44 günlük Vətən Müharibəsi Türkiyə mediasında

 

Türkiyə dövləti 2020-ci ilin sentyabr ayında Azərbaycanda baş verən Vətən müharibəsinin başlandığı gündən son gününə qədər  bütün öz problemlərini bir kənara qoyub səhərlərini yalnız Azərbaycanla açdı. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə təkcə döyüşən orduya siyasi-mənəvi dayaq olmadı, həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, informasiya cəbhəsində fəal iştirak etdi.

Türkiyənin müxtəlif televiziya kanalları (TRT Haber, CNN Türkiye, Anadolu Agentliyi, SHOW Haber, BBC NEWS Türkce s. ), mətbuat orqanları (Hürriyet, Sabah, Milliyet, Cumhuriyyet, Türkiye, Halkın sesi, Meydan s.), sosial media Azərbaycanın ərazi bütövlüyü uğrunda ədalətli müharibəsinə müxtəlif aspektlərdən yanaşdılar. Bunlar arasında Ermənistanın əsassız ərazi iddiaları hərbi təzavüzü ilə başlayan münaqişənin tarixisiyasi aspektləri, Prezident İlham Əliyevdən II Qarabağ müharibəsilə bağlı müsahibələr almaq, dövlət başçısının 44 günlük Vətən müharibəsindən sonrakı fəaliyyətinin işıqlandırılması 44 günlük Vətən müharibəsi, ərazi bütövlüyünün bərpası, yeni yaranmış geosiyasi geoiqtisadi şəraitin işıqlandırılması əsas yerlərdən birini tutmuşdu. Türkiyənin məşhurHürriyyətqəzetində çap olunanDağlık Karabağ Haberleriməqaləsində Dağlıq Qarabağın Azərbaycanın sərhədləri daxilində bir bölgə olduğu, Sovet İttifaqı dövründə 1923-cü ildən 1989-cu ilə qədər Dağlıq Qarabağ Muxtar Vilayəti adlandığı, 1991-ci il oktyabrın 10-da Rusiya Federasiyasının dəstəyi ilə ermənilər tərəfindənmüstəqilliyini” "Dağlıq Qarabağ Respublikasının" elan edildiyini göstərilir. “Hürriyyətqəzeti yazırdı ki, “1990 - illərin əvvəllərində bölgədə etnik qarşıdurmalar başladı,  Ermənistan Qarabağı öz sərhədlərinə birləşdirmək istədiyini bildirdikdən sonra bu münaqişə Ermənistanla Azərbaycan arasında savaşa çevrildi. 10 dekabr 1991 -ci ildə azərbaycanlıların boykot etdiyi yalnız ermənilərin iştirak etdiyi referendumun nəticəsinə görə müstəqilliyə qərar verildi 6 yanvar 1992 -ci ildə müstəqillik rəsmən elan edildi. Lakin Ermənistan da daxil olmaqla heç bir ölkə ya beynəlxalq təşkilat Dağlıq Qarabağın müstəqilliyini tanımadı”.

BBC News Türkce-də  Dağlıq Qarabağ niyə bu qədər əhəmiyyətlidir, Azərbaycanla Ermənistan arasındakı münaqişə vaxt necə başladı?” adlı yazıda 4400 kvadrat kilometrlik bir sahəsi olan Dağlıq Qarabağın 1923-cü ildə Azərbaycan Respublikasının tərkibində muxtar vilayət statusu aldığından, “Moskvanın qərarının   Ermənistan  tərəfindən qəbul edilmədiyindən 1980-ci illərdə, Sovet İttifaqı dağılmağa başlayanda  Dağlıq Qarabağ probleminin ön plana çıxdığından, ermənilərin azərbaycanlıları etnik təmizləməyə məruz qoyduqlarından bəhs edilir”.

Gülsüm  İncekaya AA.com-da yayımladığıKarabağ zaferi 2020 Türk dış politikasının en büyük kazanımı olduyazısında Türkiyənin Azərbaycana qətiyyətli, ardıcıl həll yönümlü dəstəyi nəticəsində Qafqazdan Orta Asiyaya qədər uzanan bölgədə bir əsrlik arzusu olan Naxçıvan dəhlizinin açılması, yeni bir dövrün başlanğıcı olduğunu göstərib: ”Türkiyə 2020-ci ildə bütün dünyanı təsir edən yeni növ koronavirus (Covid-19) epidemiyası ilə mübarizə apararkən, digər tərəfdən Şərq Aralıq dənizi, Liviya, Suriya, İraq Qafqazda sıx xarici siyasət yürütdü. Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə baxmayaraq həll tapmadığı Dağlıq Qarabağda  Türkiyənin hərbi, siyasi diplomatik səyləri nəticə verdi. Ermənistanın sərhəd pozuntuları hücumları ilə başlayan Qarabağ müharibəsi 44 gün çəkdi. Qısa müddətdə Azərbaycanın qələbəsi ilə başa çatdı”.  Müəllif göstərir ki, Türkiyənin dəstəyi ilə 30 ildir işğal altında olan Azərbaycan torpaqları azad edildi.

Mehmet Çağatay Gülərin 2020-ci il sentyabrın 29-da SETA com-da  Dağlıq Qarabağ münaqişəsi: Azərbaycan-Ermənistan münasibətlərində fasilə?” yazısında  Dağlıq Qarabağ probleminin kökü, Tovuzda baş verənlərin mahiyyəti, son iki gündə davam edən münaqişənin  qiymətləndirilməsi, regional qlobal faktorların münaqişəyə münasibəti, Türkiyənin regional siyasəti kimi məsələlər işıqlandırılıb. Dağlıq Qarabağ probleminin kökünə toxunan müəllif göstərir ki, Dağlıq Qarabağ 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında imzalanan atəşkəs sazişindən sonra işğal olunmuş, zəngin mineral yataqlarına,  böyük kənd təsərrüfatı və meşə torpaqlarına malik bir bölgədir. “Dağlıq Qarabağın Naxçıvan bölgəsi, Türkiyə ilə Azərbaycan arasında avtomobil yolunun çəkilə biləcəyi strateji bir yerə malikdir. İndiki halda defakto  müstəqil dövlət olduğunu iddia etsə də, Ermənistan da daxil olmaqla  onun müstəqilliyini  tanıyan heç bir dövlət yoxdur”. Bir çox cəhətdən geosiyasi əhəmiyyətə malik olan Dağlıq Qarabağ probleminin  əslində Çar Rusiyası dövründə  məqsədyönlü  başlandığını,  1800-cü illərin əvvəllərində sürətləndiyini və Sovet İttifaqının son dövründə yüksək  zirvəsinə çatdığını göstərən müəllif yazır:”Bir əsr ərzində bölgədə yaşayan Azərbaycan türk əhalisi 80 faizdən 20 faizə düşdü və erməni əhalisi üstünlük təşkil etdi. 1980-ci illərin sonlarında bölgənin statusu problem yaratmağa başladı. Sovet dövründə Dağlıq Qarabağın “müstəqillik”əldə etməsindən sonra Azərbaycan Dağlıq Qarabağın muxtar statusunu ləğv etdi. Azərbaycan müstəqillik əldə etdikdə Ermənistan bu bölgəni işğal etdi”. Tovuzdaoldu?” sualına cavab verən müəllif  2020-ci il  iyulun 12-də Azərbaycan və Ermənistanın sərhəd bölgəsi  olan Tovuzun Ermənistanla sərhəd olan ərazilərdə  ciddi qarşıdurmalar baş verdiyini, Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki yaşayış məntəqələrinə raketartilleriya atəşi ilə təxribat xarakterli hücumlar edildiyini və Azərbaycan buna qarşılıq olaraq cavab verdiyini göstərir.

TRT Haberdə  “Türkiyə ilə Azərbaycanı birləşdirən dəhliz: Zəngəzur” adlı yazıda Azərbaycanın  44 günlük Vətən müharibəsi ilə torpaqlarını azad etdikdən sonra Rusiya Federasiyası, Azərbaycan və Ermənistan rəhbərlərinin yeni  kommunikasiya-nəqliyyat xətləri  sayəsində iqtisadi dirçəliş dövrünə qədəm qoyduğu, bu nəqliyyat xətlərindən ən əhəmiyyətlisinin Zəngəzur dəhlizinin olduğu diqqətə çatdırılır, II  Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatının  həyata keçirilməsi ilə bölgədə yeni  geoiqtisadi şəraitin yarandığı qeyd olunur. Bildirilir ki, “Bu prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə "Zəngəzur dəhlizi" adlandırdığı nəqliyyat xətti ön plana çıxdı. Zəngəzur bir zamanlar müsəlman türklərin yaşadığı tarixi bir Azərbaycan ərazisi olsa da, 1920 -ci illərdə Sovet İttifaqı tərəfindən Ermənistana birləşdirilmiş və bu gün də Ermənistan sərhədləri daxilindədir. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan Naxçıvanla quru əlaqəsini itirmişdi. Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında birbaşa quru əlaqəsinin olmaması Bakı rəhbərliyi üçün həmişə çətinliklər yaradıb”.

Vətən müharibəsi günlərində Türkiyənin Azərbaycanda fəaliyyət göstərmiş kütləvi informasiya vasitələrinin - TRT, ATV, CNN Türk, A-Haber, Haber Qlobal telekanallarının, “Hürriyyət”, “Sabah” qəzetlərinin əməkdaşları da hərbi əməliyyatların getdiyi ön mövqelərdə oldular. Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə bölgəsindən 100-150 km uzaqda olan yaşayış məntəqələrinə raket hücumları təşkil etmək xəbərini bütün dünyaya çatdırmışlar. Təbii ki, onların fəaliyyəti, o cümlədən CNN Türk telekanalının əməkdaşı Fulya Öztürk müharibə həqiqətlərini peşəkarcasına işıqlandırılmasındakı xidmətləri diplomlarla qiymətləndirilmişdi”. 

44 günlük Vətən müharibəsındə rəşadətli Türkiyəli jurnalistlərinə Azərbaycan xalqı adından öz minnətdarlığını bildirən Prezident, Müzəffər Ali Baş Komandan demişdir:“CNN Türk”ə də xüsusilə təşəkkür etmək istəyirəm. Çünki İkinci Qarabağ savaşında sizin müxbirləriniz ən qaynar nöqtələrdə idilər, atəş altında böyük fədakarlıqla, böyük sevgi və məhəbbətlə canlı reportajlar verirdilər. Deyə bilərəm ki, İkinci Qarabağ savaşında biz Türkiyə mətbuat nümayəndələrini özümüz üçün yenidən kəşf etdik.”

 

 

Tamara RÜSTƏMOVA

AMEA  A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Respublikasının tarixi şöbəsi”nin kiçik elmi işçisi

 

525-ci qəzet.- 2021.- 23 dekabr.- S.8.