Müasir uşaq ədəbiyyatı mövzusunda telekörpü

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Literaturnaə qostinaə: sovremennaə rossiyskaə literatura dlə detey i podrostkov" adlı telekörpü formatında tədbir keçirilib.

 

Kitabxanadan 525.az-a bildirilib ki, tədbir Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə baş tutub.

Tədbir zamanı Bakıda fəaliyyət göstərən 8 160 nömrəli məktəbin kollektivi - müəllim heyəti, şagirdlər, eləcə valideynlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, Rusiyadan olan uşaq yazıçılarını, həmçinin tədbirdə iştirak edən Səlim Babullaoğlunu uşaq yazıçısı Sevinc Nuruqızını qonaqlarla tanış edib. Professor Kərim Tahirov bu görüşlərin mütəmadi keçirilməsinin uşaqların mütaliəsində böyük rol oynadığını vurğulayıb. Daha sonra tədbiri davam etdirmək üçün sözü Daniil Romanova verib.

Daniil Romanov çıxışında məktəblilərin problemləri haqqında onlara sual verilməsini xahiş edib. Məktəblilərlə təklik problemi, valideyn-uşaq münasibətləri haqqında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən S.Babullaoğlu belə tədbirlərin məktəblilər üçün yararlı olmasını vurğulayıb.

Görüşdə yazıçılar, ədəbiyyat sahəsində Rusiya milli mükafat laureatları - Aleksey Oleynikov Nataliya Volkova ilə, eləcə Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri ilə müxtəlif formatlarda canlı dialoqlar aparılıb. Qonaqlar onlayn iştirakçılar (Bakıda, eləcə Moskvada) yazıçılarla ünsiyyət quraraq onlara maraqlı suallar veriblər.

Daha sonra söz qonaq yazıçı Aleksey Oleynikova Nataliya Volkovaya verilib. Onlar Bakıya ilk dəfə gəldiklərini şəhərə valeh olduqlarını vurğulayıblar. Çıxışları zamanı onlar insanın tənhalığı, ədəbiyyatda tənhalıq mövzusu, müasir dövrdə internetin sosial şəbəkələrin məktəblilərin həyatında oynadığı rolundan danışıblar.

Yazıçılar qeyd ediblər ki, bu tədbir onları daha yeni hekayələr yazmağa ruhlandırır.

Yekun olaraq xatirə şəkli çəkilib tədbirdə fəal olan şagirdlər gənclər M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının fəxri fərmanı ilə mükafatlandırılıblar.

 

525-ci qəzet.- 2021.- 21 dekabr.- S.8.