İstanbuldaAzərbaycanprospekti

 

 

Fevralın 3-də Türkiyənin İstanbul şəhərindəAzərbaycanprospektinin rəsmi açılış mərasimi keçirilib.

 

525.az AZƏRTAC-a xəbər verir ki, İstanbulun mərkəzi rayonlarından biri olan Sarıyerin qədim hissəsindəkiCendereprospektinin adı ölkəmizin bu şəhərdəki baş konsulluğunun təklifi təşəbbüsü əsasında dəyişdirilərəkAzərbaycanadlandırılıb. Bu, “Bir millət, iki dövlət!” şüarı altında birləşən Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq bağlarının daha bir bariz nümunəsidir.

 

Prospektin adının dəyişdirilməsi Sarıyer Bələdiyyə Məclisinin İstanbul Böyükşəhər Bələdiyyəsinin müvafiq qərarı ilə həyata keçirilib.

 

 

 

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc, konsulluğun bələdiyyənin əməkdaşları, istanbul Böyükşəhər Bələdiyyəsinin Baş katibi Can Akın Çağlar, konsulluğun bələdiyyələrin əməkdaşları, bu şəhərdə yaşayan, işləyən təhsil alan həmyerlilərimiz iştirak ediblər.

 

Açılış mərasimində çıxış edən baş konsul Nərminə Mustafayeva Azərbaycanın adının İstanbulun ən böyük prospektlərindən birinə verilməsini iki qardaş ölkənin bir-birinə bağlılığın növbəti nümunəsi olduğunu bildirib.

 

Qeyd edilib ki, dövlətlərimiz xalqlarımız arasındakı bu birlik bərabərlik xüsusilə 2020-ci ildə özünü daha aydın şəkildə büruzə verdi. Azərbaycanın tarixi torpaqlarını geri qaytarmaq üçün apardığı Vətən müharibəsində Türkiyənin ölkəmizin yanında olması göstərdiyi dəstək hər iki xalq üçün çox vacib idi. Azərbaycan adının burada yaşadılması ölkələrimizin qardaşlığı, birgə tarixi mədəniyyəti baxımından çox vacibdir.

 

Digər çıxış edənlər Azərbaycan-Türkiyə birliyi qardaşlığının əbədi olacağını xüsusi vurğulayıblar.

 

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan abidəsinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir. Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü ilə Ulu Öndərin doğum vəfat tarixləri Sarıyer Bələdiyyəsinin cari protokol tədbirlərinin təqviminə daxil edilib.

 

525- ci qəzet.- 2021.- 4 fevral.- S.6.