Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun Litva ilə əməkdaşlığı
genişlənir.
Fevralın 2-də Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu ilə Litva Respublikasının Azərbaycandakı
Səfirliyi arasında
Əməkdaşlıq Memorandumu
imzalanıb. Memorandumu Fondun prezidenti
Günay Əfəndiyeva
ilə Litva Respublikasının Azərbaycan
Respublikasında və
Türkmənistanda fövqəladə
və səlahiyyətli
səfiri Eqidius Navikas imzalayıblar.
525.az xəbər verir ki, memorandumun
imzalanması qarşılıqlı
mədəni mübadilələrin
həyata keçirilməsi,
Litvanın Türk etnik kökənli azsaylı xalqlarının
- tatarların və karaimlərin tarixi, mədəni irsinin qorunması, birgə əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi və
möhkəmləndirilməsi məqsədi daşıyır.
Tədbirdə Azərbaycan Respublikası
Xarici İşlər
nazirinin müavini Ramiz Həsənov, Fonda üzv və müşahidəçi ölkələrin
səfirləri, beynəlxalq
təşkilatların nümayəndələri
və ziyalılar iştirak edib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, rəhbərlik etdiyi təşkilatın binasının
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Sərəncamı
əsasında daimi istifadəyə verildiyini bildirib. Fondun prezidenti binanın rəsmi açılışının
2019-cu il oktyabrın 14-də Türkdilli
ölkələrin dövlət
başçılarının VII Zirvə toplantısı çərçivəsində Fonda üzv və müşahidəçi ölkələrin
xarici işlər nazirlərinin və türkdilli beynəlxalq təşkilatların rəhbərlərinin
iştirakı ilə
həyata keçirildiyini
qeyd edib.
Günay
Əfəndiyeva Fond ilə
Litvanın Azərbaycandakı
Səfirliyi arasında
imzalanan Memorandumun vacibliyini vurğulayıb:
“Söhbət Litvada yaşayan türkdilli xalqların-karaimlərin və
tatarların mədəni
irsinin qorunmasından,
onların tarixindən
və adət ənənələrinin təbliğindən
gedir. Düşünürəm ki, bu Memorandum Litva üçün də önəmlidir.
Çünki Litva öz ərazisində yaşayan
azsaylı xalqlara münasibətini göstərir.
Bizim Litva səfirliyi ilə əməkdaşlığımız
2019-cu ildə Bakıda
keçirilən həmin
Zirvə toplantısına
təsadüf edir.
Zirvə
çərçivəsində tərəfimizdən “Türk
Dünyası Həftəsi”
keçirilmişdir. Müxtəlif
sərgi və konfranslarla yanaşı “ Türk Dünyasının
Qadını ” adlı
tədbir təşkil
olunmuşdur. Konfransda
müxtəlif türkdilli
ölkələrdən xanım
nümayəndələr iştirak
edirdi. O zaman Azərbaycana yeni təyin olunan səfir cənab Eqidius Navikas Litvadan karaimlərin təmsilçisi, onların
məşhur sənətçisi
Severina Şpakovskanın
dəvət edilməsində
köməklik göstərmişdir.
Düşünürəm ki, bu əməkdaşlıq bir
başlanğıc oldu.
Bu il Litvada
karaimlər və tatarların ili elan olunub. Hesab edirəm
ki, bizi birgə qarşıda gözəl tədbirlər,
layihələr gözləyir.
Çünki söhbət böyük
Türk dünyasından,
onun zəngin mədəniyyətindən, qədim
tarixindən və böyük mənəviyyatından
gedir”.
Litva Respublikasının Azərbaycan
Respublikasında və
Türkmənistanda fövqəladə
və səlahiyyətli
səfiri Eqidius Navikas Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunda olmasından məmnuğunluğunu bildirib:
“Memorandumun imzalanmasında
Litvanın marağı
ondan ibarətdir ki, bizim əvvəllər
də Türk dünyası ilə çox sağlam və dərin bağlantılarımız olub.
Litvada kiçik ancaq özünəməxsus azsaylı
nümayəndələr – tatar və karaimlər
yaşayır. Bu xalqlar Litvaya XIV-XV əsrlərdə Krım
ərazisindən almanların
dəvətilə, bir
döyüşçü kimi gəliblər.
Tarixi faktlara toxunan səfir vurğulayıb ki, 1918-ci ildə Birinci Dünya müharibəsinin
sonu və Rusiya imperiyasının dağılmasından sonra
bir çox tatarlar Krımda yeni hakimiyyətin formalaşmasında iştirak
ediblər. Litvadakı tatarlar da həmçinin
həmin ildə Azərbaycan Demokratik Respublikasının qurulmasında
və müxtəlif qurumların yaradılmasında
da yaxından iştirak
edib. Bütün
bu vaxt ərzində
tatar və karaimlər azlıq təşkil etmələrinə
baxmayaraq öz kimliklərini qorumağa
nail olublar.
Bu Memorandumun imzalanması
ilə gələcəkdə
keçiriləcək tədbirlərdə,
həmçinin əməkdaşlığın
davam etdirilməsində
yeni bir addım atırıq”.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Litva Respublikasının Azərbaycan Respublikasında
və Türkmənistanda
fövqəladə və
səlahiyyətli səfiri
Eqidius Navikas tərəfindən Əməkdaşlıq
Memorandumun imzalanması
mərasimi keçirilib.
Tədbir çərçivəsində
konsert proqramı da təşkil olunub. Konsertdə Azərbaycan Respublikasının
Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu, eləcə də Muğam televiziya müsabiqəsinin
qalibi Gülzar Fərəcova, Beynəlxalq
Muğam müsabiqəsinin
qalibi Orxan Hüseynli və gənc ifaçı Amina Nurmakhambetova çıxış
ediblər.
525-ci qəzet.- 2021.- 4 fevral.- S.9.