A.Q.Rəhimzadənin “Şərəf”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli
səmərəli fəaliyyətinə görə Arif Qafar
oğlu Rəhimzadə “Şərəf” ordeni ilə təltif
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 fevral 2021-ci il
Azərbaycan.-2021.-
4 fevral.- S.2.