxış edərək böyük uğura imza atıb.

Minskdə keçirilən konsertdə Semençukun ifasında metso soprano repertuarının ən parlaq nümunələri proqramda yer alıb. Verdinin "Don Karlos" (Eboli), Sen-Sansın "Samson Dalila" (Dalila), Donisettinin "Favoritka" (Leonora), Maskanyinin "Kənd namusu" (Santutsa) dinləyicilər tərəfindən heyranlıqla qarşılanıb.

Konsertdə məşhur metso soprano ilə bərabər Mariinski teatrın solisti, istedadlı azərbaycanlı bas-bariton Məhərrəm Hüseynov da çıxış edib. Onun ifasında Mosartın "Don Juan", Vaqnerin "Tangeyzer" Offenbaxın "Qofman nağılları" operalarından mürəkkəb ariyalar böyük uğurla təqdim edilib.

Bütün konsert boyu Böyük Teatrın simfonik orkestrini idarə edən Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş dirijoru musiqi rəhbəri, Respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin çıxışı isə gecənin əlamətdar hadisələrindən birinə çevrilib. Tamaşaçıların ayaqüstə alqışlarını nəzərə alaraq konsertin iştirakçıları - Yekaterina Semençuk, Məhərrəm Hüseynov Əyyub Quliyev əlavə olaraq Bizenin "Karmen", Offenbaxın "Perikol", Mosartın "Don Juan" Verdinin "Don Karlos" operalardan ən seçilmiş nümunələri əlavə olaraq ifa ediblər. 3 saata yaxın keçən konsertin sonunda solistlər azərbaycanlı dirijora Belarus Böyük Teatrının Fəxri diplomları təqdim olunub.

Konserti Azərbaycanın Belarusdakı fövqəladə səlahiyyətli səfiri Ülvi Baxşəliyev, dünya şöhrətli xoreoqraf, Belarus Böyük Teatrının bədii rəhbəri Valentin Yelizaryev, ölkənin tanınmış ictimai mədəniyyət xadimləri izləyiblər. Təşkilatçılar konsertin azərbaycanlı dirijorun rəhbərliyi ilə baş tutmasından fəxr hissi keçirdiklərini bildiriblər.

"İnanılmaz hisslər idi. Sözlə Yekaterina Semençukun yaradıcılığının və istedadının bütün möhtəşəmliyini və miqyasını çatdırmaq çox çətindir. Möhtəşəm axşam üçün ona və gözəl bas-bariton Məhərrəm Hüseynova təşəkkür edirəm. Həmçinin Belarusun Böyük Teatrının simfonik orkestrinin musiqiçilərinə xüsusi təşəkkür edirəm", - deyə Əyyub Quliyev konsertdən sonra qeyd edib.

 

525-ci qəzet.- 2021.- 21 dekabr.- S.8.