“Səngər adamları” kitabı təqdim olundu

 

"Azərbaycan Televiziyası Radio Verilişləri” QSC- Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı iləSəngər adamlarıkitabının təqdimatını keçirdik. 162 səhifədən ibarətSəngər adamları”nın ideya müəllifi BAMF prezidenti Umud Mirzəyev, redaktorlar Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət Eyvazov, məsləhətçi Rey Kərimoğludur.  Səngər adamlarıkitabında adları qeyd olunan media mənsubları illərdir Qarabağ bölgəsinə ezam olunmuş həmkarlarımızdır. Eyni zamanda, 1-ci 2-ci Qarabağ savaşında şəhid olan jurnalistlərimiz anmışıq bu kitabda.

 

Hər iki savaşda 30 illik işğal dönəmində sözün hər mənasında qələmini silah edib, canını fəda etməyə hazır bir çox jurnalistlərimiz olub - Mirşahin Ağayev, Kamil Eldaroğlu, Mahir Məmmədli, İlqar Mikayıloğlu, Vüsal Qaraca, Anar Şuşalı, Ayşəm Rüstəmova, İbrahim Həşimov, Elmin Bayramlı, Ramal Abdullayev, İslam Əşrəfov, İsmayıl Əmirov, Əhməd Məmmədov, Heydər Mirzə başqa onlarla həmkarımız səngər adamları olmağı şərəf biliblər.

 

Tədbirin Azərbaycan Televiziya Radio Verilişləri QSC- keçirilməsi təsadüfi deyil. Bu televiziya kanalı bütün Azərbaycan jurnalistikasının tarixi məbədidir. Media şəhidlərimizin xatirəsinə ithaf etdiyimiz bu kitab onlar üçün edə biləcəyimiz bəlkə , ən xırda işdir, ancaq edilməli olanlardandır.

 

Qeyd edək ki, BAMF son 30 ildə, təşkilatın fəaliyyəti dövründə daim Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq aləmdə nüfuzu olan, imzası dünya miqyasında tanınan bütün xarici media nümayəndələrinin, dövlət özəl təşkilat rəhbərlərinin Qarabağ bölgəsinə səfərlərini təşkil edib.

 

 

Günel Gözəlova

 

525-ci qəzet.- 2021.- 28 dekabr.- S.2.