UNEC-də "Azərbaycan
iqtisadiyyatı" kitabının təqdimatı oldu
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) rektoru
professor Ədalət Muradov
və rektorun müşaviri dosent Elşən Bağırzadənin
həmmüəllifi olduqları
"Azərbaycan iqtisadiyyatı"
(infoqrafik) kitabının
təqdimatı keçirilib. Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 30 illiyinə
həsr olunan kitabın təqdimatında
millət vəkilləri,
ölkənin tanınmış
iqtisadçı alimləri
iştirak ediblər.
UNEC Kitabxana İnformasiya
Mərkəzinin direktoru
Adilə Abdullayeva
"Azərbaycan iqtisadiyyatı"
kitabında ölkə
iqtisadiyyatının tarixi
inkişaf mərhələləri,
struktur dəyişiklikləri,
islahatları, perspektivləri
və bütövlükdə
inkişafının başlıca
xüsusiyyətlərini əks
etdirən məlumatların
infoqrafik formada oxuculara çatdırıldığını
deyib. Kitabdan ölkə iqtisadiyyatı
ilə maraqlanan hər kəsin, eləcə də "Azərbaycan iqtisadiyyatı" fənninin
tədrisi zamanı tələbə və müəllimlərin faydalana
biləcəyini vurğulayıb.
Rektor, professor Ədalət
Muradov dövlət müstəqilliyinin bərpasının
30 illiyinə həsr olunan və ölkə iqtisadiyyatının
inkişaf mərhələlərindən
bəhs edən kitabın ərsəyə
gəlməsi zəruriyyətindən
danışıb. Kitabın
nəşrində informasiyanın
çatdırılmasında dünyada yeni yanaşma olan infoqrafik üslubun əsas götürüldüyünü
deyən rektor, burada Dövlət Statistika Komitəsinin məlumat bazası ilə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının,
eləcə də beynəlxalq təşkilatların
statistik məlumatlarından
istifadə edildiyini diqqətə çatdırıb.
18 fəsildən ibarət
olan kitabda çar Rusiyası dövründəki
Azərbaycan iqtisadiyyatının,
cümhuriyyət illərində
milli iqtisadiyyat yolunda atılan ilk addımların, sovet Azərbaycanı dövründə
sosialist iqtisadiyyatının
əsas istiqamətlərinin
göstərildiyini, eləcə
də müstəqil Azərbaycanın bazar iqtisadiyyatının formalaşması
istiqamətində həyata
keçirilmiş tədbirlər
və onların nəticələrinin şərh
olunduğunu deyib. Bildirib ki, kitabda ölkənin
iqtisadi inkişafı
ilə bağlı beynəlxalq reytinqlərdə
Azərbaycanın mövqeyinə
dair məlumatlar da əks olunub,
həmçinin ölkənin
iqtisadi resursları, makroiqtisadi struktur və digər məlumatlar verilib.
Dosent Elşən Bağırzadə
kitabda beynəlxalq müqayisələrin aparıldığını
xüsusi vurğulayaraq,
oxucuların burada MDB məkanı, türk dünyası, postsosialist məkanı və inkişaf etməkdə olan Avropa və
Mərkəzi Asiya ölkələrinin son 30 ildəki
iqtisadi inkişaf trendini Azərbaycanla müqayisəli şəkildə
görə biləcəyini
deyib.
Milli Məclisin
Komitə sədri Tahir Mirkişili ölkə iqtisadiyyatının
inkişaf mərhələlərinin
dolğun şəkildə
və infoqrafik üslubda əks olunduğu kitabı oxucular üçün zəngin töhfə adlandırıb. Millət vəkili gənc
nəslin daha çox təsviri informasiyalara üstünlük
verdiyinə diqqət çəkərək, bu
cür nəşrlərin
daha tez qavranan və yaddaqalan olduğunu vurğulayıb.
Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov kitabın
ölkə iqtisadiyyatı
ilə bağlı alternativ statistik mənbə olduğunu və ölkənin iqtisadi xəritəsi rolunu oynadığını
deyib. Y.Yusifov iqtisadi rayonların
son bölgüsünün təhlilinin də kitabda yer almasını
yüksək qiymətləndirib.
Ölkə iqtisadiyyatı ilə
bağlı yeni nəşrin cəmiyyətin
bütün üzvləri
üçün faydalı
olacağını bildirib.
Təqdimatda çıxış edən millət vəkili, akademik Ziyad Səmədzadə,
AMEA-nın müxbir üzvü, professor Akif Musayev Azərbaycan iqtisadiyyatının bir əsrlik dövrünün
statistik rəqəmlərlə
əks olunduğu kitabda ölkənin iqtisadi inkişaf modelinin təqdim olduğunu və belə bir nəşrin
ərsəyə gəlməsinin
böyük zəhmət
tələb etdiyini deyiblər.
Daha sonra millət vəkili Etibar Əliyev, professorlar Arif Şəkərəliyev,
Əli Əlirzayev, Məhiş Əhmədov,
İrşad Kərimli
və digərləri
çıxış edərək
kitabı Azərbaycan
iqtisadiyyatının tədqiqi
sahəsində böyük
elmi baza və iqtisadiyyat elminin populyarlaşdırılması
yönümündə olduqca
zəngin vəsait adlandırıblar.
S.QARAYEVA
525-ci qəzet.- 2021.- 25 dekabr.- S.9.