Dəyərli fəaliyyətə layiqli qiymət

 

Avrasiya yazarlar birliyinin başqanı Yaqub Öməroğlu AMEA ədəbiyyat  institutunun  “Fəxri Dostu” oldu

 

 

İclasda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun Türkiyədə və ümumtürk dünyasında Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrə görə İnstitutun "Fəxri dostu" adına layiq görüldüyünü bildirib. Akademik bu mükafatın Azərbaycanın Zəfər ilində təqdim olunmasını xüsusi vurğulayıb. Bundan sonra əlaqələrimizin daha da güclənəcəyini "Qardaş qələmlər" dərgisinin may nömrəsinin Nizami Gəncəviyə həsr olunmasının əməkdaşlığa böyük töhfə verəcəyini əlavə edib. Avrasiya Yazarlar Birliyinin fəaliyyəti, "Qardaş qələmlər" dərgisi "Bengü" nəşriyyatının gördüyü işlərin Azərbaycan Türk Dünyası üçün önəmini vurğulayan İsa Həbibbəyli deyib ki, "Qardaş qələmlər" dərgisini biz öz dərgimiz kimi görürük. Həmin dərginin bütün saylarının kitabxanasında yer aldığını deyən akademik, bu vaxta kimi yüzlərlə azərbaycanlı şair yazıçılara yer verildiyini, Azərbaycanın mühüm günlərinin hər zaman "Qardaş qələmlər" dərgisinin səhifələrində əks olunduğunu nəzərə çatdırıb. Yaqub Öməroğlunun rəhbərliyiylə Avrasiya Yazarlar Birliyinin hər zaman Türk Dünyası ədəbiyyatının inkişafı üçün türkdilli ölkələrlə ortaq layihələr həyata keçirməsini xüsusi vurğulayan natiq bu layihələr sayəsində onlarla azərbaycanlı ədibin digər türkdilli ölkələrdə tanıdıldığını bildirib, bütün bu məsuliyyətli önəmli işlər üçün Yaqub Öməroğluna minnətdarlıq edib.

 

Şuranın iclasında iştirak edən AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Yaqub Öməroğlunu böyük uğurlarına görə təbrik edib ona verilən bu dəyəri vəfa borcunun təzahürü kimi qiymətləndirib. O, əlavə edib ki, Yaqub Öməroğlu AYB tərəfindən təltif olunub. Avrasiya Yazarlar Birliyinin həyata keçirdiyi misilsiz işləri yüksək qiymətləndirən Rəşad Məcid Türkiyədə 200-dən çox azərbaycanlı müəllifin kitabının çap edilməsində Yaqub Öməroğlunun xüsusi əməyi olduğunu diqqətə çatdırıb. O, eyni zamanda, Avrasiya Yazarlar Birliyi tərəfindən 2017-ci ildə ilk dəfə Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dünyası Gənc Yazarlar görüşü, ənənəvi olaraq təşkil olunan bütün türkdilli ölkələri əhatə edən "Mahmud Kaşğarlı Beynəlxalq Hekayə Müsabiqəsi", "Türk Dünyasında İlin Adamı", "Türk Dünyası çevirmənləri", "Türk dünyası ədəbiyyat dərgiləri" konfransları, dram yazarları arasında pyes müsabiqəsi sair kimi mühüm ədəbi-mədəni layihələri xatırladıb, hər bir layihənin Türk Dünyası ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün önəmli rol oynadığını bildirib. Avrasiya Yazarlar Birliyinin, "Qardaş qələmlər" dərgisinin ayrı-ayrı ölkələrdən olan yazıçı şairlərin tanınmasında, səsinin sərhədlər, coğrafiyalar aşaraq minlərlə kilometr uzaqdakı qanı bir, dili bir qardaşlarına çatdırılmasında böyük əhəmiyyət kəsb etdiyini deyən Rəşad Məcid hər gün bu layihələrin artdığını, daha da ciddi uğurlu hal aldığını bildirib. O, bütün bu işlərdə Yaqub Öməroğlunun misilsiz zəhmətinin olduğunu deyib buna görə ona təşəkkür edib.

 

Göstərilən böyük etimada görə minnətdarlığını bildirən Yaqub Öməroğlu onun hekayələr kitabının Türkiyədən öncə ilk dəfə Azərbaycanda çap olunduğunu qeyd edib. "Nizami Gəncəvi ili"ndə Nizami Gəncəvinin adını daşıyan bir elm ocağından belə bir təltifə layiq görülməsinin qürurverici olduğunu bildirib. Şura sədrinə bütün iştirakçılara təşəkkürünü bildirən Yaqub Öməroğlu Azərbaycanın böyük Qarabağ zəfərindən söz açıb. O, Azərbaycanda baş verən hadisələri böyük həyəcanla izlədiklərini, qazanılan böyük qələbədən sonsuz sevinc duyduqlarını ifadə edib bu qələbə münasibətiylə bütün Azərbaycan xalqını təbrik edib. Gələcəkdə bütün Türk Dünyasını əhatə edən mühüm konfrans görüşlərin bəzilərinin Qarabağda, Şuşada da keçirilə biləcəyini istisna etməyən Yaqub Öməroğlu Azərbaycanın bir çox bölgələrində olduğunu, gözəlliyi və səfalı təbiətiylə dillər əzbəri olan, mədəniyyət beşiyi Qarabağı da görmək üçün səbirsizləndiyini bildirib. Azərbaycanın mühüm ədəbiyyat mərkəzi olan AMEA Ədəbiyyat İnstitutu tərəfindən belə bir mükafata layiq görülməsinin onun üzərindəki məsuliyyəti daha da artırdığını deyən Yaqub Öməroğlu həm özünün, həm Avrasiya Yazarlar Birliyi olaraq Azərbaycan ədəbiyyatının, yazıçı şairlərinin tanıdılması üçün gördüyü işlərə davam edəcəyini deyib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2021.- 3 fevral.- S.15.