Pənahəli xanın dağıdılmış
sarayı
İMARƏT
QƏBİRİSTANLIĞI ERMƏNİ VANDALİZMİNƏ
MƏRUZ QALIB
Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın
tarixi-mədəni irsinə
qarşı görünməmiş
vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət
ocaqları, məscidlər,
qəbiristanlıqlar dağıdılıb,
təhqir edilib, bəziləri isə erməniləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam
rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq nümunəsi olan tikililərdən biri də Qarabağ xanlığının banisi
Pənahəli xanın
imarətidir. XVIII əsrə
aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən
olmaqla, iki binadan ibarətdir. Pənahəli xanın Qarabağda
xanlıq quruculuğuna
başladığı ilk illərdə
inşa edilən kompleksə çox güman ki, daha çox bina daxil olub.
Xan sarayı bir-birinə perpendikulyar yerləşdirilmiş
iki korpusdan ibarətdir. Əsas korpusda
isə mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış
otaqlar var. Bu birmərtəbəli
evdə eyvanlı
salon mərkəzi, mərkəzi
zalın önündə
isə cənuba istiqamətlənmiş geniş
və dəbdəbəli
eyvan yerləşir.
Günbəzli zal divanxana xüsusiyyəti daşımış
və Pənahəli xan burada qonaqları
qəbul etmişdir.
Sarayın eyvanı üçaşırımlı
arkada kimi həll edilmişdir.
Oxvari tağlar bütöv ağ
daşlardan yonulmuş
iri sütunlar üzərində dayanır.
Ümumilikdə, eyvan binanın
girişi rolunu yerinə yetirir. İmarətin ikinci binası
uzunsov düzbucaq formada olub, iki
otaqdan ibarətdir.
Giriş
qapısı və pəncərələri həyətə
yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə
örtülüdür. Saray Azərbaycan ərazisində
yayılmış digər
xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə
malik olmayıb, yalnız dəbdəbəli
yaşayış evi xüsusiyyəti daşıyır.
Buna görə də, Pənahəli xanın imarəti də adlandırılır.
İşğal edilən ərazilərdəki
məscidlər, məzarlıqlar
kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir
edilib. Tövlə kimi istifadə
edilən xan sarayında inək və donuz saxlanılıb.
Xan sarayı
yaxınlığında yerləşən
və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn
edildiyi İmarət qəbiristanlığı da erməni
vandalizminə məruz
qalıb. Pənahəli xanın, İbrahimxəlil
xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın
qəbirüstü abidəsi
də burada yerləşir. Erməni vandalları
İbrahimxəlil xanın
türbəsini və
Qarabağın sonuncu
hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü
abidəsini dağıdıblar.
Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması,
mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt
təkcə Azərbaycanın
deyil, ümumilikdə
dünyanın mədəni
irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin
qınanmalıdır.
Ağdam şəhərindəki
Pənahəli xanın
sarayının və
xan ailəsinin üzvlərinin dəfn edildiyi İmarət qəbiristanlığının görüntülərini təqdim
edirik.
525-ci qəzet.- 2021.- 4 fevral.- S.16.