Əsrlərdən gələn səsin əks-sədası
Dünya ədəbiyyatının parlaq
nümayəndələrindən biri, Azərbaycanın mütəfəkkir şairi,
dahi Nizami Gəncəvinin 880 illik yubileyi ölkəmizdə,
onun hüdudlarından
kənarda geniş qeyd olunur. Əlamətdar
haldır ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı
ilə 2021-ci il "Nizami ili" elan edilib. Həmin Sərəncamla əlaqədar
respublikamızda mühüm
tədbirlər həyata
keçirilib. Yubiley münasibəti
ilə qüdrətli
söz ustasının
həyat və yaradıcılığına həsr
edilmiş müxtəlif
kitablar, elmi-publisistik materiallar, məqalələr
dərc olunub. Eldar Qarqarçayın (Əhmədov)
tərtibçisi və
müəllifi olduğu
"Əsrlərdən gələn
səs" toplusu da bu baxımdan
diqqət çəkir.
İxtisasca mühəndis olsa
da, söz sənətinə yaxından
bələd olan E.Qarqarçay sözügedən
topluda dahi Nizaminin zəngin yaradıcılığına işıq
tutmağa çalışıb,
onun əsərləri
barədə fikirlərini
bölüşüb. Burada şairin dövrü, həyatı, əsərlərinin
sənətkarlıq xüsusiyyətləri
haqqında ətraflı
söhbət açılıb,
özünəməxsus münasibət
sərgilənib.
Bayramoğlu Dizayn nəşriyyat
-poliqrafiya müəssisəsində
yenicə işıq üzü görmüş
217 səhifəlik "Əsrlərdən
gələn səs kitabı", müxtəlif bölmələrdən
ibarətdir. Topluda görkəmli söz
ustası haqqında müxtəlif mənbələrdən,
tədqiqat əsərlərindən,
qəzet və jurnal materiallarından istifadə olunub. Kitabda qeyd olunduğu
kimi, Nizami Gəncəvi misilsiz yaradıcılığı ilə
şöhrət tapan
bir şair olmaqla yanaşı, dünyəvi elmlərə,
şəriət məsələlərinə
dərindən, hərtərəfli
yiyələnən elm adamı,
filosof, mütəfəkkir
kimi də məşhurdur. XII əsrdə yaşamış
şairin dünya, cəmiyyət, ailə, təbiət hadisələri,
astronomiya, təbabət,
riyaziyyat və sair haqqında mükəmməl bilgiləri,
fikir və baxışları bu gün də heyrət doğurur. Həyatın elə bir sahəsi yoxdur ki, Nizami yaradıcılığında
ondan bəhs olunmasın. "Əsrlərdən
gələn səs"
kitabında Nizami yaradıcılığına məhz
bu prizmadan yanaşılıb, nisbətən
az araşdırılmış
məsələlərə toxunulub.
Nizami irsinin öyrənilməsi, araşdırılması
və təbliği baxımından gərgin zəhmətin bəhrəsi
olan bu toplunu
müəllif tərəfindən
təqdirəlayiq addım
kimi qiymətləndirmək
olar. İnanırıq ki, "Əsrlərdən
gələn səs"
kitabı oxucular tərəfindən maraqla
qarşılanacaq.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2021.- 22 dekabr.- S.13.