Ədəbiyyat İnstitutundaYunus Əmrə zirvəsi”  

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük türk şairi Yunus Əmrənin 780 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan bildirilib. Konfransı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq bildirib: “Biz Ədəbiyyat İnstitutu olaraq iyul ayının 12-də Ankarada Yunus Əmrə zirvə toplantısında təmsil olunmuşuq. İl ərzində Yunus Əmrə ilə bağlı tədbirlər keçirilib, tədqiqatlar aparılıb, məqalələr çap olunub. Özümüzə borc bilirik ki, Yunus Əmrə irsinin tədqiqinə öz töhfəmizi verək. Bunlardan birincisi Ədəbiyyat İnstitutunun çap etdiyiƏdəbiyyat tarixikitabında ilk dəfə olaraq Yunus Əmrə haqqında ayrıca oçerk verməyimiz, ikincisi isə Yunus ƏmrəninDivan”ını çap etməyimizdir. Yunus ƏmrəninDivan”ı Türkiyədə bir neçə dəfə çap olunub. Biz bu nəşri hazırlayarkən şairin 417 şeirini Əbdülbaqi Gölpınarlının, Mustafa Tatçının, Fatih Köksalın hazırladığı variantlara Vatikan nüsxəsinə əsasən çap etmişik. Ədəbiyyat İnstitutunun çap etdirdiyi kitab XIII əsr türk şairi Yunus Əmrənin Türkiyədə müxtəlif illərdə çap olunmuş divan nəşrlərindən istifadə edilməklə tərtib olunub”.

Akademik əlavə edib ki, Yunus Əmrə konfransını keçirmək, kitabını təqdim etmək bizim min illərdən gələn qardaşlığımızın, birliyimizin Yunus Əmrə işığında bəyan olunması deməkdir.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin din xidmətləri müşaviri Zəki Yavuz Yılmaz bildirib ki, 2021-ci ilYunus Əmrə türkcə ilielan edilib. Yunus Əmrə Anadolu irfanının qurucularındandır.

Bakı Yunus Əmrə İnstitutunun müdiri Səlcuq Karakılıç çıxışında vurğulayıb ki, 2021-ci il AzərbaycandaNizami Gəncəvi İli”, Türkiyədə isəYunus Əmrə türkcə ilielan olunub. Yunus ƏmrəDivan”ı Azərbaycanda nəşr edilib. Bunun bənzəri olaraq Nizami Gəncəvinin əsərlərindən biri Türkiyədə çap olunacaq.

TİKA-nın Bakı koordinatoru Fatih Yılmaz qeyd edib ki, böyük türk şairi Yunus Əmrə dahi Azərbaycan şairi Nizami Gəncəvi Azərbaycan-Türkiyə qardaşlığını ən gözəl şəkildə təmsil edən şəxsiyyətlər sırasındadır. Türkiyədə Azərbaycanda isə Nizami Gəncəvi Yunus Əmrə ilə bağlı təşkil olunan tədbirlər iki böyük şairimizi anlamaq onların zamanı aşan mesajlarını dünyaya anlatmaq baxımından önəmlidir.

Konfransda filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Yunus Əmrə şeirinin poetikası”, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova “Yunus Əmrə şeirlərində insanın özünüdərki”, türkiyəli professorlardan Orxan Kamal TavukçuYeni bəlgə və bilgilər işığında Yunus Əmrə”, Haşım ŞahinYunus Əmrə sözünün gücü”, filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyeva “Yunus Əmrə və folklor” mövzularında məruzə ilə çıxış ediblər.

 

525-ci qəzet.- 2021.- 22 dekabr.- S.13.