Zəfər yollarında  

 

 

 

 

Uzun illər Azərbaycan təhsilinə uğurla başçılıq ( xidmət!) etmiş professor Misir Mərdanovun bu günlərdə "Təhsil" nəşriyyatında çapdan çıxmış "Zəfərə aparan yol" kitabı Azərbaycan Prezidenti İlham Əliyevin son dərəcə zəngin tərcümeyi-halına təcrübəli bir təhsil xadiminin verdiyi interpretasiya olmaq etibarilə, heç şübhəsiz, böyük maraq doğurur. Burada söhbət, bir tərəfdən, İlham Əliyevi dövrümüzün görkəmli şəxsiyyəti kimi formalaşdıran Məktəblərdən, digər tərəfdən, onun özünün yaratdığı hər cəhətdən mükəmməl Məktəbdən gedir.

Beş fəsildən ibarət kitabın birinci fəsli Prezidentin Bakı şəhəri Səbail rayonunun 6 nömrəli məktəbində keçən təhsil illərinə həsr olunmuşdur. Qeyri-adilik ondadır ki, valideynləri İlhamı məktəbə yeddi deyil, beş yaşında gətirirlər. Məqsəd isə bu idi ki, məktəb həyatına alışsın. Lakin onu həmin sinifdən ayırmaq bir daha mümkün olmur. İlham Əliyev fitri-istedadı, çalışqanlığı, nizam-intizamı nəticəsində məktəbi yaşca özündən böyük sinif yoldaşları ilə birlikdə bitirir. Müəllimlərindən biri xatırlayır ki, "mən İlham Əliyevə 1972-ci ildən 1977-ci ilə qədər tarix ictimaiyyət fənlərindən dərs demişəm. Enerjili, son dərəcə diqqətli İlham Əliyev öz yoldaşlarından seçilirdi. O, sinifdə yaşca kiçik olsa da, oxumaqda hamını üstələyirdi".

Ümumiyyətlə, "Zəfərə aparan yol"da gələcəyin böyük dövlət xadiminin orta məktəb illərindəki həyatı yalnız sənədlə deyil, həm müəllimlərinin, həm sinif yoldaşlarının canlı xatirələri vasitəsilə müfəssəl təsvir edilərkən ötən günlərin hadisələri necə varsa, o cür təqdim olunur ki, bu da yeniyetmə İlham Əliyevin  xarakteri barədə obyektiv ( təbii!) təsəvvür yaradır.

Kitabın ikinci fəslində Prezidentin ali təhsil aldığı dövrdən söhbət açılır. belə bir epiqraf verilir: "Mənim həyatımın 15 ili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Orada oxumuşam, sonra  aspiranturaya daxil olmuşam, işləmişəm. Bu, unudulmaz illərdir... Mübaliğəsiz, tam səmimi deyə bilərəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım bilik təcrübə bu gün mənə işimdə kömək edir",

İlham Əliyevin MDBMİ- necə oxuduğu barədə həmin institutun sabiq rektoru Nikolay Lebedevin sözləri aydın məlumat əks etdirir: "Oxuduğunuz illərdə mən Sizə həmişə "beş" vermişəm. Siz bu qiymətə çiçəklənən dövlətin rəhbəri kimi layiqsiniz". Görünür, o insan xoşbəxtdir ki, öz müəllimlərindən həmişə, bütün ömrü boyu yüksək qiymət alır.

"Zəfərə aparan yol" müəllifi kitabın ikinci fəslində Prezidentin "Mənim universitetlərim" məqaləsinə geniş istinad edərkən təhsil-tədrislə ictimai təcrübənin doğru-düzgün əlaqələndirilməsinin klassik bir örnəyini vermiş olur.

Daha bir xatirə... Onu İlham Əliyevin tələbə yoldaşı Teymur  Yəhyayev danışır:

"Müəllimlərin tapşırıqlarından qat-qat artıq kitablar, dərslərə aid əlavə materiallar oxuyurdu. Onu tez-tez kitabxananın oxu zalında mütaliə edən görürdüm. Qabaqcıl tələbə kimi hazırladığı məruzələri elmi-praktik konfranslarda diqqətlə dinləyirdilər".

Əsas isə odur ki, İlham Əliyev nümunəvi tələbə olduğu kimi, nümunəvi müəllim olmuşdur... "Tarix elmləri namizədi İlham Əliyev "MQİMO"da dərs dediyi illərdə xeyli tələbəyə müəllimlik edib. Onun sadə davranışı, ünsiyyətcilliyi hamı tərəfindən etiraf olunurdu".

Əlbəttə, İlham Əliyevin istər orta, istərsə ali təhsil illəri mənsub olduğu məşhur ailənin nəzarəti altında keçmişdi ki, bu barədə kitabın "Ailə məktəbi" adlanan üçüncü fəslində ətraflı danışılır. Həmin fəsildə göstərilir ki, həm Ulu öndər Heydər Əliyevlə Zərifə xanımın, həm Arif Paşayevlə Aida xanımın ailələri xalqımızın ailə-məişətlə bağlı ən ali dəyərlərini mühafizə etmişlər ki, bu müqəddəs ənənəni İlham Əliyevlə Mehriban xanım uğurla yaşatmaqdadırlar... Təsadüfi deyil ki, "cəmiyyətdə mənəvi keyfiyyətlərlə siyasi fəaliyyəti optimal şəkildə uyğunlaşdıran Mehriban xanım Əliyeva Azərbaycan xalqının lideri olan həyat yoldaşının ilk ardıcılı, ən etibarlı silahdaşıdır. Bu gün Azərbaycan ictimaiyyəti , dünya da İlham Əliyevlə Mehriban xanımı bir ailənin mənsublarından daha çox məhz bir dövlətçilik ideyasının, vahid ideoloji kursun vəhdətini təmin edən şəxslər kimi qəbul edir". Bu isə o deməkdir ki, dövlət inkişaf edib qədər uzaqlaşsa da, özünün "bütöv bir ailə" mənşəyi ilə əlaqəsini heç zaman itirmir. əsl ailə dövlətçiliyin simvolu olaraq qalır.

Dördüncü fəsil Azərbaycan Prezidentinin uğurla başa vurduğu Heydər Əliyev məktəbinə həsr edilmişdir. Kitabda göstərildiyi kimi, "Azərbaycan tarixinin ən böyük müəllimlərindən biri olmuş" Ümummilli liderin irsi hər bir azərbaycanlının daim müraciət edəcəyi tükənməz mənəvi, intellektual ideoloji mənbədir. İlham Əliyev xatırlayır ki, "o, bizə ailədə sağlam mühitin zəruriliyi haqda nəsihətlər vermirdi, bunu əyani göstərib öyrədirdi. Mən həyatda ən çox ondan, onun şəxsi nümunəsində  göstərdiklərindən öyrənmişəm".

Artıq hamıya məlumdur ki, Heydər Əliyev yalnız müstəqil dövlət deyil, eyni zamanda, müstəqil yaşamağa qadir bir millət qurucusu olmuşdur. Hələ Sovetlər Birliyinin verdiyi məhdud imkanlar daxilində o, mənsub olduğu xalqın tərəqqisi, milli mənəvi dəyərlər üzərində yüksəlişi üçün bitib-tükənməz bir enerji ilə mübarizə aparmış, Sovetlər Birliyi dağıldıqdan sonra isə Azərbaycan millətinin müstəqilliyini əbədi etmişdir.

Əlbəttə, kitabda Heydər Əliyevin təhsil, məktəb, müəllim problemlərini həmişə diqqət mərkəzində saxlaması barədə geniş bəhs edilməsi səbəbsiz deyil. Ulu öndərin bu sahədəki siyasətinin həyata keçirilməsində müəyyən rolu olmuş dövrün təhsil naziri Misir Mərdanov elə faktlara müraciət edir ki, çox hallarda təfsilatına (və mahiyyətinə) müəllif olaraq yalnız onun özü vara bilər.

Kitabın sonuncu, beşinci fəsli Ümummilli liderimizin artıq, demək olar ki, əzbər bildiyimiz məşhur sözlərilə başlayır: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını yaxşı bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Həmin fəsildə İlham Əliyevin özününböyük bir məktəb yaratdığı barədə inamla söhbət açılır.   göstərilir ki, İlham Əliyev Məktəbi ölkənin iqtisadi yüksəlişi, xalqın mənəvi- mədəni tərəqqisi, dünya birliyində özünə layiqli yer tutması, hər sahədə, o cümlədən, ərazi bütövlüyümüzün təmin olunması sahəsində Zəfər Məktəbidir. Azərbaycan Prezidenti Azərbaycan xalqını inkişafa hansısa riskli eksperimentlərlə yox, məhz milli təcrübədə sınaqdan uğurla çıxmış yeni (özünəməxsus!) yollarla aparır.

Professor, Azərbaycan MEA- nın müxbir üzvü Misir Mərdanovun "Zəfərə aparan yol" kitabının bir üstün cəhəti də mətni ideya-məzmunca dolğunlaşdıran  şəkillərdir ki, kifayət qədər zövqlə təqdim olunmuşdur. Misir müəllim bu əsəri ilə altmış illik yubileyi ərəfəsində möhtərəm Prezidentimizə bütün Azərbaycan ziyalılarının, xüsusilə müəllimlərin dərin ehtiramını ifadə etməklə hamımızın ürəyindən olan böyük bir təşəbbüs göstərmişdir.   

 

Nizami CƏFƏROV

 

525-ci qəzet.- 2021.- 24 dekabr.- S.9.