Real dünyanın rəqəmsal əkizi
- Metavers
2021-ci ilin son günlərini
yaşadığımız bir zamanda sosial
media hegemonu olan Mark Zukemberq virtual dünya ilə bağlı yeni bir addım
atdı. Ötən aylarda feysbuk
şirkəti yeni bir kollektiv virtual məkan "Metaverse" dünyası yaradacağını
açıqladı. Həmin
virtual dünya üçün
5 il ərzində
Avropa Birliyi ölkələrində 10 min nəfərin
işlə təmin ediləcəyi bildirildi.
Bu planın bir parçası olaraq feysbuk şirkətinin də adı dəyişdirilərək Meta olub. Beləcə, şirkət təkcə sosial media platforması kimi yox, artıq
virtual reallıq və
oyun sahəsində də sıçrayış
etməyə hazırlaşdığını
rəsmi olaraq dünyaya bəyan etdi.
Artıq "Meta
Platform" adını daşıyan
şirkət öz nəznində feysbuk, instaqram və votsap platformalarını eyni ad altında birləşdirib. Şirkətin qurucusu Mark Zukemberq
insanların "Metaverse"də
təsəvvürlərinə gətirə biləcəkləri
hər şeyi edə biləcəyini deyir. Onun sözlərinə görə, gələcəkdə
insanlar özlərini
hər yerə sürətli bir şəkildə holoqram kimi teleportasiya edə biləcəklər.
Metavers və ya Meta-univers nədir?
Metavers, Meta-univers,
yəni Meta-kainat ifadəsinin abreviaturası
olaraq istifadə edilir. Onu real və virtual dünyanın
elmi fantastika ilə birləşmiş
rəqəmsal variantı
olaraq qəbul edə bilərik. Belə bir dünyada insanlar kompüterə qoşulmadan müxtəlif
elektron cihazlara keçə və virtual mühitdə ünsiyyət
qura biləcəklər.
Uzun müddətdir
haqqında danışılan
artırılmış virtual reallıq məhsulları
və xidmətləri
adlı sektorun ən populyar, ilk məhsulu olan Metavers dünyasına maraq sürətlə artmaqdadır.
Bu sahəyə sərmayə
qoyan feysbuk şirkətinin rəhbərliyi
düşünür ki,
hər kəs üçün Metavers yaradıcı, sosial və iqtisadi imkanlara çatmağı
mümkün edəcək
potensiala malikdir. Zukemberq bu
platformanı yeni nəsil internet adlandırır.
Onun teleportasiyaya bənzətdiyi bu quruluşda ekranlar, holoqramlar, artırılmış
reallıq eynəkləri
zamanla virtual kainatda qarşılaşaraq bir növ "hərəkətlilik
axını"nı
mümkün edəcək.
Metavers ideyası
necə ortaya çıxıb?
Metavers yunan mənşəli söz olan "meta"(digər)
və ingilis dilindəki "universe" (kainat)
sözlərindən yaranıb. Bu sözdən ilk dəfə
1992-ci ildə bir kitabda istifadə olunub. Neal Stefensonun
(Neal Stephenson) elmi fantastika
janrında yazdığı
"Snow Crash" romanında istifadə olunan "metavers" sözü feysbuk şirkətinin ilham mənbəyi, çıxış nöqtəsi
olub.
Bu romanda internet, gələcəkdə
metavers adlanan üç ölçülü
virtual dünyaya çevrilir. İnsanların sahib olduğu avatarlar proqram təminatı ilə idarə olunan digər avatarlarla birlikdə bu dünyada yaşayır.
Gələcəyin interneti adlandırılan Metavers sayəsində rəqəmsal platformalar arasında hərəkət
etmək, bu mühitlərdə digər
insanlarla ünsiyyət
qurmaq, öyrənmək,
əylənmək və
araşdırmaq kimi fəaliyyətlər hər
zamankından daha əlçatan olacaq.
Bəzi
oyun şirkətləri
artıq Metavers virtual
sistemini öz proqramlarında qismən tətbiq etməyə nail
olublar. Hələ 2000-ci illərin əvvəllərində
"Second Life" oyunu ilə
populyarlaşan Metavers
xüsusilə son bir ildə baş verən yeniliklərlə
texnologiya dünyasının
gündəminə çevrilib.
Metavers sistemi ilə idarə olunan oyunlardan biri də "Roblox"dur. Bu platforma
uşaqlar və yeniyetmələr tərəfindən
hazırlanmış çoxsaylı
oyunlardan ibarətdir.
"Fortnite" platformasında
350 milyon insanın oynadığı sağ qalmaq hədəfi üzərinə qurulmuş
oyunu da Metavers ilə əlaqələndirilə bilər.
Həmçinin, 2021-ci ilin aprelində virtual konsertlər verən reper Trevis Skott
bu konsertlərdə
avatar kimi görünüb
və onu 12 milyon insan izləyib.
Dünya
Metavers sistemini qurmaq üçün yarışır
Hazırda böyük şirkətlərdən
hökumətlərə qədər
hər kəs metavers dünyasını
tətbiq etmək üçün yarışır.
Virtual reallıq üzərində
araşdırma və
inkişafa yönəlmiş
feysbuk şirkətinin
yaxın vaxtlarda "metaverse" inkişaf etdirmək iddiasını
açıqlamasından sonra
bu proses daha da sürətləndi.
Xüsusilə marketoloqlar Metavers
ilə yaxından maraqlanırlar. Çünki bu sistem sayəsində
yeni və nəzəri olaraq sonsuz sayda reklam
kanalları yaranacaq.
"Microsoft" da karma reallıq proqramı olan "Mesh"i "HoloLens 2" eynəkləri
ilə Metavers-ə çevirəcəyini vəd
etdib.
Cənubi Koreya hökuməti artıq virtual və artırılmış reallıq
platformalarını birləşdirməyə
yönəlmiş milli
"Metavers alyansı"
yaradıb. Beləliklə də, gələcəyin
sosial mediası olan və virtual reallığa əsaslanan
Metavers dünyasına
ilk addımı atacaq
ölkə Cənubi Koreya olacaq.
Artıq ölkənin paytaxtı Seul Metavers dünyasına
addım atacağını
elan edən ilk şəhər kimi tarixə düşüb. Seul yerli hökumətinin açıqladığı plan çərçivəsində şəhərdə yaşayanlar
virtual reallıq eynəklərini
taxaraq muzey turlarından tutmuş bələdiyyə rəhbərliyi
ilə əlaqə saxlamağa qədər bir çox fəaliyyəti icra edə biləcəklər.
Bu işin 3,3 milyon
dollara başa gəlməsi gözlənilir.
Məqsəd isə Seul administrasiyası ilə şəhər sakinləri
arasında əlaqəni
gücləndirmək və
bu üsulla şəhərin qlobal rəqabət qabiliyyətini
artırmaqdır.
Seul şəhər
meriyasının quracağı
Metavers platformasının
2022-ci ilin sonuna qədər fəaliyyətə
başlaması hədəflənib. 2026-cı ildə isə platformanın tam şəkildə
fəaliyyət göstərəcəyi
deyilir.
Bütün bunlar onu deməyə
imkan verir ki, önümüzdəki
illərdə texnologiya
ailəmində böyük
dəyişikliklər və
sıçrayışlar gözlənilir. Artıq alışdığımız
həyatın başqa
bir varinatı formalaşır və biz bu virtual dünyada yeni və sahib olduğumuzdan fərqli bir həyat qura biləcəyik.
Metavers-in nə
olduğunu anlaya bilirsinizmi?
Bəzilərinə görə, yaxın gələcəkdə interneti
əvəz edəcək
Metavers demokratik virtual
cəmiyyətin qurulacağı
mühitdir. Bəzilərinə görə, bu,
virtual və fiziki reallığın qovuşacağı
daimi yer, bəzilərinə görə
isə dünyamızın
rəqəmsal əkizidir.
Amma bir çoxları üçün
bu yeni rəqəmsal
dünya hələ də qaranlıq və aydın olmayan bir məfhumdur. Xüsusilə Avropa ölkələri və dünyanın hər yerindəki texnoblogerlər tərəfindən
böyük maraqla izlənilən Metavers-in nə olduğunu tam anlamaq üçün bəzi şirkətlərin
keçirdikləri sorğuların
cavablarına nəzər
yetirmək olar.
Onlardan biri Nyu-Yorkda yerləşən
beynəlxalq marketinq kommunikasiyaları şirkəti
"Wunderman Thompson"dur.
Ötən günlərdə şirkətin araşdırma
qurupu tərəfindən
dərc olunan bir hesabatda ekspertlərə
"Metavers nədir?"
sualı verilib. Cavablar belədir:
- Metavers istifadəçilərin
özlərinin müəyyən
edə biləcəyi
daimi görüş nöqtəsidir. Davamlı olmaq və istifadəçi tərəfindən
yaradılmış məzmuna
əsaslanmaq bunun böyük bir hissəsidir. Metavers dünyasındakı
gələcək sosial
vəziyyətlərə sürətli
reaksiya tələb edəcək.
- İstehlakçıların müxtəlif virtual təcrübələr
arasında keçid edə biləcəyi daimi virtual dünyanın yaradılması Metavers adlanır. Metavers insanlara həm
fiziki, həm də virtual ünsiyyət
imkanı verəcək.
Bu məkan real dünya
iqtisadiyyatlarında gördüyümüz
kimi maliyyə mexanizmləri və iş imkanları olan virtual iqtisadiyyatla təchiz ediləcək. Məsələn, virtual avatarınızla
"Disney" mağazasına gedib həmin avatar üçün paltar ala bilərsiniz, sonra
"Nike" mağazasına gedə və bəyəndiyiniz ayaqqabını
fiziki dünyada ünvanınıza çatdırılmasını
istəyə biləcəksiniz.
"Spotify" və
ya "Roblox"
virtual konsertinə öz
avatarınızla qoşula,
konserti dinləyərkən
eyni zamanda real dünyada dostlarınızla
birlikdə gəzintiyə
çıxa biləcəksiniz.
Yəni bir mənada zaman məhfumu sizin Metavers ilə bağlı qaldığınız yerdir.
Ümumilikdə, belə anlaşılır ki, Metavers fiziki
reallıq ilə artırılmış virtual
reallığı birləşdirən "kiber
dünya" deməkdir.
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 28 dekabr.- S.12.