Akademik İsa Həbibbəyli azad olunmuş bölgələrin kitabxanalarına kitablar hədiyyə edib

 

 

Vətən müharibəsində erməni işğalından azad olunmuş bölgələrdə kitabxanaların fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyası davam edir.

 

AMEA-nın vitse-prezidenti, millət vəkili  İsa Həbibbəyli bu nəcib təşəbbüsə qoşulub. Akademik kampaniyanın əhəmiyyətini vurğulayaraq müəllifi olduğuKitabi-Dədə Qorqudyazılı epos ya epopeya”, “Çingiz Aytmatov haqqında sözkitablarını rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat İnstitutu əməkdaşlarının topladığı 650 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna  hədiyyə edib.

 

Kitabların Milli Kitabxanana təhvili zamanı İsa Həbibbəyli Azərbaycan ziyalılarına xalqımıza müraciət edərək bu mühüm hər kəsi kampaniyaya qoşulmağa işğaldan azad edilmiş torpaqlarımızda kitabxana mədəniyyətinin, elmin, təhsilin yenidən çiçəklənməsində köməklik göstərməyə səsləyib.

 

 

525-ci qəzet.- 2021.- 5 fevral.- S.9.