Qalib gənclərin günü .
2 Fevral Azərbaycan gənclərinin, gəncliyinin
günüdür. Ümummilli lider Heydər Əliyevin gəncliyə
və gənclərə olan qayğısının, diqqətinin
bariz nümunəsi olan bu günlə bağlı Sərəncam
onun tərəfindən 1997-ci ildə imzalanıb.
Gənclər günü MDB məkanında və Şərqi
Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda
qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər
günü qeyd olunandan sonra digər MDB ölkələrində
və Şərqi Avropa dövlətlərində də bu
gün qeyd edilməyə başladı. Azərbaycanda hər
il Gənclər günündə
bütün istiqamətlər üzrə fəaliyyət
göstərən gənclər yekun hesabat verir, uğurlu gənclər
müxtəlif təşkilatlar, qurumlar tərəfindən
müvafiq qaydada mükafatlandırılırlar.
Qeyd edək
ki, dünyada yalnız 1998-ci il avqustun 8-dən
12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı
ilə avqustun 12-si gənclər günü elan edilib.
***
Özümüzdən əvvəlki nəslin "indiki
nəsil", "indiki gənclik" ifadələriylə
başlayıb, giley-güzarla davam edən cümlələrinə
alışmışıq hardasa. Bəlkə də ilk
dəfədir ki, Azərbaycan gəncləri bu stereotipi
sındırdı, özündən və adından
qürurla, şərəflə, fəxarətlə bəhs
etdirməyi bacardı. Bu il Azərbaycanda
"Gənclər günü" daha fərqli aurada, daha fərqli
ruhda qeyd olunur. Çünki cəmi bir neçə
ay öncə məhz bu gəncliyin sayəsində Azərbaycan
xalqının otuz illik torpaq həsrətinə son qoyuldu, biz
Qarabağa, Qarabağ da əsl sahiblərinə qovuşdu.
Sürətlə dəyişən dünyada "Vətən",
"el-oba", "ata-baba yurdu" anlayışları
özünün əvvəlki qüdrətini itirmək
üzrədir.
Xüsusən, Avropadan, inkişaf etmiş və etməkdə
olan ölkələrdə həyat qayğıları
insanların düşüncə sisteminə o dərəcədə
təsir göstərib ki, müqəddəslik
anlayışları da dəyişib. Ona görə
də hərc-mərciyin, müharibənin, savaşın,
qanın gün-gündən artdığı dünyada son
zamanlarda torpağı uğrunda döyüşüb tarixi ədaləti
bərpa edə bilən, özünün əzəli
torpaqlarına qovuşan heç bir dövlət, xalq yox idi.
Ta ki, ötən ilin sentyabrına qədər. Azərbaycan
dövləti və xalqı həmin ay
bütün dünyada son dövrün ən böyük ilkinə
imza atdı: özünün tarixi torpaqları uğrunda
müharibəyə qalxdı. Otuz ilə yaxındır
böyük dövlətlərin "Qarabağ problemini həll
etmək" adı altında günü-günə
satdığı, məsələnin həlli yolunda bir
buğda dənəsi boyda yol belə qət etmədən, bu
torpaqları bizə unutdurmağa
çalışdığı bir zamanda Azərbaycan kimi
kiçik bir dövlətin bu qədər böyük bir
hadisəyə qol qoyması dünyaya tərs sillə effekti
bağışladı. Dünya gördü ki,
21-ci əsrin 2-ci onilliyində belə torpağı, vətəni
uğrunda ölməyə də, öldürməyə də
hazır olan bir xalq yaşayır. O xalq ki, tarix boyu
boynuna keçirilən heç bir boyunduruğa təslim
olmayıb, düşmənin "ram etdim, qalib gəldim"
düşündüyü zamanda heç gözlənilmədən
ayağa qalxıb və azadlığını
qanı-canı bahasına əldə edib. Azərbaycan
xalqının tarixində bu cür nümunələr
çoxdur. Məhz buna görə də
Azərbaycan vətəni, torpağı yolunda dünyada ən
çox şəhid verən ölkələr
arasındadır. Azərbaycan xalqı tarixin
bütün dövrlərdə yeni doğulan hər körpənin
qulağına hər şeydən əvvəl "ana",
"vətən", "torpaq" sözlərini
pıçıldayır, onların müqəddəsliyini aşılayır.
Biz dünyadakı o xalqlardanıq ki, körpələrimizə
"vətəninə, elinə, obasına layiqli övlad
olsun" duaları edərik. Vətən
sevgisi bizə hələ anamızın bətnindən,
südündən keçər. Buna
görə də yetişən hər nəsil qəlbində
vətən sevgisiylə böyüyür. Gənclik torpağın, millətin mahiyyətini ən
yüksək şəkildə dərk edir. Və yeri gələndə bu müqəddəslər
üçün canını, qanını əsirgəmir.
Bəlkə də buna görədir bu yurd
uğrunda ömrünü fəda edən şəhidlərimizin
böyük əksəriyyəti məhz gənclərdir.
***
Bu gün Azərbaycan gənci özünü təkcə
özündən əvvəlki nəsillərə deyil,
bütün dünyaya sübut etdi. Göstərdi ki, Azərbaycan gənci
dövlətinin ərazi bütövlüyü,
torpaqlarının azadlığı, xalqının rifahı
üçün bir an belə düşünmədən
döyüşə atıla, düşmənə qan uddura,
canını müqəddəs bildikləri uğrunda fəda
edə bilən namuslu, qeyrətli, cəsur insandır.
Azərbaycan
gənci o gəncdir ki, işğal tarixi doğumundan bir
neçə il böyük olan, heç
vaxt getmədiyi, görmədiyi torpaqları hər şeydən
uca bilir.
Azərbaycan gənci o gəncdir ki, ta uşaqlıqdan ən
böyük arzusu Qarabağı azad etmək, Şuşaya
bayraq sancmaqdır.
Azərbaycan gənci o gəncdir ki, səhhətindəki
problemi həkimlərdən gizlətməyə
çalışır, birdən onu hərbi xidmətə
aparmazlar deyə.
Azərbaycan gənci o gəncdir ki, vətən qeyrəti
onu boğanda gecənin bir yarısı düşmən
üzərinə təkbaşına gedib, düşməndə
"ordu üstümüzə gəlir" xofunu yarada bilir.
Azərbaycan gənci o gəncdir ki, düşmən təxribatı
nəticəsində şəhid olan generalına öz
doğması kimi sahib çıxır, onun qanını
almaq üçün könüllü müharibəyə,
döyüşlərin ən qızğın yerlərinə
gedə bilir.
Azərbaycan gənci o gəncdir ki, döyüşə
getmək üçün günlərlə hərbi
komissarlıqların önündə gecələyir,
"dostlarım getdi, məni də aparın, burda qalmaqdan utanıram"
- deyir.
Azərbaycan
gənci o gəncdir ki, müharibəyə (oxu: ölümə!)
toya-bayrama gedər kimi çal-çağırla, sevinərək,
başı dik yollanır.
Azərbaycan
gənci o gəncdir ki, şəhadət anında arxaya yox,
önə yıxılır ki, son nəfəsində belə
heç olmasa boyu qədər torpağı da azad etmiş
olsunQalib gənclərin günü - Şahanə
Müşfiqin yazısı
Qalib gənclərin
günü - <b style="color:red">Şahanə
Müşfiqin yazısı</b>
YazarOxunub:
83 dəfəa -A +02.02.21 17:30
Facebook
Twitter
WhatsApp
Şahanə
MÜŞFİQ
2 Fevral Azərbaycan gənclərinin, gəncliyinin
günüdür. Ümummilli lider Heydər Əliyevin gəncliyə
və gənclərə olan qayğısının, diqqətinin
bariz nümunəsi olan bu günlə bağlı Sərəncam
onun tərəfindən 1997-ci ildə imzalanıb.
Gənclər günü MDB məkanında və Şərqi
Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda
qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər
günü qeyd olunandan sonra digər MDB ölkələrində
və Şərqi Avropa dövlətlərində də bu
gün qeyd edilməyə başladı. Azərbaycanda hər
il Gənclər günündə
bütün istiqamətlər üzrə fəaliyyət
göstərən gənclər yekun hesabat verir, uğurlu gənclər
müxtəlif təşkilatlar, qurumlar tərəfindən
müvafiq qaydada mükafatlandırılırlar.
Qeyd edək
ki, dünyada yalnız 1998-ci il avqustun 8-dən
12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı
ilə avqustun 12-si gənclər günü elan edilib.
***
Özümüzdən əvvəlki nəslin "indiki
nəsil", "indiki gənclik" ifadələriylə
başlayıb, giley-güzarla davam edən cümlələrinə
alışmışıq hardasa. Bəlkə də ilk
dəfədir ki, Azərbaycan gəncləri bu stereotipi
sındırdı, özündən və adından
qürurla, şərəflə, fəxarətlə bəhs
etdirməyi bacardı. Bu il Azərbaycanda
"Gənclər günü" daha fərqli aurada, daha fərqli
ruhda qeyd olunur. Çünki cəmi bir neçə
ay öncə məhz bu gəncliyin sayəsində Azərbaycan
xalqının otuz illik torpaq həsrətinə son qoyuldu, biz
Qarabağa, Qarabağ da əsl sahiblərinə qovuşdu.
Sürətlə dəyişən dünyada "Vətən",
"el-oba", "ata-baba yurdu" anlayışları
özünün əvvəlki qüdrətini itirmək
üzrədir.
Xüsusən, Avropadan, inkişaf etmiş və etməkdə
olan ölkələrdə həyat qayğıları insanların
düşüncə sisteminə o dərəcədə təsir
göstərib ki, müqəddəslik anlayışları da
dəyişib. Ona görə də hərc-mərciyin,
müharibənin, savaşın, qanın gün-gündən
artdığı dünyada son zamanlarda torpağı
uğrunda döyüşüb tarixi ədaləti bərpa edə
bilən, özünün əzəli torpaqlarına
qovuşan heç bir dövlət, xalq yox idi. Ta ki,
ötən ilin sentyabrına qədər. Azərbaycan dövləti
və xalqı həmin ay bütün dünyada son
dövrün ən böyük ilkinə imza atdı:
özünün tarixi torpaqları uğrunda müharibəyə
qalxdı. Otuz ilə yaxındır böyük dövlətlərin
"Qarabağ problemini həll etmək" adı altında
günü-günə satdığı, məsələnin
həlli yolunda bir buğda dənəsi boyda yol belə qət
etmədən, bu torpaqları bizə unutdurmağa
çalışdığı bir zamanda Azərbaycan kimi
kiçik bir dövlətin bu qədər böyük bir
hadisəyə qol qoyması dünyaya tərs sillə effekti
bağışladı. Dünya gördü ki,
21-ci əsrin 2-ci onilliyində belə torpağı, vətəni
uğrunda ölməyə də, öldürməyə də
hazır olan bir xalq yaşayır. O xalq ki, tarix boyu
boynuna keçirilən heç bir boyunduruğa təslim
olmayıb, düşmənin "ram etdim, qalib gəldim"
düşündüyü zamanda heç gözlənilmədən
ayağa qalxıb və azadlığını
qanı-canı bahasına əldə edib. Azərbaycan
xalqının tarixində bu cür nümunələr
çoxdur. Məhz buna görə də
Azərbaycan vətəni, torpağı yolunda dünyada ən
çox şəhid verən ölkələr
arasındadır. Azərbaycan xalqı tarixin
bütün dövrlərdə yeni doğulan hər körpənin
qulağına hər şeydən əvvəl "ana",
"vətən", "torpaq" sözlərini
pıçıldayır, onların müqəddəsliyini
aşılayır. Biz dünyadakı o
xalqlardanıq ki, körpələrimizə "vətəninə,
elinə, obasına layiqli övlad olsun" duaları edərik.
Vətən sevgisi bizə hələ
anamızın bətnindən, südündən keçər.
Buna görə də yetişən hər nəsil
qəlbində vətən sevgisiylə böyüyür.
Gənclik torpağın, millətin mahiyyətini
ən yüksək şəkildə dərk edir. Və yeri gələndə bu müqəddəslər
üçün canını, qanını əsirgəmir.
Bəlkə də buna görədir bu yurd
uğrunda ömrünü fəda edən şəhidlərimizin
böyük əksəriyyəti məhz gənclərdir.
***
Bu gün Azərbaycan gənci özünü təkcə
özündən əvvəlki nəsillərə deyil,
bütün dünyaya sübut etdi. Göstərdi ki, Azərbaycan gənci
dövlətinin ərazi bütövlüyü,
torpaqlarının azadlığı, xalqının rifahı
üçün bir an belə düşünmədən
döyüşə atıla, düşmənə qan uddura,
canını müqəddəs bildikləri uğrunda fəda
edə bilən namuslu, qeyrətli, cəsur insandır.
Azərbaycan
gənci o gəncdir ki, işğal tarixi doğumundan bir
neçə il böyük olan, heç
vaxt getmədiyi, görmədiyi torpaqları hər şeydən
uca bilir.
Azərbaycan gənci o gəncdir ki, ta uşaqlıqdan ən
böyük arzusu Qarabağı azad etmək, Şuşaya
bayraq sancmaqdır.
Azərbaycan gənci o gəncdir ki, səhhətindəki
problemi həkimlərdən gizlətməyə
çalışır, birdən onu hərbi xidmətə
aparmazlar deyə.
Azərbaycan gənci o gəncdir ki, vətən qeyrəti
onu boğanda gecənin bir yarısı düşmən
üzərinə təkbaşına gedib, düşməndə
"ordu üstümüzə gəlir" xofunu yarada bilir.
Azərbaycan gənci o gəncdir ki, düşmən təxribatı
nəticəsində şəhid olan generalına öz
doğması kimi sahib çıxır, onun qanını
almaq üçün könüllü müharibəyə,
döyüşlərin ən qızğın yerlərinə
gedə bilir.
Azərbaycan gənci o gəncdir ki, döyüşə
getmək üçün günlərlə hərbi
komissarlıqların önündə gecələyir,
"dostlarım getdi, məni də aparın, burda qalmaqdan
utanıram" - deyir.
Azərbaycan
gənci o gəncdir ki, müharibəyə (oxu: ölümə!)
toya-bayrama gedər kimi çal-çağırla, sevinərək,
başı dik yollanır.
Azərbaycan gənci o gəncdir ki, şəhadət
anında arxaya yox, önə yıxılır ki, son nəfəsində
belə heç olmasa boyu qədər torpağı da azad
etmiş olsun.
Azərbaycan gənci o gəncdir ki, döyüş
yoldaşlarına "sizin ailəniz, övladlarınız
var, geri qayıdın" - deyərək sinəsiylə, nəfəsiylə
özündən arxadakıları qoruyur.
Azərbaycan
gənci o gəncdir ki, vətənin dar məqamında
canını yox, ona necə faydalı ola
biləcəyini düşünür.
Azərbaycan gənci o gəncdir ki, müharibəyə
aparılmadığından utanır, arxa cəbhədə
bacardığı, bacarmadığı hər şeyə əl
ataraq dövlətin, ordunun yanında olduğunu göstərir.
Azərbaycan gənci o gəncdir ki, təkcə
döyüş meydanında, ön cəbhədə deyil,
arxa cəbhədə və bütün platformalarda
düşmənlə savaşır, xalqının və
dövlətinin adını hər zaman ucalarda tutur.
Azərbaycan gənci döyüşkəndir,
savadlıdır, yaradıcıdır, qeyrətlidir, sevgi
doludur, tarixinə, milli kimliyinə bağlıdır, dosta
sadiq, düşmənə amansızdır.
Azərbaycan gənci böyük və ulu bir millətin
ümid yeri, fəxarət simvoludur.
Günün mübarək, məğrur və
qalib Azərbaycan gənci!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 2 fevral.- S.6.