Qeyri-adi muzeylər

 

 

 

Muzeyləri tarixin varisi adlandırsaq, yəqin ki, yanılmarıq. Muzeylər sahib olduğu eksponatlarla əsrlər arasında körpü yaradan bir məkandır. Zaman keçdikcə bütün sahələrdə olduğu kimi, bu sahədə yeni ideyalar fəaliyyət istiqamətləri yaranır. Yenilik isə həm fərqlilik, qeyri-adilik deməkdir. Gəlin, dünyanın belə qeyri-adi muzeylərindən bir neçəsinə səyahət edək.

 

 

 

Yanmış yeməklər muzeyi

 

Bəli, bəli, yanmış yeməklərin muzeyi var. Muzey amerikalı bəstəkar, "Əndamlı arfaçalan" ləqəbli Debora Henson-Konant tərəfindən yaradılıb. 1980-ci illərin sonlarında ABŞ-ın Virciniya ştatında qurulan muzeydə yanmış yeməklər sərgilənir. Fərqli yanaşma kreativliyi sözügedən muzeyi xeyli məşhurlaşdırıb.

 

 

 

İşgəncə muzeyi

 

İşgəncə muzeyi Amsterdamın ən çox turist cəzb edən nöqtələrindən hesab olunur. Buradakı ziyarətçilər tarixən 500 il əvvələ qayıdır günahkar bilinən insanlara işgəncə vermək ya onları öldürmək üçün istifadə edilən işgəncə metodları ilə tanış olurlar. Muzeydə orta əsrlərdə işgəncə cəzalandırma vasitələrinin verdiyi tükürpərdici qorxu hissini yaradan bir mühitlə qarşı-qarşıya gələ bilərsiniz. Mismarlarla dolu kəmərlər, kəllə sümüyünü qıran alətlər tarixdəki zülmləri xatırladır.

 

 

 

Mequro Parazitologiya muzeyi

 

Tokioda yerləşən bu muzey 1953-cü ildə yaradılıb parazitologiyaya həsr olunub. Burada 300-dən çox parazit nümunəsi nümayiş etdirilir parazitlər haqqında təxminən 5 min kitab saxlanılır. İlk baxışdan insanlara yaxşı heç vəd etməyən bu muzey əslində, tibb dünyası üçün önəmli hesab olunur. Çünki burada saxlanılan parazitologiyaya aid nümunələr tədris məqsədilə istifadə edilir.

 

 

 

İnsan bədəni muzeyi

 

Hollandiyada yerləşən bu muzeyin 35 metr hündürlüyündə olan binası insan fiquru formasında tikilib. Muzeylə tanış olmaq istəyənlər eskalatorla qalxıb, nəhəngin dizindən onun bədəninə daxil olurlar. Eskalatorların hərəkət edən platformaların köməyi ilə onlar daxili orqanların yanından ötür, böyüdülmüş ölçüdə əzələləri, sümükləri, ürəyi, böyrəkləri, ciyəri, həzm orqanlarını, gözləri, qulaqları, beyni s. izləyə bilirlər. Xüsusi ekranlarda orqanların müxtəlif funksiyaları - tənəffüs, həzm, çoxalma nümayiş etdirilir, habelə orqanizmin xəsarət aldığı zaman nələrin baş verdiyi göstərilir.

 

Səyahət 55 dəqiqə davam edir. Yuxarı mərtəbəyə nəhəng heykəlin baş hissəsindən çıxmaq mümkündür. Ona bitişik binada sağlam qidalanma haqqında əlavə məlumat almaq, müxtəlif testlər aparmaq, idraki oyunlar oynamaq mümkündür.

 

 

 

Paris Kanalizasiya muzeyi

 

Paris Kanalizasiya muzeyi qonaqlara Parisdə kanalizasiya borularının yaradılması hekayəsini göstərən heyrətamiz bir yerdir. 1370-ci ildə qurulan uzunluğu 2200 km-dən çox olan müasir kanallarla bitən ilk kanalizasiya sistemindən başlayaraq şəhərin kanalizasiya marşrutlarının inkişafına baxmaq imkanı var. Əlbəttə ki, muzeyə ekskursiya Parisin bütün kanalizasiya borularını gəzmək demək deyil. Burada kanalizasiya eksponatlarının nümayiş olunduğu xüsusi təchiz olunmuş zallar var. Muzeydə Parisin kanalizasiya sistemi şəhər planına uyğun olaraq təkrarlanır. Bundan əlavə, tunellərdə, hər küncdə boruların keçdiyi küçəni göstərən işarələr var. Kanalizasiya muzeyi məntiqli görünməsə , maraqlı fərqli muzey hesab olunur. Çünki burada ziyarətçilər kanalizasiya sisteminin quruluşu ilə tanış ola bilirlər.

 

 

 

Casus muzeyi

 

Dünyanın ən qədim peşələrindən hesab olunan casusluq haqqında xeyli film çəkilib, kitablar yazılsa da, bu peşə ilə bağlı bilinməyən məqamlar da çoxdur. Hər zamanın öz peşəkar casusları onların istifadə etdiyi müxtəlif alətlər var idi. Cib telefonları internetin icadından xeyli əvvəl casusluq mövcud idi. Bu peşənin maraqlı məqamlarına işıq tutan Casus muzeyi Almaniyada yerləşir. Muzeydə sözügedən peşə ilə bağlı maraqlı eksponatlar nümayiş olunur. Məsələn, Ceyms Bond filmlərindəki orijinal rekvizitlər, agent radiolar ya zəhərli oxları olan çətirlər, pomada kameraları kimi möhtəşəm ixtiralar. Muzeyin hər yerində ziyarətçiləri agent gizli xidmətlər dünyasına daha da yaxınlaşdırmaq üçün ən müasir texnologiyalardan istifadə olunur.

 

 

 

Yalançı muzey

 

Almaniyanın Kyritz şəhərində dünyanın ən orijinal muzeylərindən biri olan Lügen muzeyi yerləşir. Muzeyin yeri kənardan dağılmış tarixi binanı xatırlatsa da, əslində, kifayət qədər gözəl bir binadır. Muzeyin binası müasirdir, çürümüş fasadlar, həmçinin, bağçaya qoyulmuş "köhnə" taxta skamyalar ümumi ideyaya xidmət edir. Muzeyin qurucusu məşhur rəssam Reinhard Zabkadır.  Reinhard bu muzey vasitəsilə reallıqla sənətdəki yalan arasındakı fərqin qədər gözəl olduğunu insanlara göstərmək istəyib.

 

Muzeydəki bütün eksponatlar saxta məhsullardır. Onlar çox maraqlı məlumat əlamətləri ilə tamamlanır. Muzey ziyarətçiləri müxtəlif eksponatlar arasında vaxtilə Stalinin oğlunu, əsl uçan xalçanı hətta batmış Titanikdə bir möcüzə olan köhnə radionu da tapa bilər. Əlbəttə ki, təqdim olunan eksponatların heç biri orijinal deyil.

 

Aytac SAHƏD

 525-ci qəzet.- 2021.- 3 fevral.- S.20.